ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


Qənbər Qurbanov: “Ağdaban faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi həm özünün,həm də digər canlı şahidlərin yaddaşında silinməz izlər qoyub”


Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki “Kəlbəcər harayı” qərarğahında  Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdaban faciəsinin 21-ci ildönümünün qeyd olunması ilə bağlı  anım mərasimi keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasimi giriş sözü ilə Ağdaban sakini “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov açıb. O, çıxışı zamanı bildirib ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilən və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almayan soyqırımı əməlləri də tarixin açılmamış səhifələrindən biridir. Q.Qurbanov onu da vurğulayıb ki, Ağdaban faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi həm özünün,həm də digər canlı şahidlərin yaddaşında silinməz izlər qoyub. Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımı bu gün bütün dünya tanımalıdır.Çünki bu faciədə suçsuz qocaların, körpə və qadınların ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi, bir sözlə insanlığın vəhşicəsinə məhvinə yönəlmiş hərəkətlərin edilməsi faktları bu gün də təzədir.
Tədbirdə millət vəkili Fəzail Ağamalının ideya müəllifi olduğu, millət vəkili Cavid Qurbanovun təşəbbüsü ilə ərsəyə gətirilən Ağdaban faciəsindən bəhs edən Ağdaban Faciəsi: “Sındırılmış Sazın Fəryadı” adlı bədii-sənədli filim də nümaiş olunub.


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az