Xocalı
soyqırımının 15-ci ildönümü münasibətilə Xocalı qaçqınlarının
Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti.
Biz-1992-ci ilin aprel ayının 7-dən
8-ə keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Kəlbəcər rayonunun Ağdaban kəndində ermənilər tərəfindən
törədilmiş dəhşətli faciəyə hüquqi-siyasi qiymət verilməsini
Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının və dünya parlamentlərinin
nəzərinə catdırırıq. İrandan Azərbaycana köçmələrinin
150 illiyinə Dağlıq Qarabağda 1978-ci ildə abidə ucaltmış
ermənilər tarixi Azərbaycan torpaqları hesabına xəyali
“böyük ermənistan” ideyasını reallaşdırmaq məqsədi ilə
son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycan
xalqına qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş
və bu məkrli məqsədə çatmaq üçün zaman-zaman terror, kütləvi
qırğın, deportasiya və soyğırımı kimi bəşəri cinayətlər
törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907,
1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz tarixi-etnik
ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz
qalan milyonlarla azərbaycanlı dədə-baba torpaqlarından
deportasiya olunmuş, kütləvi surətdə qətlə yetirilmişdir.
Nəhayət, 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı əsassız
ərazi iddiaları və erməni separatizmi yenidən baş qaldırmış,
heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ
fitnəkarlığına rəvac verilmişdir. İndiki ermənistan ərazisində
öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq
azərbaycanlı 1988-1989-cu illərdə son nəfəsinə kimi deportasiya
edilmiş, bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə
yetirilmişdir. Nəticədə ermənistan ermənilərin illərlə
arzusunda olduqları monoetnik respublikaya çevrilmişdir.
Təəssüf ki, 1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan ərazilərində meydan sulayan erməni
irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan
əhalisinin acı iztirabları keçmiş SSRİ rəhbərliyinin və
sivilizasiyalı dünyanın biganə sükutu ilə qarşılandı.
Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər Azərbaycanda
bir-birinin ardınca qanlı cinayətlər törətməyə müvəffəq
oldular.Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq
Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan 7 rayon
ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
1 milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından
vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi,
şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni,
minlərlə ictimai-mədəni tikili, evlər, təhsil və səhiyyə
müəssiələri, tarix-mədəniyyət abidələri, muzeylər, məscidlər,
müqəddəs sitayiş yerləri, qəbirstanlıqlar yerlə yeksan
edilərək, misli görünməmiş erməni vandalizminə məruz qaldı.
Təkcə XX əsrin 90-cı illərinin əvvəllərində Qarabağın
Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s.
kimi azərbaycanlılar yaşayan kəndlərində erməni silahlı
quldurlarının törətdikləri kütləvi qırğınlar, Bakıda və
digər şəhərlərimizdə həyata keçirilmiş ağır terror aksiyaları.
Nəhayət, Xocalı soyqırımı “məzlum və əzabkeş erməni” vicdanında
əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin
ən dəhşətli faciəsi hesab olunan Xatın, Xirosima, Naqasaki,
Sonqmi, Xoçalı kimi insan fəlakətləri sırasına 1992-ci
ilin aprel ayının 7-dən 8-ə keçən gecə törədilmiş Ağdaban
soyqırımı da əlavə olunmuşdur.
1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni
silahlı birləşmələri Dağlıq Qarabağın erməni quldur dəstələri
ilə birlikdə yeddi min nəfərə qədər azərbaycanlı əhalisi
olan Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Həmin
vaxta qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki,
erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində
saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi
əziyyət çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca,
qadın və uşaq var idi.Azğınlaşmış erməni quldurları 388-cı
alaya məxsus çoxsaylı ağır hərbi texnikanın köməyi ilə
həmin gecə Xocalı şəhərini yerlə-yeksan etdilər. Əliyalın
dinc mülki əhali kütləvi qətliama məruz qaldı-uşaqlar,
qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv
edildi. Ermənilər XX əsrin sonlarında sivilizasiyalı bəşəriyyət
üçün üzqaralığı olan növbəti tarixi cinayəti-Xocalı soyqırımını
törətdilər. Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini
məhv etmək idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının
xeyli sakini sanki tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi. 1275
nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin
taleyi bu gün də məlum deyildir.Faciə nəticəsində 1000
nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası
alaraq şikəst olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri
qadın,83 nəfəri azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar idi.Şikəst
olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar
və qızlardır. Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə
tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130
uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan
56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış,
başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş,
gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə
deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan
belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş,
XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir!
Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara
deyil,bütün sivilizasiyalı bəşəriyyətə qarşı yönəlmiş
bu tarixi cinayətin müəllifi “məzlum və əzabkeş” ermənilərdir.
Artıq 15 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılar
dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara
ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət
edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu təşkilatları
olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq
hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir
dövləti-ermənistanı haqq-ədalətə, qonşu dövlətlərlə sivilizasiyalı
münasibətlərə məcbur edə bilməsinlər! İşğal edilmiş Azərbaycan
torpaqlarından erməni silahlı qüvvələrinin qeyri-şərtsiz
çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
indiyədək yerinə yetirilməməsi, ilk növbədə, həmin təşkilatın
nüfuzuna ciddi zərbədir.
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi ermənistan
dövlətinin Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək,
Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasına, bir milyondan
artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtmasına,
ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin ədalətli
və sülh yolu ilə həllinə kömək edəcəkdir.
Müraciət 2007-ci il fevralın
19-da
Xocalı qaçqınlarının Bakı şəhərində
keçirilən toplantısında qəbul olunmuşdur.