ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


KƏLBƏCƏR RAYONU.


Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 2.3 min kvadrat kilometr (Ağdərə rayonundan ona verilən ərazi ilə birlikdə), əhalisi 68 min nəfər idi (işğal ərəfəsində). Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. (Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxil idi). Kəlbəcər şəhəri rayonun mərkəzidir. Rayonun səthi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var.Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Rayonda qonur ayı, qayakeçisi, çöldonuzu, maral, ceyran, tülkü, canavar, çaqqal, ular, daşlıq dələsi, qartal, qırqovul, turac və s. var.Rayonda orta sıxlıq hər kvadrat kilometrə 21 nəfərdir. İri yaşayış məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir.Rayonda 11 məıdəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu, 3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta məktəb, 9 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, məişət xidməti kombinatı, yeerli radio verilişləri stansiyası və s. fəaliyyət göstərirdi. Rayon əhalisi başlıca olaraq heyvandarlıq və tütünçülüklə məşğul olurdu.

 

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az