ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


20 il Ağdabansız


Soyqırım tarixinə nəzər.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişər.

Soyqırım anlayışı mahiyyət etibarilə milli mənsubiyyətinə görə dinc əhalinin məqsədli şəkildə kütləvi qətlidir. Soyqırımlar hələ qədim tarixdən məlumdur. Tarixdə soyqırımla bağlı kifayət qədər materiallar var. Lakin burada bir incə məqam var. Təəssüf ki, maraqlı tərəflər “soyqırım” anlayışını yozaraq öz siyasi mənafeləri üçün istifadə edirlər. Bu, özünü Azərbaycana olan münasibətdə də büruzə verir.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir bəşəri cinayətin, Ağdaban soyqırımının 20 ili tamam olur.

1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı erməni vandalları tərəfindən yerlə yeksan edilib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilib. Soyqırım zamanı 67 nəfər qətlə yetirilıb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilıb.

Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir, 1918-ci il 31 mart, XOCALI soyqrimının təkrarıdır. Təəssüf ki, 1992-ci il aprel ayının 8-də baş verən Ağdaban faciəsindən Respublika əhalisi hələ də lazımınca xəbərdar deyil. Baş verən qanlı hadisələr dünya ictimaiyyətinə çatdırılmayıb.
Yalnız bu ilin martında Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Türkiyənin Ankara və Alanya şəhərlərində “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar fotolarda” adlı fotosərgisində Ağdaban soyqırımı ilə bağlı şəkillər də nümayiş etdirilib.
1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qalıb. Kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərilib. Bu və ya digər faciələr haqqında gənclərimiz daha da çox məlumatlandırılmalıdırlar. Hedab edirəm ki, bu faciələri unutmaq onların yenidən baş verməsinə bərabərdir. Bu istiqamətdə biz artıq müəyyən nəaliyyətlər də əldə etmişik. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə, eyni zamanda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən layihələr həqiqətlərimizin dünya ictimaiyyəti tərəfindən tanınması ilə nəticələnib. Lakin biz ələ də yolun başlanğıcındayıq. Qarşıda görüləsi çox işlərimiz var. Hər bir işin kökündə təbliğat, təbliğatın düzgün qurulması, təbliğatın hüquq normaları ilə əlaqələndirilməsi və faktoloji materialların toplanmasından asılıdır. Digər amil isə təbliğatın auditoriyası olan dövlətin, yaxud dövlətlər birliyinin bu problemə təmiz, saf, qərəzsiz marağının yaradılmasıdır. Əgər bu maraq varsa, onlar Xocalı soyqırımını da, mart hadisələrini də, Ağdaban soyqırmını da tanıyacaqlar. Bu gün əsas məsələ onlarda qeyd olunan marağı yaratmaqdır.

Nahid Şəmşir
“Milli-Mədəni İnkişafa Dəstək” İctimai Birliyinin təisçisi və sədri

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az