ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


“XOCALINI FACIƏSINI DÜNYAYA TANIDAQ!”



    

Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyasına dəstək olmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı Kəlbəcər rayon orta məktəbində “Xocalını faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirmişdir.

Tədbirdə məktəbin direktoru Tahir Kərimov çıxış edərək bildirmişdir ki: “Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Bu soyqırım 18 il əvvəl baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. 

Daha sonra tədbirdə faciənin əks olunduğu videogörüntü nümayiş etdirildi, məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən şeirlər səsləndirildi və səhnəciklər göstərildi.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq Xocalı faciəsini dünyaya tanıtmaq işində ölkə daxilində və xaricdə silsilə layihələr həyata keçirməkdədir. 26 Fevral günün İctimai Birliyin ofisində beynəlxalq təşkilatların katibliklərinə və dünya dövlətlərinin parlamentarlarına emaillər göndəriləcəkdir. Kəlbəcərli gənclər Xocalı faciəsi memorialı abidəsini ziyarət edəcəklər.


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az