ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


XƏBƏR ARXİVİ:

Kəlbəcər rayonunun işğalının il dönümü


12 il əvvəl, 1993-cü il aprelin 2-də ermənilər Azərbaycanın Kəlbəcər rayonunu işğal etdılər.
Xatırladaq ki, Kəlbəcər 1936 km2 ərazisi və 43,3 min nəfər əhalisi olan rayonlardan biridir ki, bu əhali respublikanın 59 rayonunda məskunlaşmış və bu günə kimi qaçqın həyatı yaşayırlar.
Kəlbəcər həmçinin ölkənin ən mənzərəli və şəfa mənbəli rayonlarında biridir, burada tanınmış İstisu, Bağırsaq və c. mineral bulaqlar, qızılda daxil olmaqla çoxlu sayda qazıntılar vardır.
Qeyd edək ki, Kəlbəcər uğrunda döyüşlərdə 55 hərbçi və 220 mülkü şəxs həlak olmuş, minlərlə sakin yaralanmış, 321 nəfər əsir götürülmüşdür. O vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. Kəlbəcər rayonu haqqında materiallara bizim saytın “işğal olunmuş regionlar” bölməsində baxa bilərsiniz.

Qarabağ əvəzinə Kəlbəcər?



ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Mətyu Brayza Ermənistanın Mediamaks agentliyinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan işğal olunmüş 7 rayonunun qaytarılmasına çalışsa da, bunun tez bir zamanda baş verəcəyinə inanmaq çətindir.
Brayza deyib ki, Kəlbəcər rayonu iki ölkə arasında etimad mühiti bərpa edildikdən sonra Azərbaycana qaytarıla bilər. O, habelə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli nə indi, nə də 10, 15, 30 yaxud 50 ildən sonra mümkün olmayacaq.

Mətyu Brayza Brayzanın bəyanatına ən sərt reaksiya sabiq dövlət müşaviri, müstəqil politoloq Vəfa Quluzadədən gəldi. “Yeni Müsavat” qəzetinə müsahibəsində Quluzadə amerikalı həmsədrin dediklərini belə şərh edir:
“O, açıq şəkildə deyir ki, Azərbaycan Dağlıq Qarabağa referendum haqqı verərək ondan və Laçın dəhlizindən imtina etsin. Kəlbəcər də bizimdir, Laçın da, Dağlıq Qarabağ da. Əgər Brayza belə ciddi danışırsa, onda mən belə düşünürəm ki, ya Mətyu Brayza dəli olub, ya da Azərbaycan iqtidarında kimlərsə xəyanət yoluna qədəm basıb”.
Quluzadə deyib ki, əslində Brayza bu proyektə lobbiçilik etdiyini açıqlayıb. Politoloq hesab edir ki, işğal olunmuş torpaqların qanuniləşməsi Azərbaycanın imzası olmadan mümkün deyil.
“Burda gərək xain əli olsun. Belə çıxır Mətyu Brayza Azərbaycan rəhbərliyini xain hesab edir. O, fikirləşir ki, rəhbərlik bu xəyanətə imzasını ata bilər. Mən, Vəfa Quluzadə isə tamamilə əks fikirdəyəm və belə hesab etmirəm”.
Politoloq hesab edir ki, Dağlıq Qarabağla Laçının ermənilərə verilməsi Kəlbəcərin də itirilməsi demək olardı.
“Çünki, belə olan təqdirdə Kəlbəcər mühasirədə qalır” – Quluzadə deyib.
Siyasi şərhçi Arif Yunus isə hesab edir ki, belə “etiraf”ına görə Brayzaya yalnız təşəkkür düşür.
“O, bunula son danışıqların məğzini açıqlayıb” – Yunus “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.
“Çünki, indiyədək həm Minsk qrupu, həm də bizim rəsmilər güya danışıqlar zamanı Qarabağın hansısa formada bizə qaytarılmasından söhbət getdiyini iddia edirdilər. Amma bu adam etiraf etdi ki, ermənilər beş rayonu bizə qaytarır, Dağlıq Qarabağın əvəzində isə minnətlə Kəlbəcəri də boşaltmağa razılıq verirlər” – Yunus deyib.
Rusdilli “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov isə ABŞ-ı ikili standartlarda ittham edir.
Mirqədirov yazır ki, ABŞ Dövlət Departamenti özünün illik hesabatlarında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qeyd etsə də, həmsədr Brayza son bəyanatı ilə əslində işğal faktına “bəraət qazandırır”. O, habelə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni təftiş etməyə cəhd göstərir, Mirqədirov yazır.
Yeni müharibənin qeyri-mümkünlüyü ilə bağlı Brayzanın fikirlərinə gəlincə, Mirqədirov sual edir: “Bəs hər bir dövlətin özünü müdafiə etmək və suverenliyini qorumaq hüququ harda qaldı? Bü hüquq haqqında oğul Buş İsrailin Livana son müdaxiləsi zamanı, ata Buş isə Küveytin İraq işğalından azad olunması zamanı tez-tez danışırdılar”.
Ancaq Brayzanın sözlərindən belə çıxır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ nəinki işğal olunmuş torpaqları güc yolu ilə geri qaytarmaqda Azərbaycana yardım etməyə hazırlaşır, əksinə, bu dövlət bizi özünümüdafiə hüququndan məhrum edir, “Zerkalo” şərhçisi yazır.
Şərhi hazırladı:
Zülfüqar Ağayev, BBC Monitorinq, Bakı

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az