ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


KƏLBƏCƏR ŞƏHƏRİ.


Kəlbəcər şəhəri Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində, Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu avtopmobil yolunun kənarında yerləşir. Şəhərdə Reespublika Dövlət Kənd Təsərrüfatı İsteehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri və s. vardı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir.
Kəlbəcər toponimin mənşəyi və mənası ilə bağlı müxtəlif fikirlər, baxışlar vardır. Bəzilərinin fikrincə Kəlbəcər sözü fars dilində “viranə şəhər” deməkdir. Toponimi elmi tərəfdən izah etmək istəyən bəzi tədqiqatçılar oykonimin ilkin formasını Kevliçer kimi qəbul edib, onu qədim türk dillərində “çay üstündə qala” kimi mənalandırırlar. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də bəzi mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kevil-fars dilində “mağara” deməkdir. (Azərilər bu sözü kühül şəklində işlədirlər). Belə variantda Kəlbəcər toponimini “gəl, becər” kimi izah etməyə çalışırlar.
Ümumiyyətlə isə, hələlik bu günədək Kəlbəcər toponimi haqqında yekdil, dəqiq elmi fikir mövcud deyildir.

 

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az