| AĞDABAN
HAQQINDA
Qəmbər ŞƏMİŞİROĞLUNUN
Ağdaban faciəsi haqqında tarixi faktları.
Ağdaban – Çayqovuşan
faciəsi.
Kəlbəcər ağsaqqalı Dədə Şəmşirin
oğlu Qənbər Qurbanovun dediklərindən:
Ağdaban Ağdərə rayonunun Capar kəndiynən
qonşu idi. Bizim bir babamız vardı(dədə Şəmşirin əmisi)
Mirzə kişi. Yüzdən artıq yaşı vardı. Kişinin yaddaşına söz
ola bilməzdi. O, rəhmətlik dədəmgilə danışırdı ki, Bəylik
(Ağdərə rayonunun ərazisi) həmişə bizim olub. Sonra öz əlimizlə
başımıza oyun açmışıq, özüdə gör necə. Mirzə kişi danışırdı
ki, bəylər erməniləri gətirmişdilər ki, mal-heyvanlarını
otarsınlar, əkinlərini əkdirsinlər, biçinlərini elətdirsinlər.
Ermənilərə də elə bu lazım imiş. Onlar da üç-üç, beş-beş
gəlib oldular “el-oba”. Vaxt olurdu ki, bizim bəylərlə Qarabağ
bəyləri küsüb inciyirdi. (lap elə bəylərimizin dövründə
olduğu kimi). Nədi-nədi, bəs onlar imkan vermir ki, biz
də İrandan, Türkiyədən, Qarabağdan erməniləri gətirib qapı-bacamızda
nökər saxlayaq, mal-qaranı otardıraq. İndi adama gülməli
gəlir. Mirzə babamın o vaxtkı söhbətində nə qədər tarixi
faktlar var imiş. Amma həqiqqət beləydi. Erməniləri biz
özümüz eşinə-eşinə ocaq başına çıxarmışıq.
Hə, o Capar kəndi, orada ermənilər binə olmuşdular, əsl
adı Usaçıqdı. Elə Ağdabanın da adı təhrif olunub. Kənd çox
dumanlı olub. Özü də bəmbəyəz, ağappaq. “Ağ duman “ sözü
illər getdikcə təhrif olunaraq “ Ağdaban” şəkilində qalıb.
Bax beləcə kəndimizin də adı repressiyaya uğrayıb. İndi
bunun bir o qədər vərqinə varılmasa da, hər halda, tarix
saxtalıq sevmir. Həmin bu Ağdaban kəndi Usaçıq kəndi ilə
(Caparla) uzun illər qonşu olub. 1905-ci il qırğınından
bi-iki il qabaq ermənilər məsələ qaldırıb ki, Ağdaban bizimdi.
Bizim kənddə də Məhəmməd adlı bir kişi olub, Allah rəhmət
eləsin. Deyirlər ki, ,ox qoçaq kişi imiş. Gedib Gəncə Quberniyasına,
Qubernotorun yanında erməniləri başa salıb ki, əgər desəniz
ki, bu kənd bizimdi, onda vay halınıza – qonşu davası çox
uzun olur. Həqiqəti nədirsə, onu deyirəm. Qubernator deyir
ki, nə məsələdi ? Erməni qoçalarından biri deyib ki, “belə
də, biz hələ uşaq olanda bizə deyərdilər ki, Ağdabanda bizim
torpaqlar, qohumlar var. İndi istəyirik ki...”
Bizim ermənilərlə qonşuluğumuz belə başlayıb. Xəritədə Ağdaban
kəndi Dağlıq Qarabağın ərazisində yerləşdiyi göstərilirdi.
Amma hələ o, vaxt Sovet höküməti qurulanda bizim əhali,
hamılıqla səs qaldırıb ki, biz Dağılıq Qarabağa deyil, Kəlbəcərə
baxırıq. Əslində elə ərazi Kəlbəcərə məxsus idi. (Çox güman
ki, bu da ermənilərin əli ilə edilmişdi. Çünki xərtələrimizi
o zamanlar ermənilər işləyirdi. Bu barədə tutarlı faktlar
az olmayıb- M.N). Odur ki, Kəlbəcər o vaxtdan Ağdabanı özünə
qaytarıb. Elə axıra kimi də Kəlbəcərin tabeliyində olub.
Allah ermənilərə min lə`nət eləsin. 1905-ci ildə bizim babalarımız
necə ermənini 3 ay Ağdabanda saxlayıb, çörək verib. Bizim
onlarla münasibətlərimiz həmişə belə olub. Nə oldusa, 1985-87
–ci illərdə oldu. Gördük ermənilər nə əməlləsə məşğuldur.
...Basarkeçərdən yol açmışdıq. Ermənistandan Ağdərəyə bu
yolla çox kəsə gəlirdilər. Hə, bir gün söhbət yayıldı ki,
erməni maşınları kələmin altında Qarabağa-Xankəndinə silah
daşıyır. Camaat bunu bilirdi. Amma o vaxtkı Sovet KQB-si
bunu danışmağa icazə vermirdi. Kimin nə həddi var idi ki,
belə söz danışsın, elə gecə ikən aradan götürərdilər. Burdan
belə bir sual meydana çıxır: “Bəs, necə olurdu ki, qara
camaat bu fitnəkar hərəkətləri görürdü, amma Sovet KQB-sinin
bundan xəbəri yox idi?
Bizim kənddə monastr var “Xudavənd” adlı.
Ermənilər gəlib onu söküb, erməni yazıları yazıblar. Qədimi
yazılarla sonralar əlavə olunan cızmaqaralar bir anlıqdan
hiss olunur. Ermənilər albanların yazdıqları bu tarixi sənədi
də “özününkiləşdirmişdi”. Ermənilər orada yazılmayan faktları
bizə zorla sırıyırdılar. Güya orada yazılıb ki, filan yerdə
filan şey var, filan kənddə filan erməni yaşayıb və s. Bütün
bu cəfənglərin bir məqsədi var imiş: tariximizi saxtalaşdırmaq,
dünya ictimaiyyətini çaşdırmaq”. O, zamankı laqeyidlik evimizi
yıxdı. Ermənilərin o, zamandan Ağdabanda gözü vardı. Ağdaban
gözəl yerdi: suyu, havası, torpağı, sərin bulaqları, yaylaqları,
narzan, turş suları... təəssüf ki, o vaxtlar biz bunların
qədrini bilməmişik.
1987- ci il hadisələrindən sonra ermənilərlə bizim camaatın
arasında nifaq kücləndi. Onu da deməliyəm ki, onda bə`zi
ikiüzlülər (bizim içərimizdən olanlar) yalançı xəbərlər
aparırdılar. Onda mən Kəlbəcər Rayon İcraiyyə komitəsinin
sədi idim. Ermənilərə özümüzünkilər xəbər verirdi ki, Qəmbər
müəllim hər evə bir top gətirib. Hər evə bir pulemyot qurub,
nə bilim avtomat paylayıb. Bir sözlə, güya ki, bütün Ağdaban
camaatı silahlanıb. Bu “Danosların” adlarını bilsəydim,
o zaman onları cəzasız buraxmazdım. 1990-cı ildən sonra
ermənilərin vəhşilikləri daha da artdı. Bizi başsız görən
vaxtlarıydı da. Bu faciənin də ağrı aсısını bizim nəsil,
kəndimizin camaatı çəkdi. Ermənilər Capardan keçən maşın
karvanının qarşısını kəsib, camaatımıza hücum etdi. Bacım
Çimnaz elə orda həlak oldu. Şahlar əbədiyyətə qovuşdu. On
üç nəfərdə yaralanmışdı. Maşın karvanını məhv etmək planları
var imiş. Bir rus əsgəri (Sergey Mezentsev-M.N) yola qoyulmuş
minalarınməftilini görüb və yolu açmaq istəyəndə quldur
ermənilər onu güllə-barana tutmuşdular. 11 iyul 1990-cı
il tarixdə bacım Çimnaz bax beləcə, erməni quldurları tərəfindən
qətlə yetirildi. Torpaqlarımız işğal edildi.
Ağdabanda qardaşım Ələsgər ermənilərlə bizim aramızda bir
xəndək qazdırmışdı ki, vəhşi ermənilər kəndə tankla, BMP,
bir sözlə hərbi texnika ilə girə bilməsin. O şübhələnmişdi
ki, birdən ermənilər kəndə hücum edər. O zaman həmin minalar,
kimlərinsə göstərəşi ilə faciədən bir gün əvvəl çıxarılmış,
xəndəklər doldurulmuşdur.
1992-ci il aprelin 8-də səhər saat 4 radələrində, ermənilər
öz faşist əməllərini gizlədə bilmədilər. Çoxdan pusquda
dayanan ac canavar kimi, günahsız kənd camaatını parçalayıb
onları odlara qaladılar. Ağdabanla Çayqovuşan darmadagın
edildi.
...1992-ci il də mən Gədəbəydə işləyirdim. Mart ayınıi 17-də
kəndə gedib anama baş çəkdim. Yazıq anam, o vaxt mənə dedi
ki, ay bala, bu erməni köpəkuşaqları dinc oturmurlar. Ürəyimə
damıb ki, kəndə hücum edəcəklər. Dedim: “Ay ana, bizim də
silahlarımız var, qorxmayın”. Nə biləydim ki, bu cür faciə
olacaq. Sadiq əmim deyir ki, (onun evi kəndin qırağında
idi) çıxdım ki, tövləyə baxım, gördüm dağın başından güllə
atıldı. Mən içəri girməklə evin üstünə güllə yağışı yağdı.
O, evdəkiləri ayıldır ki, nə yatıbsınız, qalxın ermənilər
kənddə doluşub:..
Ermənilər kəndin özünümüdafiə dəstəsinin uşaqlarından Qorxmazı,
Ziyyəddini, Rəiyyəti və başqalarını vəhşicəsinə qətlə yetirmişdilər.
Öldürülmüş cavanların da ciyərini də çıxartmışdılar, qatillər.
Xalam oğlu Hidayət elə bilib ki, onlar bir-iki nəfərdir.Axıra
kimi təkbaşına vuruşub. Yazığı öldürüb başını da kəsib aparmışdılar.
Sonradan axtarıb meşədə tapdıq meyidi. Kəndlərimizdə 100
ev var idi. Demək olar ki, hamısını da yandırıb dağıtmışdılar.Televiziyada
və digər mətbuat vasitələrində isə bu faciəni çox soyuqqanlıqla:
sükutla qarşıladılar. Güya ki, Ağdabanda bir iki evə atəş
açılıb və bizimkilər erməniləri ... qovublar. Əsl həqiqət
isə bu idi. Cayqovuşanla Ağdaban tamamilə dağıdılmış, əhalisinin
qırılanı qalmış, sağ qalanları isə qolubağlı əsir aparılmışdı.
Ermənilər həmin gün Sovet müəllimi və qızını əsr götürmüş,
oğlunu öldürmüş arvadını isə yandırmışlar. Sevinc müəlliməni
(cavan gəlini) və iki uşagını da girov götürmüşdülər. Sonralar
əsirlikdən çətinliklə buraxılan Sovet müəllim danışırdı
ki, arvadım çox igid qadın idi. Görür ki, qapını kəsib.
Evdən ov tüfəngini götürür ki, quldurları yerindəcə gəbərtsin,
amma azğın quldurlar onu əlini tətiyə aparmağa macal vermirlər.
Köməyə özünü çatdıran Sovet müəllimi isə öldürməyib (işgəncə
vermək üçün-M.N), əsir aparırlar. Deyir ki, girov aparılanların
başına olmazın müsibətlərini açırdılar...
...Ermənilər harada yaxşı ev var idisə birinci onu yandırmışdılar.
Əmim Bəşir kişinin evi kəndin bu başındaydı. Bir az aşagıda
qardaşım oglu Qulunun eviydi. Bacım çıxıb baxır ki, Qulu
gəlir. Qulu da kəndin müdafiə dəstəsində idi. Qışqırır ki,
kəndə qaç! Anam da bizdə imiş. Uşaqlardan ikisi anamı götürüb
evdən çıxır, aparırlar meşəyə. Bacım görür ki, Qulu gedib
girdi əmim Bəkirin evinə. Sonra əmimin evindən tüstü qalxdı.
Əmimin arvadını və bir də Qulunu ermənilər diri-diri yandırmışdılır.
Əmim yazıgın silahı vardı. Götürüb ermənilərə atəş açır,
ermənilər də bu qisasa görə onlara od vurub yandırmışdı.
Əmimin birini yuxarıkı dərədə öldürmüşdülər, birini də kəndin
aşagısında.
Bizim nəsildən 14 nəfəri ermənilər vəhşicəsinə qətlə yetirib.
Deməli, xalam oglunun başını kəsiblər, şair Əlqəmənin oğlunu
deyirəm. Ondan sonra bibim oğlunu, əmim oglunu da öldürmüşdülər.
Bibim qızı yaşlı qadın idi. 70 yaşı vardı. Səs-küy salıb
deyə onu evdə diri-diri yandırıblar... Həyat arvadın oglu
Musa şikəst idi (28 yaşında). Hadisə zamanı çıxıb gedib
ki, baxsın görsün nə olub. Məktəbin yanında ermənilər onu
səsləyiblər “Ara, hara gedirsən?” - Deyib ki, evə gedirəm
də. İndi görün Musanı hansı işgəncə ilə öldürüblər. Ot tayasını
odlayıb, Musanı da tullayıblar oda (diri-diri).Yazıq uşaq,
bağıra-bağıra tayanın içində alışıb yanıb.Əmim oglu deyir
ki, mən bunlari uzaqdan gördüm, kömək edə bilmədim. Onlar
çox idilər.Musanın çıgırtısı indi də qulağımdadı. Ermənilərdə
ki, bu tayanın ətrafında oynaşırdılar. Harayına gələn Musanın
anası Həyat arvadı da ermənilər vəhşicəsinə güllələdilər.
Bu idi başımıza gələn müsibətlər. Ermənilər iki kəndin 100
evindən 53-nü, babamın əlyazmalarını, ondan nə qalmışdısa
yadigar, hamısını yandırmışdılar. Çayqovuşanda birinci bizim
evimizi dagıdıblar. Yeznəm Allahverdi görüb ki, haray-həşir
var, səsə gəlib. Görüb evi yandırırlar. Qaçıb canını qurtarıb.
Dədəmin qəbri Agdabanla Çayqovuşan kəndinin arasındadır.
Məhəmməd qəbri müdafiə edib. Ölənə kimi döyüşüb. 3 erməni
öldürüb. Aşagı tərəfdən qardaşım Ələsgərlə 10 nəfər əsgər
maşınla kəndin müdafiəsınə gedirmişlər. Maşın qayanın ətəyi
ilə gedərkən ermənilər yuxarıdan minaatanla atıblar. 10
nəfər əsgərin hamısı həlak olub. Ələsgər və bir-iki nəfər
də maşının kabinəsində. Kabinəyə 100-dən çox güllə dəyib,
amma Allah onları saxlayıb. Salamat qalıblar, düşüblər çayın
qıragına.
Həmin gün Bakıda idim. Eşidən kimi tə’cili Gəncəyə getdim.
Əlisaab Orucovla görüşdüm. Aprelin 9-da olduq Kəlbəcərdə.
Mənə dedilər ki, kəndə getməyin. Dedim necə yəni getməyin?
Mənim kəndimi yandırıblar, necə olur-olsun kəndə, Agdabana
getməliyəm. Xocalı faciəsini hamı bilir. Agdaban-Çayqovuşan
kəndləri isə iki dəfə yandırılıb, camaatı süngülərə çəkilib,
başları kəsilib, ciyərləri-urəkləri çıxarılıb. 1992-ci il
aprelin 8-də, bir də 1993-cü il martın 26-da Xocalı hadisəsindən
də faciəli bir bəla gəldi bu iki kəndin başına. O vaxt başıboş
rəhbərlərimizin vicdansızlığı ucbatından televiziyada hay-haray
qaldırılmadı, yerli mətbuat vasitəsi ilə xalqa çatdırılmadı,
eremənilərin törətdikləri bu vəhşiliklər. Aqibətimizə bu
düşdü ki, hal-hazırda torpaqlarımızın 20%-dən çoxunda erməni
yagıları at oynadır.
1992-ci il 8 aprel günü Camal kişinin 4 yaşlı qızını nizəyə
keçirib xəndəyə tullamışdılar. Camal kişiyə qızına qəbir
qazdırmışdılar. Agdaban-Çayqovuşan ona görə Xocalıdan fərqlidir
ki, Xocalıda əsas hadisəni rus ordusunun muzdluları, bizim
kəndlərdə isə ermənilər özləri törətmişdilər. Qənizadə kimi
səriştəsiz, şəxsiyyətsiz ordu başçılarımızın vicdansızlıgı
üzündən belə bəlalara düçar olduq.
Bu iki kəndin faciəsi ona görə dəhşətlidir ki, ermənilər
görünməmiş vəhşiliklər etmişlər: Bəkir kişini, Qulunu, Zeynəb
arvadı, Fatmanı, Həyatı, Musanı həmin gün diri-diri yandırmışdılar.Körpə
uşaqları süngülərə keçirmişdilər. Bu faciəli 8aprel 1992-ci
ildən sonra Kəlbəcərin qara günləri başlandı. Bütün bunlara
baxmayaraq kəndlərin camaatı Kəlbəcərdən geriyə Agdabana-Çayqovuşana
qayıtdılar. Çətin də olsa kənddə yaşayış vəziyyətini yaxşılaşdırmaga
başladılar. 1993-cü il martın 26-da kəndlərimiz ikinci dəfə
talan oldu. Faciəli surətdə yagı düşmən tərəfindən yandırıldı.
Camaat qanına qəltan edildi. Kəlbəcər alınmaz qala idi,
erməni heç vaxt bu torpagın bir qarışını ala bilməzdi.
Heydər Əliyevə 1993-cü ilin noyabrında, Gəncədə müşavirə
keçirilərkən ilk dəfə MÖHTƏRƏM HEYDƏR ƏLİYEV deyə, müraciət
edərək demişdim ki, bu millətə siz rəhbərlik edib, siz ağ
günə çıxara bilərsiniz. Bunları deməkdə məqsədim nə vəzifə
istəməkdir, nə də bir şey diləmək. Onu demək istəyirəm ki,
bu gün də, sabah üçün də bu xalqı bəlalardan birdəfəlik
Azərbaycan xalqının prezidenti Heydər Əlirza oglu qurtqra
bilər.İnanıram ki, bu gücü, bu qüvvəti Allah özü ona bəxş
etmişdir.
Fikrimi atamın bir işıqlı, ümidli bəndi ilə bitirirəm:
Şəmşirəm, qəlbimdə dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz,
Köçər bu zimistan, qorxma, gələr yaz,
Bir də görəcəksiz bahar, aglama
1993-cü ilin aprelində məni zorla Kəlbəcərə
İcra Hakimiyyətinin başçısı tə’yin etdilər. Doqquz gün getmədim.
Əbülfəz Elçibəy məni çagırıb dedi ki, niyə getmirsen? Dedim
ki, Gədəbəydə İH-nin başçısı idim. Sənin adamların gəlib
məni avtomatla kabinetimdən çıxartdılar. Mən sənin kimi
adamlarla işləyə bilmərəm. Xahiş edirəm, nə inciyin, nə
də küsün. Dedi ki, iki ay mənə kömək et, sonra baxarıq.
Bu hadisə Kəlbəcərin işgalından sonra olmuşdu. İndi görün
mən nələr çəkmişəm. Bir yandan Kəlbəcər dərdi, bir yandan
da qohum-əqrabamın, bacı-qardaşımın uşaqlarının şəhidliyi,
millətimin acı taleyi mənim dərdlərimin üstünə dərd calamışdı.
Əmim Bəkiri, arvadı Zeynəbi, bacım Çimnazı, qardaşım oglu
Qulunu, bibim qızı Fatmanı, dədəmin bibisi qızı Həyatı,
oglu Musanı diri-diri yandırmışdılar. Xalam oglu Hidayəti,
əmim oglu Ziyəddini, Qorxmazı, Rəiyyəti(onlar könüllülər
idi) məhv etmişdilər. Qohum əqrabanı Kəlbəcərdə Şəhidlər
xiyabanında dəfn etdik. Bu dərdlərin hansına dözmək olur
ki...Dədəm Şəmşirin, bacım Çimnazın başdaşını güllə-baran
etmişdilər. Sağalmaz yaralardır...
“ZƏRLİ TAC KAMALLI
BAŞA YARAŞIR”
Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz
açmış görkəmli el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın
çiçək ətrini, büllur bulaqlarımızın saflıgını, hikkəli çaylarımızın
təmizliyini, bir sözlə, bəndinə-bərəsinə qarış-qarış bələd
olduğu kövrək torpaqlarımızın əvəzsiz şirinliyini yaşarı
misralara çevirməklə, özündən sonrakı nəslə ədəbi irs qoyub
getmişdir.
Aşıq Şəmşirin ilk ustadı atası Aşıq Qurban və Aşıq Ələsgər
olmuşdur. Göyçə aşıq mühitinin bir qolu olan Kəlbəcər aşıq
sənətkarlıgının inkişafı məhz Dədə Şəmşirin adı ilə bağlıdır.
Xalq şairi Səməd Vurgun Kəlbəcər daglarında bu iste’dadlı
el sənətkarı ilə tanışlığını sənət aləmində “nadir tapıntı”
hesab etmişdir.
İllər keçdikcə Aşıq Şəmşir sazından qopan havalar və havacatlara
qoşulan qoşqular məmləkətimizi oba-oba, oymaq-oymaq dolaşaraq,
xalq arasında dərin rəğbət, böyük məhəbbət qazanmışdır.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini
öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın xalqımızın
böyük oğlu Heydər Əliyevə həsr etdiyi şe’rlər, bu gün –
üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü
kimi, zamanla da həmahəng səslənir:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü,
bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin tərənnüm
şe’rlərini oxuduqca ustadın səmimi və təbii deyimlərinə
valeh olursan. Həmşə elin dərdi ilə ağlayıb, sevinci ilə
gülən ulu ozanın qarlı zirvələrdən qanadlanan ilham qartalı
doğma Azərbaycanımızda gedən vüs’ətli inkişafı və Heydər
Əliyev həqiqətlərini, təbii ki, görməli idi:
Çiçəklənib Azərbaycan,
Bu illərdə, bu illərdə.
Al bəzənib cümlə-cahan,
Bu illərdə, bu illərdə.
Ustad sənətkar bu şe’rləri yazdıgı illərdə
Azərbaycan Sovetlər Birliyinin “vahid ailə” üzvlərindən
biri idi. Təbii ilhama, fitri istedada malik bir el sənətkarı
kimi Aşıq Şəmşir Odlar yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə
saz tutub, söz qoşurdu.Bu uğur və ya zəfər “binasının isə
bir me’marı” vardı. Heydər Əliyev. Aşıq məhz onun aglını,
kamalını vəsf edirdi:
Azərbaycanımızın igid ogluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Dədə Şəmşirin
Heydər Əliyevə həsr etdiyi serlərdən parçalar:
HEYDƏRİN
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.
Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.
Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü,daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir,bizə var imdadı Heydərin.
YARAŞIR
Azərbaycanımın igid ogluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış aglına,
Zərli tac kamallı başa yaraşır.
Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edirgülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oglu çatsın qoy 100 yaşa,yaraşır.
TORPAĞIN DADI
Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varagındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çıragındadı.
Şəmşir,sevin,gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çay dərən.
Me’yar var-əyrini, düzü göstərən,
Hər kəsin qiyməti qabqğındadı.
“AXTARIB ŞƏMŞİRİ
SORMAQ İSTƏSƏN...” sızılda, ah çəkər yaralı dağlar
Bu gün murdar erməni tapdağı altında inildəyən
dağlarımızdakı ocağı, odu sönmüş müqəddəs yurdlarımız, bizlərdən
haray diləyir, imdad gözləyir. Belə ocaqlardan biri də sazı,
sözü, dədəliyi ilə yaddaşlara həkk olan Dədə Şəmşirin külü
göyə sovrulan yurd-yuvasıdır.
1992-ci il aprel ayının 8-də Dədə Şəmşirin ata ocağı olan
Ağdaban - Ağdərə quduzlaşan erməni quldurları tərəfindən
darmadağın ediləndə, ağdabanlı körpələr əli-qolu bağlı qul
kimi əsir aparılanda ağdabanlıların fəryadı ikicə addımlıqdan
o yana çatmadı. Təkcə onu deyək ki, Ağdabanın kişi qeyrətli
qadınları (6 qadın) o vaxt silahsız-filansız 8 erməni yaraqlısını
tərk silah edib kəndini qoruyur, Kəlbəcərin qala qapısı
olan Ağdabana “ bir quş belə səkmirdi”.
İndi xatırlanan o illərdən xeyli keçib. İndi biz də dədəsiz
Ağdabandan aralıyıq. Dağlar bu gün Şəmşirsiz, Şəmişirin
sazı isə ondan ötrü burnunun ucu göynəyənlərə həsrətdir.
Müqəddəs dağ obrazı yaradıcılığının ana xəttini təşkil edən
Dədə Şəmişirin dünyaya göz açdığı vaxtdan bir əsr keçir.
Amma yamanca səssiz-səmirsiz qarşılayırıq bu yubileyi. Bu
da Şəmişir dədənin ruhuna və şəmişirseevənlərə bir dərd
olub.
Dədə Şəmişir müqəddəs bir ocaqda dünyaya göz açmışdı. Atası
aşıq Qurban Miskin Abdal nəslinin dövrümüzdə yazıb-yaradan
nümayəndələrindən biri kimi tanınmış el aşığı idi. Dədə
Qorquddan Dədə Ələsgərə kimi sazı və sözü ilə mükəmməl bir
aşıq məktəbi yaratmış bu ulu sənətkarın ocağında, şübhəsiz,
Şəmişir kimi söz sərrafı böyüməli idi.
Yaradıcılığında dağların əzəməti, vüqarı başlıca mövzüya
çevirilmiş Dədə Şəmişir aşıq şe’rinin bütün formalarından
istifadə etmişdir. Aşıq şe’rinin forma rəngarəngliyi, çoxşaxəliliyi
Şəmşir yaradıçılığında özünü bir daha büruzə vermişdir.
Ölməz sənətkarımız Səməd Vurğunla Dədə Şəmşirin yaxın dostluğu
da məhz aşığın iste’dad və qabilyyətinin o zamankı tanınmış
sənət adamlarının diqqətində olduğunu göstərirdi.
Səmədlə Şəmşir dostluğu hər iki azman sənətkarın saza, sözə
bağlılığından qidalanmışdı. Xalq yaradıcılığına dərindən
bələd olan və bunu poeziyasında sübut edən Dədə Şəmşirlə
Səməd Vurğun Dəlidağda, Ceyran bulağında, Turşsudakı görüşlərinin
el arasında dastana çevrilməsi bir daha göstərirdi ki, bu
ilham çeşməsindən bəhrələnən sənətkarların dostluğu bir
sim üstə köklənibdir. Bəli, S.Vurğunla Dədə Şəmşirin Kəlbəcərlə,
İstisu ilə bağlı xatirələri indi bizə dünənimizdən qalan
ən şirin xatirələrdir...
Şəmşir Dədə Kəlbəcərin Səmədli günlərində bəxtəvər idi.
Dünyanın tanıdığı və adını hörmətlə çəkdiyi bir şəxsiyyətlə
dostluq edirdi. Bunun özü göstərirdi ki, Dədə hər əlinə
saz alıb məclisləri rövqləndirən aşıqlardan deyil. Səməd
Vurğun hər sənətkara belə böyük qiymət verməmişdi. Nə isə...
İndi oturub dədəsiz günlərimizdə Dədənin xatirələrlə dolu
ömür səhifəsini də vərəqləmirik. Qapılmışıq içimizə. Yurdsuz
- dədəsiz günlərimizin ağrı-acısını dadmaqla başımızı qatırıq.
Və yuxularımızda dədəli günlərimizə qovuşuruq.
...Dədənin bu vəfasız dünyadan köç edən ili də kəlbəcərlilər
üçün ağır gəlmişdi. Dağlar qan-qan deyirdi. Ulu ozanı əbədi
dünyaya yola salan dağ-daş qan ağlayırdı. Təbiət qış donunu
geyinmişdi. Ağdabana gedən yollar qan yığnağından bağlanmışdı.
Amma Dədə ilə sonuncu dəfə vidalaşmağa gedən sənətkarları
bu dağ boranı qorxutmurdu. Hüznlü karvan üz tutmuşdu Ağdabana.
Dədənin qara köynəkli telli sazı “Kərəmi”yə köklənmişdi.
Ağdaban özünün Dədəsiz günlərini yaşamağa başlayırdı. Çayqovuşanla
Ağdaban arasındakı təpədə əbədi yer seçilmişdi Dədəyə. Deyirlər
ki, öz arzusu olub bu yerin seçilməsi. Buradan baxanda Dədənin
həmişə vəsf etdiyi dağlar və dağların ilham çeşmələri buradan
aydın görünür...
...İllər necə də quşqanadlı olurmuş. İndi o illərdən çox
vaxt keçib. O zaman Dədəyə ağı deyən dağlar indi də Dədəsiz
qalan, külü göyə sovrulan Ağdabana və Çayqovuşana niskilli,
hüznlü nəğmə deyir. Belə həsrətli misralarla biz də özümüzü
ovundurur və Dədəni haraylayırıq:
Dədə Şəmşir,bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları.
Sazlı-sözlü balaların dil açmır,
Bürüyübdü fəryad,ağı dağları.
Məhəmməd dədəsiz qalıb bu yanda,
Qılınclar yamanca pas atıb qında.
Hər “Novruz günü”ndə,bahar ayında,
Dağlayır sinəmin dağı dağları.
Dədə Şəmşirsiz gözləri yollarda qalan
Ağdaban 8 aprel 1992-ci il tarixdə can verirdi, boğulurdu
öz körpələrinin ah-vayından. 11 iyul 1990-cı il tarixdə
Otaq qayada erməni daşnaklarının güllə-baranına düşən Çimnaz
balasını qoruya bilmədiyimiz kimi, indi də ağdabanlı balaları
güdaza verdik. Dədənin ruhu bizi bağışlayacaqdımı?. Heç
kim bu suala cavab verə bilmir, hamı günahkar-günahkar başını
aşağı dikib, sabahkı müsibətlər barədə düşünürdü. Kəlbəcərə
atılan düşmən gülləsi Dədənin qaragöz balasına dəymişdi.
İndi də Dədəni od-ocağı odlara qalanmışdı.
...Dədə Şəmşirin ocağından qalxan alov dilli fəryadlar bizi
yandırıb-yaxırdı. Dədənin əlyazmaları o gün göyə sovrulmuşdu,
şəhid olmuşdu ağdabanlılar kimi. Bu şəhidlər karvanının
qana bələnmişlərindən biri də Dədənin nəvəsi Qulu idi...
Dağlar nalə çəkib Şəmşirsiz ağlayan günlərdə dədəsizləşmiş,
boynubükük qalmışıq. Gümanımda yamanca yanılmışam. Elə bilirdim
ki, dədəsiz günlərimizdə ən çox anılan Şəmşir ocağı olacaq.
Çox təəssüf ki, belə olmadı. Dədəni qəlbimizdə əbədi heykəlləşdirsək
də, o, maddi-mə’nəvi abidəmiz kimi qorunmadı. Nə müqəddəs
yurdunu, məzarını, ziyarətgahını saxladıq, nə də özündən
sonra gələn nəsilə onun örnək olan həyatını, yaradıcılığını
aşıladıq. Hələ sağlığında Dədənin ocağını müqəddəs bilən
söz həmkarlarımız da sanki Şəmşir sazının sızıltılarını,
özünün xoş avazını yada salmadı. Olsa-olsa radioda bir lenti
qaldı.
Respublika prezidentinin S.Vurğunun anadan olmasının 90
illiyinin təntənəli keçirilməsi üçün verdiyi fərman səmədsevərlərin
və Şəmşir sazının pərəstişkarlarının qəlbincə oldu. Bu yerdə
Dədə Şəmşirin anılmaması, bir əsrin yaşıdı kimi rəsmi xatırlanmaması
şəmşirsevərlərin niskilinə dönsə də, nanırıq ki, vaxtilə
poeziyanın, aşıq şe’rinin qoşa zirvəsi kimi respublika ictimaiyyətinin
diqqətində olan Səməd Vurğun və Aşıq Şəmşir bu gün də qoşa
anılacaq. Buna onların hər ikisinin mə’nəvi haqqı çatır.
Son söz isə respublika Aşıqlar Birliyi və yazıçılar Birliyinin
olmalıdır.Bu mə’nəvi borc unudulmamalıdır.
ƏDƏBİ İRSİN ÇAPI
Aşıq Şəmşir həm də bir neçə dastanın müəllifidir:
“Cəlal və Minayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər”
dastanlarından sonuncusu 1972-ci ildə “Azərbaycan dastanları”nin
5-ci cildində çap olunub. Dədə Şəmşirin “Polad” adlı ideal
el qəhrəmanının Böyük Vətən Müharibəsində göstərdiyi şücaətdən
bəhs edən nəzmlə yazılmış dram əsəri də vardır. Bu dram
əsəri o vaxt Ağdaban, Kərəmli, Umudlu, Usacıq kəndlərində
yerli ziyalıların, teatr həvəskarlarının köməyi ilə oynanılmışdır.
Ustad klassik şe`r üslubunda çoxlu qəzəl, qəsidə, rübai
və məsnəvilır də yazmışdır. Çox təəssüf ki, bu əsərlər işıq
üzü görmədi. 1992-ci ildə erməni barbarları tərəfindən Şəmşirin
ata yurdu ev muzeyi ilə birlikdə yandırıldı.
Lakin qaragüruh erməni faşistləri onu bilımədilər ki, Ağdabanın
soyqırımı, milli mədəniyyətimizin yandırılıb kül edilməsi
Dədə Şəmşirin sevgisini çoxmilyonlu Azərbaycan xalqının,
Şəmşirsevərlərin ürəyindən sevə bilmədi. Əksinə şair, şe’r,
aşıqsevər Azərbaycan ədəbi ictimaiyyəti Dədə Şəmşirin kitablarını
ayrı-ayrı illərdə qədirbilən oxuculara çatdırıb. (“Qoşmalar”-1971;
“Seçilmiş əsərləri-1974”; “Dağ havası-1978”; “Şe’rlər-1980”;
“Öyüdlər-1996”). Bundan başqa, “Dədə Şəmşir yaddaşlarda”
adlı kitabı 2000-ci ildə nəşr edilərək oxucuların stolüstü
kitabına çevrilmişdir. Bu kitablar içərisində diqqəti ən
çox cəlb edən Dədə Şəmşir ömrünün və sənətinin salnaməsi
olan “Gənclik” nəşriyyatının 2000-ci ildə Qənbər Şəmşiroğlunun
və Füzuli Ramazanoğlunun toplayıb, tərtib etdikləri, nəfis
şəkildə çap olunmuş “Dədə Şəmşir yaddaşlarda” (xatirələr,
məqalələr məcmuəsi) kitabıdır...
DƏDƏ ŞƏMŞİRİN HƏYAT
YOLU
Dəmirçidam kəndi Göyçənin gədiyində yerləşir.
O, vaxt ustad - dədə, peşəkar – ifaçı aşıqlarından və el
şairlərindən Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn,
Aşıq Musa, Zodlu Aşıq Abdulla, Aşıq Nəcəf, Aşıq Talıb, Aşıq
Bəsti və b.Miskin Abdal ocağının pir nəslindən olan Məşədi
Məmmədalı oğlu Ağdabanlı qurbangilə tez-tez gəlib - gedirdilər.
Onlar dəmirçidamlıları vüqarlı, ilqarlı oğul-qızlarının
xeyir işlərinin “Divani” və “Düvaqqapması”nı oxuyub, onlara
qoşa qarımaları üçün xeyir-duva verirdilər.
Dədə Şəmişirin babası Məşədi Məmmədalı kişi Ağdaban kəndinin
Çayqovuşan deyilən axar-baxarlı, cənnətməkan bir güşəsində
məskunlaşdıqdan sonra sovet hakimiyyəti qurulanədək - 1920-ci
ilə kimi Dədə-baba yurdu Dəmirçidam kəndinin Qoşabulaq ərazisinə
və söyüdlüçay yaylağına yaylağa çıxarmış. Ağdaban kəndi
Şəmşirin ata yurdu Dəmirçidam kəndinə nisbətən təbiətinin
axar-baxarlığına, havasının saflığına görə daha gözəldir.
Bura dörd tərəfdən uca dağlarla, ormanlarla əhatə olunmuşdur.
Lilparlı kebur bulaqları, xəstələrin dərdinə dərman olan
ab-havası, əlçatmaz, ünyetməz zirvələri gələni-gedəni yoldan
edərdi. Əkinçilik-maldarlıqla, yeri gələndə dülgərliklə
də məşğul olan Məşədi Məmmədalı ömrünün-gününün qalan hissəsini
gözəlliklər məskəni Ağdabanda yurd salmaqda görür. Beləliklə
də, o Ağdabanda - Çayqovuşanda məskunlaşır.
Aşıq Şəmişir Qurban oğlu Qocayev 1893-cü ildə Azərbaycanın
Kəlbəcər rayonunun Dəmirçidam kəndində el şair-aşığı Ağdabanlı
şair Qurban Məşədi Məmmədalı Məhərrəm oğlunun ailəsində
dünyaya göz açmışdır.
Dədə Şəmşir “Mənim” rədifli bəyani-halında
oxucusu ilə olum və gün - güzaran tarixini belə bölüşür.
Min səkkiz yüz doxsan üçdə anadan,
Olmuşam, bu qədər yaşım var mənim.
Murov, Qoşqar, Kəpəz, Çilgəz, Dəlidağ,
Məskənim olubdu bu dağlar mənim.
Yaylaqda yayladım çobanlarınan,
Gün keçirdim namus,qeyrət, arınan.
Dolandım ellərdə etibarınan,
Dedilər adıma bəxtəvər mənim...
Dədə Şəmşirin babası Məhərrəm oğlu Məşədi
Məmmədalı ilə yanaşı qardaşları məşədi Məmməd, Oruc da 1901-1903-
cü illərdə Ağdabana köçüb özlərinə yurd salmışlar.
Qurban da burada yaşamışdır. Ustadın oğlu Qəmbər Qurbanovun
bizə verdiyi məlumatdan aydın olur ki, Məşədi Məmmədalı,
qardaşları məşədi Məmməd və Oruc Məhərrəm oğlulları Ağdabanda
yürd saldıqları mülkü Teymurxan bəylərindən satın alıb özlərinə
mülk etmişlər. Yeri gəlmişkən qeyd edək ki, digər aşıqlara
nisbətən Aşıq Şəmşirin olum, ölüm tarixi ona verilən bütün
sənədlərdə olduğu kimidir.
Aşıq Şəmşir ədəbi ictimaiyyət bilik-bacarığına,
aşıqlıq ədəbinə, yol ərkanına, ustadlığına görə ona Aşıqlar
“Dədə”si ləqəbini- təxəllüsünü vermiş və adından əvvəl işlətmişlər.
Ləqəb – təxəllüs ustada, peşəkar ifaçı aşığa əksər hallarda
mənsub olduğu xalqın alimləri-müdrikləri, ağsaqqaları tərəfindən
verilir.
Məhz Aşıq Şəmşirə də bu ləyaqətli ləqəb təxəllüsü ədəbi
ictimaiyyət, ziyalılar, aqillər, müdriklər, ağsaqqallar,
aşıq həvəskarları tərəfindən 50-ci illərdən sonrta verilmişdir.
AŞIQ ŞƏMŞİRİN ANASI
Dədə Şəmşirin anası Səlbi xanım o zaman
Kəlbəcər mahalının Güneypəyə kəndində san-səxalı, bin-bərəkətli,
qonaq-qonaqcalı süfrəsi ilə xətir - hörmət yiyəsi olan,
zor kişilərdən biri kimi ad-san qazanmış Əlbənd kişinin
boy-buxunu, davranışı, ədəb-ərkanı ilə seçilən el qızlarından
biri idi. Əlbənd kişi Kəlbəcər mahalında saz-söz vurğunu
kimi zəngin Azərbaycan dastanlarını, əfsanə-əsatirlərini,
nağıllarını sinədəftər bilən istedadlı, müdrik aqillərdən
biri kimi tanınırdı.
Səlbi xanımla bağlı ağdabanlı Şair Qurbanın “Getmə” kitabına
ön söz yazan görkəmli folklorşünüs professor Sədnik Paşayev
yazır:
Çox keçmir ki, Qurban bitkin gəraylılar və qoşmalar müəllifi
kimi şöhrət qazanır. Sevgilisi Səlbiyə həsr etdiyi “Getmə”
qoşması ilə özünə çoxlu pərəstişkarlar tapır:
Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı, getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Məni qoyub yaslı, yaralı, getmə.
Qurbanam, dərd qoydun azrım üstə,
Bir də güzar eylə güzarın üstə.
Mən öləndə bir gəl məzarım üstə,
Sən allah yar, ötüb aralı getmə.
Çarpaz, daxili qafiyələr (6+5=11), poetik
duyum başdan-ayağa epitetlər üzərində səlbi xanıma ünvanlanmışdır.
- desək fikrimizdə yanılmarıq.
Şair Qurbanın sevgilisi Səlbi xanıma ithaf etdiyi “Üstündən”
gəraylı gözəlləməsində də sözlərin seçimi ölçülü-biçilidir:
Zənəxdanda qoşa xal var,
Camalında nə cəlal var.
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.
Sənsiz bu Qurban sızıldar,
Cismi ağlar, can sızıldar.
Arı görsə şan sızıldar,
Olmaz ayırmaq üstündən.
Verilən nümunələrdə ifadə çeşidləri, misralarda,
beytlərdə, bəndlərdə səslərin çalarlığının sıralanması alleterisiyaya
ən tutarlı nümunədir.
HALALI, HƏYAT YOLDAŞI
GÜLLÜ XANIM
Dədə Şəmşirin bədii yaradıcılığında: gəraylılarında,
qoşmalarında, təcnislərində, divanilərində, müxəmməslərində
adı ismət-qeyrət mücəssiməsi ilə çəkilən Güllü xanım əslində
Kəlbəcərin Seyidlər kəndindəndir. Sonralar atası Seyid Həsən
ailəsi ilə birlikdə köçüb Ağdaban kəndində sakinləşib. Dədə
Şəmşir Güllü xanımla 1927-ci ildə xoşbəxt ailə qurmuşdur.
Onlar 53 il ömür-gün yoldaşı olmuşlar.Ustad Şəmşir Güllü
xanıma ailədə: “Güllərbəzən”, “Nazlı gəlin”, “Gülgülüm”,
“Süsən gülüm”, “Sərvi sənubərim” – deyə müraciət edərmiş.
Güllü xanım 20 il Şəmşirsiz keçirdiyi günlərini 2000-ci
ilin 18 martında başa vurub, dünyasını dəyişdi.
Deyirlər, ərlə-arvadın torpağı bir yerdən götürülür. Doğrudan
da Dədə Şəmşir ilə Güllü xanımı tanıyanlar onların mənalı
ömür-gün sürdükləri 53 il haqqında ürəkdolusu söhbət açırlar.
Dədə Şəmşirin övladlarından seçmədiyi, həmişə, hər an ustadın
dizinin kündəsini kəsən istedadlı şair Məmməd Aslan “Yüz
ilin başıdı...” yazısında deyir:
“ – Dədə Şəmşir, örün doxsan ilinin doqquz gününü bu xəstəxanada
keçirirsən, burada arvada salam-səfa məktublarından özgə
nə yazmısan?
Bir qalın dəftəri belədən-belə varaqlayır.
- Əlliyə yaxın cinaslı bayatı yazmışam – özünəməxsus şirin
bir qaqqanaq çəkir.- Bunun da çoxusu güllü nənənindir..”
Güllü xanım haqqında Dədənin poetik duyumundan bəzi töhfələr:
Sən uzun ömrünü yaşa, yaxşıdı,
Vəsməni çək qələm-qaşa, yaxşıdı.
İz qarın üstündə qoşa yaxşıdı,
Təkcəmi salırsaniz innən belə.
Yaxud
O işvəli ceyran, o nəcib pəri,
Şəmşiri eyləyib dəli, sərsəri.
Nəğməsilə bağlamışam dəftəri,
Vəsfi qalsın bu cahanda Güllərin.
Biz ümumi tanışlıq üçün Güllü xanımın
poetik portretindən verdiyimiz öyüm-deyimlərlə hələlik kifayətlənirik.
Əminik ki, qədirbilən ortaq Türk dünyasının poeziya, saz-aşıqsevərləri
Dədə Şəmşirin ədəbi irsini bundan sonra özlərinin stolüstü
kitabına çevirəcəklər.
SÜLALƏSİ, YAXIN ƏTRAFI
VƏ UŞAQLARI
Dədə Şəmşirin sülaləsi öz tarixi kökləri
ilə XV-XVI əsrlərdə yaşamış Səfəvi dövlətinin başçısı Şah
İsmayıl Xətainin yaxın silahdaşı olmuş Miskin Abdal ilə
bağlanır.
Aşıq Şəmşrin “Öyüdlər” kitabının ön sözündə Füzuli Ramazanoğlu
yazır: Qoca tarixin yaddaşında cahanşümal hadisələrlə yanaşı,
cahanşümal şəxsiyyətlər də qalıb əbədiləşəcək. Zərdüşt kimi,
Qətran Təbrizi kimi, Nizami kimi, Bəhmənyar kimi, Nəsimi
kimi, Miskin Abdal kimi, Sabir kimi, Mirzə Cəlil kimi, Üzeyir
bəy kimi, Aşıq Ələsgər kimi, Ağdabanlı Şair Qurban kimi...
Azərbaycanın tarixində o qədər qüdrətli, möhtəşəm simalar
var ki, nə qədər desən yazmaq, saymaq olar. Bu sarıdan torpağımız
kimi, adamlarımız da zəngindir. Belə zəngin, dünyadüyümlü,
əzəmətli şəxsiyyətlərimizdən biri də qüdrətli saz-söz sərraflarımızdan
biri sayılan Aşıq Şəmşirdir. O, Miskin Abdal ocağında pöhrələnib,
boy atıb böyük xalqın nəğməkarına çevrilib”.
Ağdabanlı Şair Qurban adı ilə tanınan Dədə Şəmşirin atası
hələ XIX əsrin axırlarında bir vaxtlar ulu babası Miskin
Abdalın yaşadığı Göyçə Mahalının Sarıyaqub kəndində ətraf
oba-oymaqlarda şöhrət qazanmış məşhur “Miskin Abdal ocağı”ndakı
mollaxanada təhsil almış, mollaxana tələbələri içərisində
kəskin hafizəyə, möhkəm yaddaşa malik olduğundan, həmkarları
arasında zəngin bilik sahibi kimi məşhurlaşmışdı. O, ərəb,
fars dillərini mükəmməl bilirdi. Bu xususi istedad sahibinə
heyran qalan mollalar onun zəmanəsinin dərin, mükəmməl təhsilli
molası olacağını, el şairləri, ustad aşıqlar isə Ağ Aşıq,
Aşıq alı, Dədə Ələsgər kimi saz-söz sərrafı olacağını söyləyirdilər.
Onu da qeyd edək ki, XIX əsrdə Göyçədə yetişən el şairləri,
saz-aşıq şairləri Miskin Abdalı özləri üçün övlüya, mürşüd
hesab edirdilər.
Təsədüfü deyil ki, Dədə Ələsgər özünün “Abdal olduğunu”,
Növrəs İmanın isə:
“Yaxşı bəyənmişəm Miskin Abdalı,
Cəm imiş başında hüsnü kamalı”- kimi özünə ustad sayması,
Ağdabanlı Şair qurbanın soy kökünün dövrünün böyük sənətkarı
Miskin Abdala bağlanması: azman Ozanın- Miskin Abdalın Dağıstanı
gəzib dolanmasına rəğmən özünün yurdu Dəmirçidamı “Bala
Dağıstan” kimi şeirlərində yaşatması fikirimizə haqq qazandırır.
Dədə Şəmşir şer-sənət dünyasında böyüdüyündəndir ki, erkən
yaşlarından, 15-16 yaşındn şer yazmış, sazla mehrlənmişdir.
Dədə Şəmşirin bu sənətə meylindən söhbət açan bütün-alim
ziyalılar onun ilk ustadının Ağdabanlı Şair Qurbanın özü
olduğunu dəyərləndirilər. Bir şagird kimi, Şəmşirin də saz-söz
sənətində ustadı Goranboyun Xan Qərvənd kəndindən olan,
o dövürdə sazı-sözü ilə tanınan, ağır-ağır toylar keçirən,
bəynişan oğlan-qızlara xeyir-dua verən Aşıq Sarı olmuşdur.
Aşıq Şəmşir 1915-ci ildən başlayaraq müstəqil olaraq aşıqlıq
etməyə başlamışdır.
Mənbələrin dövrü mətbuatda verdiyi məlumatlara görə, Şəmşir
xüsusi məktəb təhsili görməmişdir. Öz-özünə və həm də atasının
yaxından köməyi ilə ailə təhsili alıb, oxuyub-yazmağı öyrənmişdir.
Mənbələr Dədə Şəmşrin həm də iki il mollaxana təhsili gördüyünü
də məlumat verir.
Aşıq Şəmşrin “Öyüdlər” kitabının ön sözündə bu barədə Füzuli
Ramazanoğlu yazır:
“1920 ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda Kəlbəcərin
Qamışlı kəndində kənd sovetinin katibi işləyən atasının
yanında əvvəlçə köməkçi, sonra isə katib vəzifəsində çalışıb.
Uzun müddət kolxozda təsərrüfatla məşğul olub. Müharibə
vaxtı camaatın çörəklə təmin olunmasında xüsusi xidmətlər
göstərib... Bu sahədə göstərdiyi tarixi xidmətlərə görə,
1957-ci ildə böyük sənətkar Respublikanın Əməkdar İncəsənət
Xadimi kimi yüksək ada layiq görülmüşdür”.
Dədə Şəmşrin böyük oğlu Qənbər Qurbanovun verdiyi məlumatdan
aydın olur ki, Aşıq Şəmşrin babası, Ağdabanlı şair Qurbanın
atası Məşədi Məmmədalının 5 oğlu varmış. Qurbanla Əmrah
gözəl təbə malik istedadlı el şairləridir.
Dədə Şəmşrin atası Ağdabanlı Şair Qurbanın isə 6 oğlu və
4 qızı olmuşdur. Şəmşir, Bakir, Qara, Əmir, Talıb, Sadıq,
qızları: Tərə, Ceyran, Sərəncam və Savad. Ustadın qardaşlarından
Əmir və Talıb çox cavanikən dünyasını dəyişmişlər. Qardaşlarından
Qara və Bəkir Böyük Vətən Müharibəsinin iştirakçısıdır.
1992-ci ilin aprel ayının 8-də hər iki qardaş erməni cəlladları
tərəfindən işgəncə ilə qətlə yetrilmişdir. Elə həmin gün
Dədə Şəmşrin sülaləsindən olan 15 nəfər vəhşicəsinə öldürülmüşdür.
28 yaşlı nəvəsi Qulu Şahbər oğlu erməni vəhşiləri tərəfindən
diri-diri odda yandırılmışdır.
Dədə Şəmşrin 10 övladı olmuşdur. Onlardan 5-i oğul, 5-i
isə qız idi. Oğlanlarının adı Qəmbər, Şahbər, Əkbər, Ələsgər,
Rəşiddir. Dədə Şəmşrin sevimli oğlu Əkbər 1965-ci ildə faciəli
şəkildə həlak olmuşdur. Ələsgər 2003-cü ildə təsədüfü bir
qəza nəticvəsində dünyasını dəyişib. Usdadın qızı Çimnaz
3 uşaq anasıdır. 1990-cı il iyul ayının 10-da Bakıdan Kəlbəcərə
gedərkən qaniçən erməni erməni cəlladları tərəfindən güllələnmiş,
başından aldığı ağır yaradan keçinmişdir.
Dədə Şəmşrin 29 nəvəsi və 44 nəticəsi var.
AŞIQ ŞƏMŞIRİN
DASTAN YARADICILIĞI
Dədə Şəmşrin ailə-əxlaq üzərində qurduğu “Şəmşir və Sənubər”
dastanı ustadın yaşadığı acılı-şirinli dünyanın epik-lirik
məqamları üzərində qurulan həyat səlnaməsidir. Nədənsə,
dastanda bütün obrazları öz adı ilə saxladığı halda, Dədə
Şəmşir ömür gün yoldaşı Güllü nənəni “Sənübər” adı ilə bir
növ ismi-pünhan obraz kimi dastanın sujetində oxucsuna sevgisində
ardıcıl, qayım-qadım, xoş, qədim türk xanımı kimi təqdim
edir.
Digər məhəbbət dastanlarındanh fərqli olaraq dastan önü
verilmiş üç ustadnaməözünündür.
Bu ustadnamələrdə aşıq dinləyiçilərə mərdlik, xalqa, vətənə
məhəbbət, sədaqət kimi insani keyfiyyətlər aşılayır, onları
pis əməllərdən uzaq olmağa, hər deyilən sözə inanmamağa,
hər adama sir verməməyə çağırır.
Aşıq Şəmşir “Şəmşir və Sənubər” dastanını düzüb qoşarkən
üç mərhələli ustadnamədən, bir haqq qapısı divanidən, 30
bəndlik 6 gəraylıdan, 98 bəndlik 28 qoşmadan, çoxlu gəraylı,
qoşma, müxəmməs üzərində deyişmə, qıfılbənd və 6 bəndlik
toyaxarı duvaqqapmalı xeyir-duadan istifadə etmişdir.
Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r
nümünələri bunlardır:
Təsnif, bayatı, gəraylı, qoşma, təcnis,
divani, müxəmməs və onların şəkilləri.
MƏN
DƏDƏ ŞƏMŞİR
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.
Lalədi, nərgizdi evim-eşiyim,
Köynəyim sıx meşə , qoymaz üşüyüm.
Qərənfildi, qızılgüldü beşiyim,
Buz bulaqlı göy yaylaqların oğluyam.
Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı: əl çata bilməz.
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.
Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş, hər sərvətin yatağı.
Uca zirvələrin-lalə bayrağı!
Şəmşirəm, nə gözəl diyar oğluyam.
GÖRƏYDİM,
Yenə at çapaydım Çöplü dağında,
Düz yurd lalasını bir də görəydim.
Könlümün intizar, həsrət çağında,
Qara qayasını bir də görəydim.
Gün ana qoynundan təzə çıxanda,
Şuası aləmə nurlar yaxanda.
Taladan o taya sarı baxanda,
Dağlar hanasını bir də görəydim.
Çıxaydım Turşsudan Quş yuvasına,
Baxaydım Buzluğun tamaşasına,
Könlüm yetişərmi təmənnasına?
Təmiz havasını bir də görəydim.
Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını.
Soruşub qohumun, dostun halını,
Eli-obasını bir də görəydim.
Şəmşir, nə arzudur, düşübsən dərin?
Daha qocalmısan, varmı xəbərin?!
Ağdaban kəndində bizim yerlərin,
Qurğu-binasını bir də görəydim.
QOŞMALAR
Vətənin.
Könül aşiqisən dolan, yorulma,
Hey başına, ayağına vətənin.
Bu cənnətdən qeyri yana vurulma,
İsin isti ocağına vətənin.
Ata yolu saxlayırmı hər oğul?
Öz yurdunun qurbanıdı hər oğul.
O bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına vətənin.
Qoy güllə xainin gözünə dəysin,
Şəmşirin söz oxu üzünə dəysin.
Daş atanın daşı özünə dəysin,
Toxunmasın dırnağına vətənin.
Oğluyam
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.
Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı - əl çata bilməz.
Məkanın Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.
Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş hər sərvətin yatağı,
Uca zirvələrin – lalə bayrağı,
Şəmşirəm, nə gözəldi diyar oğluyam.
Qocaldım
Təkcə mən deyiləm xətti çal olan,
Baxıram qocalan çoxdu, qocaldım.
Cavanlıq eşqini əlimdən alan
Axır mənə belə baxdı, qocaldım.
Qocalıq qış fəsli, boranlı qardı,
İnsanın ömrünə qorxusu vardı.
Elə ki, saqqalım, saçım ağardı,
Bildim ki, yeti8şən vaxtdı, qocaldım.
Şəmşirəm, dil verdi nəğmə dilimə,
Qulluq etdim vətənimə, elimə
Dərman hanı qocalığa, ölümə..
Neynəyim ki, çara yoxdu, qocaldım.
Gedirəm
Qədərindən artıq qəmlər yemişəm,
Gözüm bu cahandan doyub, gedirəm.
İsgəndər dünyada əliboş getdi,
Mən hansı xəzinə qoyub gedirəm?
Biz abad etmişdik o viran yurdu,
Kim ucaldı, kim yıxıldı, kim durdu?!
Qəza oxun atdı, nə irast vurdu,
Qəlbimə yaralar dəyib, gedirəm.
Eşq oduna dönə-dönəyanmışam,
Məhəbbət azalıb-dürüst qanmışam,
Şəmşirəm, gərdişə səhv inanmışam,
İkəlli başıma döyüb gedirəm.
GƏRAYLILAR.
Kəlbəcərin.
Bal toplayır çiçəyindən,
Yazda arı Kəlbəcərin.
Yüz bir çeşmə car eləyib,
Yaylaqları Kəlbəcərin.
Qaraxaçı, Dəlidağı
Al bəzənər bahar çağı.
Beçə bal, sarı yağı,
Boldu varı Kəlbəcərin.
Hava təmiz, yeri cənnət,
Yaranandan bəri cənnət.
Gülü abi-təri cənnət-
Çəmənxarı Kəlbəcərin.
Var hüsnündə nurdan niqab,
Şəmşir, yazıb bağla kitab,
Min suala verir cavab-
Dilavarı Kəlbəcərin.
Sazım.
Köynəksizdi, soyuq dəyib,
Yaman xəstəhaldı sazım.
Dərdə qaldı, hala yandı
Özün dərdə saldı sazım.
Küsüb pərdə dodaqları,
Dağılıb bənd – calaqları.
Yaman batıb qulaqları,
Həmişəlik laldı sazım.
Şəmşir səni necə atsın?!
Sənsiz səsi hara çatsın?!
Yorğun düşüb, qoyun yatsın,
Bəlkə durub çaldı sazım.
Torpaq.
Xəlq olandan sən olmusan,
Bizə ata, ana, torpaq.
Sən qüdrətdən yaranıbsan,
Çatdın ada, sana, torpaq.
Bir yuvasan insanlara,
Bac vemədin tufanlara.
Baş əymədin xaqanlara,
Nə sultana, xana, torpaq.
Hörmət səndə, sərvət səndə,
Şan, şücaət, şöhrət səndə.
Bir tükənməz dövlət səndə,
Çatdın şövkət, şana torpaq.
Şəmşir aşiq olub sənə,
Anam kimi görün mənə.
Əl uzat qədir bilənə,
Yaşat, yetir sona torpaq.
Məni.
Usanmışam öz canımdan,
Qəm veribdi bada məni.
Yaralandım ayağımdan,
Saldı yanar oda məni.
Tez qocaldır qəm insanı,
Çağırma həkim, loğmanı.
Çatdırdı çərxin dövranı
Bir pak, təmiz ada məni.
Şəmşir çəkir nə cəfadır,
Bir görüşmək min cəfadır!
O yar necə bivəfadır:
Daha salmır yada məni.
Günlər.
Hanı Qurban, hanı Xəlil,
Yada düşdü keçən günlər.
Cəh-cəh vurub bağda bülbül,
Daldan-dala uçan günlər.
Mərd üzülməz qatarından,
Könül düşməz vüqarında.
Vəfalı dost ilqarından,
İnan, olmaz qaçan günlər.
Aşıq, dilək dilə haqdan,
Şahin baxdın, düşmə taxtdan!
Olacaqmı daş bulaqdan
Şəmşir, bir də içən günlər?..
Kəlbəcərdi.
Bir xoş guşə varsa əgər,
O da bizim Kəlbəcərdi.
Duyan könlüm, sevən qəlbim,
Gülər üzüm Kəlbəcərdi.
Obasında qonaq qaldım,
Qucağında gec qocaldım.
Ellərindən ilham aldım,
Şe`rim, sözüm Kəlbəcərdi.
İstisuyu min dərmanlı,
Loğman əlli, adlı-sanlı.
Gəl and içim sağlam canlı,
Canım, gözüm Kəlbəcərdi.
Buz çayı var, tər torpağı,
Mə`dənlidi zər torpağı.
Belə deyir Dəlidağı:
-Oğlum, qızım Kəlbəcərdi!
Bu bağları el becərdi,
Bağçasında gül becərdi.
Əsil adı: “Gəl, becər” di,
Ləqəb sözüm – Kəlbəcərdi.
Şəmşirdəki geniş ürək,
Haqdı ona qüvvə-dirək,
Əmdiyim süd, halal çörək,
Tamım, duzum Kəlbəcərdi.
TƏCNİSLƏR.
Yaralı dağlar.
Yaxşı saxla, qaçıb ovçu əlindən
Sənə bir maralım yaralı, dağlar.
Təbib hanı, gəlib eləsin dərman,
Sızıldar, ah çəkər yaralı dağlar.
Şəmşir ağlar, hanı desin”can” ana,
Yaxşı canı gərək şirin can ana.
Mən getsəm də, vətən qalsın canana,
Geyinib sallansınyar alı, dağlar.
QABAQ – QABAĞA.
Səməd Vurğun:
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar işəndə
Saz tutub,söz qoşub,yada sal məni.
Aşıq Şəmşir:
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şe`rdə bir mayak səni.
Səməd Vurğun:
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm,yamandı ayrılıq dərdi.
Demə Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba,bu mahal məni.
Aşıq Şəmşir:
Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar
Gəzirəm əlimdə şam – çıraq səni.
Məmməd Aslan:
Aşıq Şəmşir, nə müddətdi getmisən,
Heç demirsən: dostu-yarı görəydim.
Nə üz-gözüm öyrənəydi əzəldən,
Nə də belə intizarı görəydim.
Dədə Şəmşir:
Fəxr edəydin mənim qoca adımdan,
Nolar, gəlib ixtiyarı görəydin.
Kirə istəməz ki, quş qanadından,
Yol salaydın bizə sarı, görəydin.
Məmməd Aslan:
Aşıq olan dildən diribaş olar,
Hansısa sirr versən, dərhalfaş olur.
Niyə belə kasad olur, boş olur
Aşıqların beh- bazarı görəydim.
Dədə Şəmşir:
Şəmşirə dəyirsən, farağat otur,
Mə`nanı duyuram, düşürəm “qotur”.
Elan etməlisən: söz kimi tutur?
Gərək gəzib dilazarı görəydin.
87 il mənalı ömür sürmüş, ağır-ağır bəynişən oğulların,
Sultannigar-Kəmərbəstə ismət-qeyrət mücəssiməsi xanımların,
elat qızların toy nişan məclisinə “Divani” xeyir-duasına
“Duvaqqapma” ilə rövnəq verən Dədə Şəmşir bu günə qədər
ədəbi ictimaiyyət arasında arasında imzası bəlli-başlı olan
professorlardan M.Arif, H.Araslı, M.H.Təhmasib, M.Quluzadə,
M.Vəkilov, V.Vəliyev, P.Əfəndiyev, Q.Xəlilov, Q.Namazov,
İ.Abbas, S.Paşayev, T.Bünyadov, C.Abdullayev, dossentlərdən
Y.Babayev, M.Allahmanov, İ.Ələsgərov, görkəmli şair-yazıçılarımızdan
S.Vurğun, O.Sarıvəlli, N.Xəzri, M,Rahim, T.Bayram, Q.İmamverdiyev,
M.Aslan, M.İsmayıl, H.Kürdoğlu, N.Həsənzadə, Z.Yaqub, Ş.Əsgərov,
İ.Tapdıq, S.Rüstəmxanlı, Z.Cabbarlı, F.Sadiq, A.Babayev,
Ə.Qurbanov, A.Əlizadə, Bəhmən Vətənoğlu, İ.Coşqun, S.Sərxanlı
kimi qələm sahibləri ilə yanaşı cild-cild romanlar, povestlər
müəllifləri, Ə.Vəliyev, B.Bayramov, İsa Muğanna, İ.Məlikzadə,
Ə.Qasımov, C.Əlibəyli, S.Əhmədov kimi sənətkarlarımız da
ayrı-ayrı illərdə dövri mətbuatda Şəmşir dünyasından,şerlərinin
poetik vüsətindən, sanbal-siqlətindən söz açmışlar.
DƏDƏ ŞƏMŞİRİN YARADICILIĞINDA
İCTİMAİ-SİYASİ MOTİVLƏR
Dədə Şəmşirin yaradıcılığını dövrünün
qaynar həyatından kənarda düşünmək haqsızlıq olardı.
Aşığın “Seçilmiş əsərləri”nə “El nəğməkarı” başlığı altında
ön söz yazan Azərbaycanın xalq şairi Osman Sarıvəlli qeyd
edir: “O köhnə əyyamın ağalar, bəylər, mülkədarlar dünyasının
əzab-ağrılarını, zəhmətkeş kəndlilərin ağır gözəranını öz
gözü ilə görmüş, elin obanın bu dözülməz dərdini şair belə
inqilabdan qabaq yazdığı bir sıra şe`rlərində ifadə etməyə
çalışmışdır...
Aşıq Şəmşir “Məndən”, “Həcərisdə”, “Darıxma”, “Özümüz” və
s. şe`rlərini söyləmişdir. Şəmşirin hələ 1918-ci ildə yazdığı
“Özümə” rədifli qoşmasının aşağıdakı misralarına diqqət
yetirin:
Bəy deyir: “Yaradan mənəm insanı,
İşləsin qapıda çıxınca canı”.
Bəs mənim torpağım,əkinim hanı?
Niyə çatmır ixtiyarım özümə?
Çəkilb sinəmə dəmir şiş dağı,
Yediyim zəhərdi,içdiyim ağı,
Şəmşir ha qazanır,aparır yağı,
Verən yoxdu qazanc-varım özümə.
Verilən bu nümunədə o dövrdə Azərbaycan
rəncbərinin gün-güzəranının poetik xasiyyətnaməsi ustadın
şəhidlik məqamşnda inamla təsdiqlənir.
Dədə Şəmşir həmişə, hər yerdə yoxsulun, kasıbın himayədarı
kimi çıxış edir.”Yetisin” rədifli qoşmasından vəzi parçalara
diqqət etmək yerinə düşərdi:
Budur mənim ilahidən diləyim,
Hər qulun özünə nanı yetirsin.
Qardaşı qardaşa etməsinmöhtac,
Öz payını kərəm-kanı yetirsin.
Verilən poetk nümunədə xoş diləkli, xoş
niyyətli aşıq-şair şe`rin V bəndində zəhmət addımlarının
firavan yaşayanların, namərdlərin aşına zəhər qatmalarını
olduqca ustalıqla qoşmanın işlək məqamına salır:
Zalım yoxsulluqdu insanın dərdi,
Bəndə böhtanının tamı zəhərdi.
Namərd ayağına yıxmasın mərdi,
Halal ruzi rəbbani yetirsin.
Şe`rdən doğan istək-arzu DədəŞəmşirin
insanpərvərliyindən, kimsəsizlərə, köməksizlərə doğru yol
göstərərək nakəsə deyil, mərd kəslərə sığınmağı qoşmada
aparıcı motivə çevirir:
Can versən əyilmə nanəciblərə,
Qul ol, qulluq elə ər oğlu ərlərə.
Bağla ümidini pak ərənlərə,
Harayına o hər anı yetirsin.
Müdrik kəlamlar seçimində öyüd-nəsihət
tövsiyyəli bu qoşmada ictimai haqsızlıq göz qarşısındadır.
Aşıq Şəmşirdə aqilə-müdriyə hüsn-rəğbət nə qədər səmimi-güclüdürsə,
nanəcibə, hödrüyə kin-qəzəb ondan da güclüdür. Dədə Şəmşir
haqsızlığa, ədlətsizliyə, hödrüksüzlüyə dözmür. Hər cür
alçaqlığa, vicdansızlığa, sarsaqlığa qarşı barışmaz olan
ustad “Bax” rədifli qoşma həcvində onların daşını-daş üstə
qoymur:
Zəvzək tula baş ağrıdar həmişə,
Hünər qaraltıya, yalana bir bax.
Nahaq qan tökməyi eyləyib peşə,
Zülmkar, insafsız olana bir bax.
Qusar, yağ götürməz kəlbin qurşağı,
Yemi qara qanqal, qoyuqulağı,
Sənətkara de, qoşmasın lağlağı,
Özündə yüz eyib olana bir bax.
Dədə Şəmşirdən verilən bu poetik nümunələrdə
bədii fikrin yönümü, ünvanı sərrastdır. Ustada görə, yaşadığı
mühitdə hələ də “zəvzək tulalar”, “qaraltıya hürənlər”,
“nahaq qan tökənlər”, “nainsaf”, “zülmkar olanlar” var.
Dədə Şəmşir “Qarışdırar” rədifli qoşmasında haramzadələrə,
fitnə-fəsad törədənlərə, şeytan xislətlilərə üz tutaraq
deyir:
Haramdan əkilib,haram doğuıan,
Fitnədi, fəsaddı, el qarışdırar.
Lənətdən verilib şeytanın payı,
Pozar, bitmiş işə əl qarışdırar.
Mərddən xeyir gələr, namərddən zərər,
Kəlməsi ağıdı, nəfəsi zəhər.
Nakəs həqiqəti çəpinə çəkər,
Əyər əyriliyə yol qarışdırar...
Sərrast ünvanlanmış bu nümunələrdə Dədə
Şəmşir haqlıdır.
Dədə Şəmşir xəlqi sənətkardır. O, mənsub olduğu xalqın müdrik
kəlamlarından fikrini sərrast demək üçün ölçülü-biçili istifadə
edir. Bu baxımdan Şəmşir duyumunda yerinə düşməyən poetik
söz seçiminə rast gəlmək mümkün deyil. “Qaydadı” rədifli
qoşması bu cəhətdən fikrimizlə olduqca dürüst səsləşir:
Pay ver, pay alarsan- atalar deyib,
Əzəldən bu adət bizdə qaydadı.
Müüxənnətlər süfrə açıb, ad almaz,
Yalvarar, yaxarar, üzdə qaydadı.
Güclüyə küsənib, fağıra gülmə,
Özünü dağlardan çox uca bilmə.
Namərddən toxunar zəhərli kəlmə,
Kababı yandırmaq közdə qaydadı.
Şəmşir çoxdan deyib şeytana lənət,
Şeytan kimi ara vurana lənət.
Fırıldağa lənət, yalana lənət,
Kişi bütün olar, sözdə qaydadı.
Dədə Şəmşir yaşadığı ömründə bir-birinə
daban-dabana zidd iki quruluşun sosial tarixinin yamanlı-yaxşılı
dövrünü yaşayan aşıq-şairin poetik duyumunda zəmanənin xasiyyətnaməsini
açıqca görürük. Aşıq Şəmşir hələ 1930-cu ildə yazdığı “
Eylər” rədifli qoşmasında utanmaza, nadana, dilbilməzə,
dərdqanmaza, üzə qayıdanlara, nanəcib-satqınlara üz tutaraq
demişdir:
Dilbilməzə, dərdqanmaza, nadana,
Desən mətləb qanmaz, səni mat eylər.
Ağzına nə gəlsə deyər, utanmaz,
Nə ağrını bilər, nə ismət eylər.
Olmaz elə dostun başa varmağı,
Ürəkdən düz olub, əhval sormağı.
Qəlbində qaynar iblis barmağı,
Qayıdar üzünə səy-sifət eylər.
Şəmşir, dərsin, əlli öyrən, yüz öyrən,
Oxuyanda kamil oxu, düz öyrən.
Ariflərdən mərifətli söz öyrən!
O sözlər sənə çox nəsihət eylər.
Dədə Şəmşir bəzən zəmanəsinin zehniyyətinə
sığmır.Ustad “Dəyməz” rədifli qoşmasında “iki üzlü”, ismətsiz-qeyrətsiz
kişiləri qeyrətini satan qadınlarla müqayisə edir. Onları
xain-xəbis iblisə oxşadır:
İkiüzlü, yaltaq olan kişilər,
İsmətini satan qadına dəyməz.
Adam var ki, səsi tutar hər yanı,
Axtarsan şöhrəti adına dəyməz.
Xainin, xəbisin çəkilməz dərdi,
Onlar ki, ölümdən daha betərdi.
Yemə, namərdlərin aşı, zəhərdi,
Tamı turş ayranın dadına dəyməz.
Şəmşir dostluq dedi, bir də həqiqət,
Xəbisə, xainə, iblisə lənət!
Sənə bihəyanın etdiyi hörmət,
Meşədə qurumuş oduna dəyməz!
Dədə Şəmşir “mənəm-mənəm” deyənləri, yoxsulun
malını halal bilib yeyənləri xəbərdar edir ki, zaman belə
getməyəcək, qoca dünya səni də əməllərinə görə imtahana
çəkib, həzm edəcəkdir. Bu baxımdan maraqlıdır:
Füqarəti ayaqlama zülmkar,
Yoxsulun da vaxtı, bir zamanı var.
Bu gün atlanıbsan, sabah düşərsən,
Bu çarxı-gərdişin nərdivanı var.
Dədə Şəmşirin yaradıcılığında ictimai-siyasi
motiv bir silsilə təşkil edir.Bu fikrin məntiqi olan “Zülmkar”
rədifli qoşmaya diqqət edək:
Belə getməz, qurulacaqdır bir gün,
Ədalətin haqq divanı, zülmkar!
Bir talan salıbsan elə-obaya,
İnsafın, mürvəətin hanı, zülmkar!
Sən döyürsən məni, nədir günahım?
Yetişən haraya yox bir pənahım.
Yerdə qalmaz bu fəryadım, bu ahım,
Alışıb cəsədim yanır, zülmkar!
Ustadın zəmanəsində haqsızlığı, zülm-sitəmi qamçılayan qoşmaları
içərisində “Ağdaban” şe`rinin xüsusi yeri var.Ustadın bu
qoşması dövrünün poetik xasiyyətnaməsidir - desək səhv etmərik:
Hardasan, ey bəxtim oyanmayırsan,
Bir gör nə zülmlər var Ağdabana.
Bu zalım bəylərin zülmü, sitəmi,
Baharda yağdırır qar Ağdabana.
Hər ildə alırlar hər evdən bir at,
Dağılıb el-oba, olubdu bərbad.
Qaçmağa yol yoxdu, biz olmuşuq mat,
Ediblər dünyanı dar Ağdabana.
Ölkədə yarana hərki-hərkilikdən dəhşətə-vəhşətə
gələn Dədə Şəmşir Kürdüstan – Kəlbəcər mahalının say-saltal,
sanlı igidlərini, kəndlərini Ağdabanın köməyinə, birliyinə
çağırır:
De hardasan, ey Kürdüstan mahalı?
Bəyəm bu cəfadan deyilsən halı?
Sən harada olmusan, nər meydanına,
Edirlər yağılar, zor Ağdabana.
Seyidlər, Cəmilli, İlyas, Babaşlar,
Levli, Dəmirçidam, qonşu qardaşlar.
El nəsivin el çəkməzmi, yoldaşlar!
Qonubdu sağsağan, sar Ağdabana.
Cəfərli, Mərdanlı Güneypəyədən,
Qoyma başımızda qarğa döyə dən.
Qaçqın olduq evdən, damdan, dəyədən,
Bəy güzar edəndə hər Ağdabana.
Qamışlı, Yanşağa göndərin xəbər,
Şallağın işlədir burada bəylər.
Qəhər oldu bizlər üçün müyəssər,
Hədsiz ziyan dəyir bir Ağdabana.
Aşıq Şəmşir, gör nə qaldı, yaza da,
Qan quruyub, qüvvət yoxdu əzada.
Gələ bir elə gün - olaq azada,
Deyəm olan vardır yar Ağdabana.
AŞIQ ŞƏMŞİR YARADICILIĞINDA VƏTƏN, TORPAQ, DOST-İNSAN MƏHƏBBƏTİ
Tarixdə elə bir mütərəqqi söz xiridarı
təsəvvür etmək deyildir ki, o, sinəsində boya-başa çatdığı,
laylası ilə uyuduğu, oxşaması, nazlaması ilə oyandığı müqəddəs
torpqğını, vətənini ən əziz neməti kimi tərənnüm etməmiş
olsun. Bax beləcə, vətən-torpaq vurğunu ustad, azman Aşıq
dədə Şəmşir də sinəsində boya-başa çatdığı dağlar diyarı
ulu cavanşir mahalında sazı-sözü ilə Azərbaycanın hər qarış
torpağını yüksək səviyyədə tərənnüm etmişdir.
“Vətənin” ustadnaməsində aşıq deyir:
Könül aşiqisən, dolan yorulma,
Hey başına, ayağına Vətənin.
Bu cəhətdən qeyri yana vurulma,
İsin isti ocağına Vətənin.
Ata yolu saxlayarmı hər oğul,
Öz yurdunun qurbanıdı hər oğul.
O bir ana, mən də ona bir oğul,
Sığınmışam qucağına Vətənin.
Zəhmət qudrətidi bizdə səs-hənir,
İşgüzar əllərdən dağlar səksənir.
Baxır heyran qalır, təbəssümlənir,
Ay da, gün də mayağına Vətənin.
Vətənpərvərlik motivi ilə mayası yüklənən
bu poetik öyüm-deyimində aşıq öz mətləbini möhürbəndində
belə təstiqləyir:
Mərd ata-mərd oğul –el misalıdı,
İgidin ürəyi öz mahalıdı,
Kişinin əzası qarşımalıdı,
Ölən günü torpağına Vətənin.
- deyən aşıq köksündə boya-başa çatdığı,
nəfəs aldığı Vətən torpağını müqəddəs kəfən sayır.
Aşıq Şəmşir şerlərində torpaq, yurd -Vətən məhəbbətini ön
plana çəkir.
Öz elində cida düşən insanın,
Can deyib yanını kim kəsər, ağlar,
Vətən deyib cənazəsi sızıldar,
Qəbrini qazanda bel, düşər, ağlar.
Ayrı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir,
Qəribə toxunma - qəlbi şüşədi
Xətrinə dəyərsən tez küsər, ağlar.
... Bu misal mahaldı, eldə əyandı
Tülkü öz yerində şirdi, aslandı,
Qarğa vətənində tülək tərlandı,
İgid qürbət eldə bel bükər ağlar.
Kişiliyi, qeyrəti insanlıq üçün baş ucalığı
sayan Aşıq Şəmşir nakişilərə qarşı
amansızdı, barışmazdı. Dədənin “Keçər” rədifli qoşma - nəsihətinə
diqqət yetirmək yerinə düşərdi:
Lütfü təmiz, əsli, zatı pak olan,
Nə dosta kəm baxar, nə üzdən keçər.
Misri qılınc olar xalis poladdan,
Qulovu qayıtnaz filizdən keçər.
Aranı pozmasa viran bayquşu,
Arifin, alimin dağılmaz huşu.
İgidin ilqara bağlı olmuşu,
Nə bizdən yan ötər, nə sizdən keçər.
..Saf seçilib camaatda tanınmış,
Səxavətdə, kəramətdə tanınmış.
Cəsarətdə, məharətdə tanınmış,
Dəryadan pəsinməz, dənizdən keçər.
Aşıq Şəmşirin “Dədə” lik ad-titulunu qazandığına
haq qazandırmaq üçün poetik duyumundan bəzi tütyələrə misra,
beyt, bənd təqdimində diqqət yetirmək yerinə düşərdi:
“Çoxlu ev tikincə, çoxlu dost qazan,
Nə vaxtı-vədəsi ötməmiş hələ”.
“Bir tale, bir də ki, qeyrət köməkdi,
Şəmşir kimi ixtiyarsız olana”.
“Bir qotur danadan puç olur naxır,
Qalay sürtüləndə görünür paxır,
Dəvələr nalbəndə necə ki, baxır,
Nadan da Şəmşirə eləcə baxdı”.
Gətirilən bu nümunədə demək olar ki, hər
misra özlüyündə bir atalar sözüdü. Çox cüzi dəyişiklik nəzərə
alınmazsa, Şəmşir deyimi-öyümü Azərbaycan atalar sözünün
eynidir.
Qəribədir ki, ustad-dədə bəzən atalar sözünü qabaq-qarşı
müraciət etdiyi oxucusu-dinləyicisi ilə poetik sual sual
tərzində imtahana çəkir və özü də sualına çox ustalıqla
dolğun cavab verir. Bu baxımdan, Dədə Şəmşirin 13 bəndlik
“Getdimi, getdi” qoşma-ustadnaməsi fikrimizə təsdiq baxımından
bir poetik möcüzədir.Bu şe`rdə oxucunu heyrətə gətirən odur
ki, ustadın deyim-yüm poetik diazpazonu çoxşaxəlidir:
Bir kəsə qalmadı dünyanın varı,
Hanı xan, xaqanlar getdimi, getdi?!
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar getdimi,getdi?!
Qızıldan, gümüşdən anbar yığanlar,
Onlardan nişanə bir tikəmi var?!
Qoyub sapandına atdı ruzigar,
Xəzinə yığanlar getdimi, getdi?!
Özgələr malından maya tutanlar,
Halal mayasına haram qatanlar,
Yaxşı dostu mala-pula satanlar,
Alçaqlar, nadanlar getdimi, getdi?!
Var idi şairlər, saysız ozanlar,
Ömrünün bağında əsdi xəzanlar,
Milyon ağırlıqda kitab yazanlar,
Aqillər, ürfanlar getdimi, getdi?!
Əzəl gündən aşiq oldum elə mən,
Bülbül kimi süsənə mən, gülə mən,
Şəmşirəm, elimlə varam hələ mən,
O şərlər, şeytanlar getdimi, getdi?!
Bu ustadnamə göstərdi ki, Dədə Şəmşir söz çeşidində, ifadə
seçimində kasıb deyil, barlı-bəhrəlidir. O, sözləri müxtəlif
məqamlara yönəltməyi bacarır.Şəmşir bir el ağsaqqalı, bir
dədə ozan kimi ictimai, elat saz aşığıdır.O, poetik öyümünndə
fürsəti fövtə verməyən cəsarətli, iradəli aşıq-şairdir:
Dad sənin əlindən millət qanmayan,
Cırılıb kğynəyim, çuxam əlindən.
Zəvzəyin səsini eşidən zaman,
Bacarmıram, ərşə çıxam əlindən.
Davanı özünə o, gəzir satın
Sinəmi yandırar sözü xoryatın,
Xainin, xəbisin, bicin, bədzatın,
Qaçıram, qurtarmır yaxam əlindən...
Bu nümunələrdə elat ifadələri dözümü şe`rə
poetik vüsət verir.Şe`ri daha da oxunaqlı edir.
Nədir Dədə Şəmşirin oxucusu, dinləyicisi ilə bölüşmək istədiyi
amal, ideal? Nədir ustadın oxucularına öyüd-nəsihəti? Fikrimizcə
aydınlıq gətirmək üçün ayrı-ayrı ustad kəlamlarından seçmələrə
müraciət etmək yerinə düşərdi:
..İnsan gərək qəm yuxusu yatmaya,
Mayasına zərrə haram qatmaya,
Ölənədək həmdəmini satmaya,
Pak ürəyi, etibarı gərəkdi.
Yaxud:
..Tapsın bu dünyada hər kəs tayını,
Şəmşir, sən də istə halal payını.
Əqrəb gözlərindən çala xaini,
Məqd insanın əsli, zatı gözəldi.
Və yaxud:
..Ocaqdan kül götür, yurddan sayanı,
Zəlil gördüm haram yeyib doyanı.
Halal işlə, halal qazan mayanı,
Eyləmə kimsəyə xəyanət, oğul!
Yaxud:
..Böyükdən nəsihət pirdi ki, pirdi,
Atalar demişdi, beynimə girdi.
Sözün yavaşı da, yeyini də birdi,
Ovqatını təlx eyləyər zoranlıq.
Bax budur, saz-söz dünyasında Aşıq Şəmşirin
“Dədə”liyi. Əgər desək ki, XX əsrin ən ustad zor saz aşığı
Dədə Şəmşirdir, burada heç bir qınaq sahibi olmarıq. Şəmşir
poetik duyumunda dədədir, dədə olaraq da yaşayacaqdı.
AĞDABAN DAĞI, AĞDABAN
ÇAYI.
Kəlbəcərdə Murovdağ silsiləsində yerləşən
dag. Bu oronim ağ və daban sözlərindən ibarətdir. V.A.Nikovun
fikrinə görə, daban türk və monqol mənşəli söz olub “aşırım”
mənasını ifadə edir. Türk xalqlarının oronomiyasında daban
sözü mühüm yer tutur. Daban termininin “təpə”, “dağ yüksəkliyi”
və başqa məna çalarları da vardır. Ağdaban sözündəki ağ
komponenti rəng mənasını ifadə edir. Doğrudan da, dağın
süxurlarının rəngi ağımtıl-bozumtul çalara malikdir. Daban
komponentinin türk dillərində “dava”, “daba”, “dabaqan”,
“davan”, “daban” və s. variantları da geniş yayılmışdır.
Daban sözü ilə bağlı toponimlərin arealı genişdir. Ağdaban
dağının yamaclarının süxurlarının rəngi ağımtıl olduğuna
görə dağ Ağdaban adını almışdır.
Kəlbəcər rayonundakı Ağdaban (Ağdavan) çayı da Ağdaban dağı
ilə eyni mənşəlidir. Ağ - “yüngül”, “yaxşı” mənasını daşıyır.Ağdərə
və Şərur rayonlarında da Ağdaban dağı vardır.
AĞDABAN KƏNDİ.
Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban
çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ
silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə
yerləşir. Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq
kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta
məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Əvvəllər kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi
olmuşdur. 1905-ci ildə həmin kənddən dəlikli, məmmədli,
məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr
buraya daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı
ilə əlaqədar olaraq belə adlandırılmışdır. Daban türk dillərində
“dağ keçidi”, “aşırım” mənası daşıyır. Toponim “ağ rəngli
aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Daban sözü geniş
arealda yayılmışdır. Azərbaycanda (Ağdərə, Şərur rayonları)
Ağdaban adlı dağlar da mövcuddur.
Kənd ağsaqqalarının bildirdiyinə görə
kənd çox dumanlı olub. Özü də bəmbəyaz, ağappaq. “Ağ duman”
sözü illər getdikcə təhrif olunaraq “ Ağdaban” şəkilində
qalıb. Elə kənd “Ağ duman” sözündən götürüldüyünə görə Ağdaban
kəndi adlandırılıb.
1966-cı il iyul ayının 26-da Kəlbəcər
rayonunun ərazisində bir sıra ərazi dəyişiklikləri barədə
AKP MK –da qərar qəbul olunur və həmin qərara görə, mərkəzi
Ağdaban kəndi olmaqla, Ağdaban kənd Soveti yaradılır. Sovetliyə
Ağdaban, Cayqovuşan, Bağlıpəyə, Vəng və Bağırlı kəndləri
daxil olur.
AZƏRBAYCANIN
Dinəndə təmkindən, vardan danışır
Qəhraman elləri Azərbaycanın.
Gələcəyə bol məhsulla yaraşır.
Fədəkar əlləri Azərbaycanın.
Mə’dən yuvasıdı aranı, dağı.
Qızıl yatağıdı Söyüdlü dağı,
Bu sərvətin çoxdan vardı sorağı,
Sərvətdi çölləri Azərbaycanın.
Havası tərtəmiz,suları dərman,
Naftalan,İstisu olubdu loğman.
Xoş halına,belə yerdə yaşayan,
Safdı nəsilləri Azərbaycanın.
Naxçıvan,Qarabağ verib baş-başa,
Qeyrət halal olsun belə qardaşa.
Yüz il ömrüm olsa edəm tamaşa,
Var xoş əməlləri Azərbaycanın.
Daşkəsən papağın şəkir qaşına,
Haqı var,güvənir sərvət daşına.
Doymaram dolansam yüz il başına,
Bu uzun ulləri Azərbaycanın.
Bakı təbəssümlə dedi bax bəri,
Ay da,həm günəş də mənə müştəri.
Qara qızıl bulağımın cövhəri,
Olur məş’əlləri Azərbaycanın.
Çox demirəm,qoy danışım,azımnan,
Qəlbimiz gül açsın bahar,yazımnan.
Xəbərsənmi benzinimnən,qazımnan
Açılıb lə’lləri Azərbaycanın.
Cümləmizi mən heyrətə salmışam,
Əmək çəkib qaydınıza qalmışam.
Yeddi bayraq,neçə orden almışam,
Uzundu dilləri Azərbaycanın.
Şəmşir arif olsun,əhli-dil olsun,
Oxusun gül olsun,qoy bülbül olsun.
Hər an qabaqcıldı,qabaqcıl olsun,
Yaşasın rəhbəri Azərbaycanın.
KƏLBƏCƏR RAYONU.
Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə
təşkil edilmişdir. Qərbdə Ermənistan respublikası, şimalda
Daşkəsən, Xanlar, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə
Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Sahəsi 2.3 min kvadrat kilometr (Ağdərə rayonundan ona verilən
ərazi ilə birlikdə), əhalisi 68 min nəfər idi (işğal ərəfəsində).
Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var.
(Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati
bölgüsünə daxil idi). Kəlbəcər şəhəri rayonun mərkəzidir.
Rayonun səthi dağlıqdır. Ən yüksək zirvələri Gamış dağı
(3724 m) və Dəlidağdır (3616 m). Alagöllər, Qaragöl, Zalxa
gölü və s. gölləri var.Rayonda əsasən çimli dağ-çəmən və
qonur dağ-meşə torpaqları yayılmışdır. Meşələrin ümumi sahəsi
30 min hektara yaxındır. Rayonda qonur ayı, qayakeçisi,
çöldonuzu, maral, ceyran, tülkü, canavar, çaqqal, ular,
daşlıq dələsi, qartal, qırqovul, turac və s. var.Rayonda
orta sıxlıq hər kvadrat kilometrə 21 nəfərdir. İri yaşayış
məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel,
Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir.Rayonda
11 məıdəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu,
3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta
məktəb, 9 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji
stansiya, məişət xidməti kombinatı, yeerli radio verilişləri
stansiyası və s. fəaliyyət göstərirdi. Rayon əhalisi başlıca
olaraq heyvandarlıq və tütünçülüklə məşğul olurdu.
KƏLBƏCƏR ŞƏHƏRİ.
Kəlbəcər şəhəri Tərtər çayı sahilində,
sıldırım qayalıqlar üzərində, Bakıdan təxminən 450 km qərbdə,
Bərdə - İstisu avtopmobil yolunun kənarında yerləşir. Şəhərdə
Reespublika Dövlət Kənd Təsərrüfatı İsteehsal-Texniki Təminat
Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji
stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi,
2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika,
kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri və
s. vardı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər
şəhərini əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları
altında yerə sərmişdir.
Kəlbəcər toponimin mənşəyi və mənası ilə bağlı müxtəlif
fikirlər, baxışlar vardır. Bəzilərinin fikrincə Kəlbəcər
sözü fars dilində “viranə şəhər” deməkdir. Toponimi elmi
tərəfdən izah etmək istəyən bəzi tədqiqatçılar oykonimin
ilkin formasını Kevliçer kimi qəbul edib, onu qədim türk
dillərində “çay üstündə qala” kimi mənalandırırlar. Kevli
“çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin
yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş
qədim süni mağaralar mövcuddur. Buna görə də bəzi mütəxəssislər
toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya,
yarğan) komponentləri ilə əlaqələndirirlər. Kevil-fars dilində
“mağara” deməkdir. (Azərilər bu sözü kühül şəklində işlədirlər).
Belə variantda Kəlbəcər toponimini “gəl, becər” kimi izah
etməyə çalışırlar.
Ümumiyyətlə isə, hələlik bu günədək Kəlbəcər toponimi haqqında
yekdil, dəqiq elmi fikir mövcud deyildir.
KƏLBƏCƏR HAQQINDA
MƏLUMAT
Kəlbəcər işğal olunmiş rayonlar arasında
Azərbaycanın ən böyük yaşayış məntəqəsidir. Düzənlik Qarabağ
və Göyçə mahalı arasında yerləşən Kəlbəcər rayonunun sahəsi
1936 kvadratkilometrdir. Şimaldan Gəncəbasar, cənubdan Laçın,
qərbdən 109 km ermənistan torpağı, şərqdən isə keçmiş SSRİ
dövründə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə
rayonu ilə 40 km həmsərhəddir. Əlverişli hərbi-strateji
mövqeyə malik Kəlbəcər dağlıq relyefi ilə fərqlənir. Ən
hündür dağ zirvələri Gamışdağ zirvəsində 3724 m, ermənistanla
sərhəddə yaxın Keytidağ 3426 m, cənub-qərbdən Qarabağ vulkanik
yaylasının Dəlidağ 3616 m, Qızılboğaz və Böyük İşıqlı zirvələri
ilə məhşurdur. Üçüncü tektonik zonada yerləşən rayon ərazisi
fəal seysmikliyi ilə fərqlənir. 1988-ci ilin dekabrında
sonuncu 4, 5-5 bal gücündə zəlzələ olmuşdur. Köhnə binalarda
çatlar olsa da,insan tələfatı olmamışdır. Geoloji cəhətdən
Alp-Himalay seysmik qurşağa aiddir. Hər tərəfdən dağlarla
əhatə olunmuş rayon ərazisi üçüncü və dürdüncü dövrün vulkanizm,
lava axınına məruz qalmışdır. Kəlbəcər rayonundan başlayaraq
Tər-tər çayının sol sahili boyunca lava axaraq bazalt-andezit
sütunları möhtəşəm qayalıqlar, gözəl təbii mənzərələr yaradır.
Sonrakı geoloji dövrlərdə çoxbucaqlı bu sütunlar aşınmaya
məruz qalmış və tikinti materialları olan çınqıllar əmələ
gətirmişdir. Bu təbii çınqıllar son illərdə bütün rayonun
abadlaşmasında təbii xammal kimi istifadə olunurdu. Çay
boyunca yumşaq süxurlar erroziyaya məruz qalmış və Kiçik
Qafqazın ən böyük kanyonunu yaratmışdır. Ehtiyatı həddindən
çox olan perlitdən İsti-su kurortu və Kəlbəcərin son dövrlərdə
istifadəyə verilmiş inzibati binalarında, Heydər Əliyev
adına sarayda istifadə olunmuşdur. Xalkozin, azurit, yaşma,
oniks, lazurit, obsidian kimi qiymətli daşlar zərgərlik
üçün əvəzolunmaz xammal ehtiyatları olaraq əhəmiyyətinə
görə dünyada yeganə olan İlmen mineral qoruğundan heç də
geri qalmırdı. Geoloqların tədqiqatlarına görə Kəlbəcər
rayonunun ərazisində 77 növ mineral var. Təkcə travertinin
ehtiyatı 309 milyon kub metrdir. Azərbaycanın Gürcüstandan
aldığı pemza (süngər daşı) Kəlbəcərdə kifayət qədərdir.Son
illərdə mərmər və mişar daşlarından da istifadə olunurdu.
İsti və soyuq havanı buraxmayan, atom radiasiyasının qarşısını
alan obsidian qızdıqda həcmini 18 dəfə artırmaq qabiliyyətinə
malikdir. Hörgü işlərində və arakəsmələrdə çox nadir tikinti
materiallıdır. Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyinin,
rayon şahmat məktəbinin bütün ətraf divarları Kəlbəcərin
qiymətli daşları ilə tikilmişdir. Tər-tər çayının hövzəsində
412-yə qədər mineral su yataqları mövcuddur. Vulkanizmin
qalınlığı olan Isti-su mineral suyu rayon büdcəsinə ən çox
gəlir gətirən təbii sərvətlərdən biridir.Azərbaycan neftinin
çıxarılmasına külli miqdarda vəsait xərclənir.Hətta xarici
şirkətlərin köməyindən də istifadə olunur. Təbii bulaq olan
İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq
bu suyun cəmi 10 faizindən istifadə olunurdu.Müalicəvi əhəmiyyətinə
görə Çexiyanın Karlovu Vari suyundan üstün olan İstisuya
şəfa tapmaq üçün müxtəlif ölkələrdən turistlər gəlirdi.
Son illərdəki erməni-azərbaycan münaqişəsi İstisu kurortunun
əhəmiyyətini azaltmışdı. Tərtərin bütün hövzəsində İstisu
ilə birlikdə Turşsu, Qotursu yataqları var idi.
Kəlbəcər həm də filiz ehtiyatları ilə zəngindir. Zod aşırımı
və Söyüdlü yaylağı, Keytidağda qızıl, Göydərədə xromit,
Ağyataq, Qaraqaya, Şorbulaqda civə (kinovar), Bağırsaq (yuxarı)
dərəsində uran yataqları perspektivli əlvan metallurgiya
xammallarıdır.
Rayonun iqlimi aşağı hissələrdə mülayim, 200 m-dən yüksəklikdə
isə soyuq dağ iqlimidir. Yayı sərin, qışı nisbətən soyuq
keçır. Yağıntıların çox hissəsi ilin soyuq vaxtında və yazın
əvvəlində düşür.
Kəlbəcər rayonunun suları qapalı Xəzər hövzəsinə aiddir.
Əvvəlki geoloji dövrlərdə tekeonik çökmə nəticəsində Göyçə
gölü ilə əlaqədə olan Alagöllərin Sarımsaqlıçay vasitəsilə
Tərtətlə əlaqəsi yaranmışdır. Zod aşırımında, Söyüdlü yaylağında,
Murovun cənub ətəklərində, Qarabağ vulkanik yaylasında çoxlu
tektonik və vulkanik göllər mövcuddur. Ən böyük göl dərinliyi
9 m-ə çatan Böyük Alagöldür. Onun sahələrinin uzunluğu 14
km-dir. Gölə tökülən yeddi çaydan ən böyüyü Azadçaydır.
Aprel, May aylarında qarın əriməsi və yaz yağışları zamanı
çaylarda ən yüksək səviyyə qeydə alınır. Avqust və Yanvar
aylarında çaylarda suyun səviyyəsi aşağı olur. Daşlı və
daşlı-palçıqlı sellər son illər balıqların qırılmasına səbəb
olurdu.Tərtərin dərəsindən dağlara qalxdıqdca hündürlük
qurşaqları bir-birini əvəz edir. Qara ağac, Qaratikan kolları
enliyarpaqlı meşələrlə əvəz olunur. Meşələrdə palıd, fısdıq,
vələs, ağcaqayın, göyrüş, qozqara, söyüd, yemişan, hündür
yerlərdə isə tozağacı bitirdi. 1800-2000 m-dən hündürlükdə
subalp, alp çəmənlikləri gəlir.
Subalp çəmənlikləri biçənək, alp çəmənlikləri isə yay otlaqları
üçün istifadə olunurdu. Murovun və Dəlidağın hündür zirvələri
ətrafında çılpaq yaylaqları ilə fərqlənən dağ-tundra iqlimi
gəlir. Meşələrdə insanların sağlamlığının keşiyində duran
çoxlu çır meyvə ağacları (alma, armud, əzgil, yemişən),
giləmeyvə (qarağat, qaratanası, zirinc, böyürtkən, moruq,
həmərsin) bitirdi. Bu bitkilər müharibənin ağır illərində
insanların qış azuqəsi idi. Son illərdə meşələrdə olan cır
meyvələrdən dərman və mürəbbə hazırlanmasında istifadə olunurdu.
Qiymətli, sərtqabıqlı meyvələr olan qoz və fındıqdan ərzaq
məhsulları hazırlanırdı. Eyni zamanda bu ağacların oduncağı
gözəl mebel xammalı idi. Tut ağacından isə musiqi aləti
–saz hazırlanmasında istifadə olunurdu. Kəlbəcər rayonunun
tarix-diyarşünaslıq muzeyində qurudulmuş 4000-ə qədər herbarinin
200- ə qədəri dərman bitkisi idi.
Çaylarda şirin su balıqları olan qızıl balıqlar üstünlük
təşkil edirdi.Əvvəlki dövrlərdə Kəlbəcər rayonu ərazisində
iribuynuzlu maral yaşasa da nəsli kəsilmişdi.
1983-cü ildə Tərtərin sağ sahilində tapılan maral buynuzları
burada maralların yaşamasını bildirirdi. Nadir hallarda
ən yırtıcı heyvan olan pələngə və qonur ayıya rast gəlinirdi.
Canavar, tülkü, dovşan, dələ kimi xəzdərili heyvanlar çox
idi. Quşlardan qırmızı kitaba düşmüş turac, qırqovul, kəklik,
heyvanlardan isə dağkeçisinə, əliyə rast gəlinirdi.
Kəlbəcər rayonunun inzibati ərazisində 40 min hektar dövlət
meşəsi vardır.Çiçəkli adlanan ərazidə dünyada yeganə təbii
arealı olan ayı fındığı, qırmızı kitaba düşmüş gürcü palıdı,
qırmızı palıd, Qafqaz cökəsi, saqqallı qozağacı ağaclarının
böyük massivləri yerləşir. 40 min hektar ərazidə yerləşən
meşələr təkcə oduncaq və qiymətli inşaat,məişət materialları
deyil, iqlimdəyişdiriçi, suqoruyuçu, torpaq qoruyucu, müdafiə
fünkusiyaları daşımaqla, ildə milyon tonlarla okisgen buraxmaqla
təkcə Kəlbəcər üçün deyil, hava ilə nəfəs alan, atmoseferdən
istifadə edən bütün Qafqaz, Avropa üçün həyat mənbəyidir.
Kəlbəcər rayonu özünəməxsus iqtisadi-coğrafi mövqeyi ilə
fərqlənir.
Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın
heç bir rayonu ilə meqayisə edilə bilməz. Sənaye məhsulu
üzrə birinci yeri tutan, ancaq Abşeron iqtisadi rayonu ilə
müqayisə edilə bilər. İnzibati ərazisinə görə rayonda bir
şəhər (Kəlbəcər), iki qəsəbə (İstisu, Şorbulaq), 129 kənd
var idi. Əkinçilikdə taxıl, tütün, kartof, bağçılıq (alma,
armud, gilas, gilanar, qarağat), heyvandarlıqda isə maldarlıq,
qoyunçuluq, quşçuluq, arıçılıq, atçılıq fərqlənirdi. Ənənəvi
sahə olan xalçaçılıq rayonun bütün kəndlərində öz çeşidliyi
ilə fərqlənirdi. 1930-cu ildə rayon inzibati ərazi vahidləri
yarananda, dağlarda aran rayonları üçün yay otlaqları, Salyan
və Ağcabədi rayonlarında isə Kəlbəcər rayonu təsərrüfatlarının
mal-qarası üçün qış otlaq sahələri ayrılmışdır. 64440 nəfər
əhalinin demək olar ki, hamısı azərbaycanlıdır. Azlıq təşkil
edən xalqlardan kürdlər, tatarlar, slavyanlar yaşayırdı.
Rayon ərazisində bir erməni ailəsi belə yaşamırdı. 1993-cü
ildən Kəlbəcər rayonu rus və erməni birləşmələri tərəfindən
işğal olunmuşdur. On üç minə qədər mənzil, 37852 ha meşə
sahəsi indi də talan olmaqdadır. BMT və ATƏT-in prinsiplərinə
zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
məskunlaşdırılmasına başlanıb. Məskunlaşmada ermənilərə
ən çox yardım edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan
ölkələr yaxından iştirak edir.
KƏLBƏCƏRİN TARİXİ
BARƏDƏ.
İnsanın təşəkkül tapması və formalaşması
dördüncü geoloji dövrlə bağlıdır.Bu dövrün isə 4 milyon
ildən artıq tarixə malik olması elmi əsaslarla sübuta yetirilmişdir.
Azərbaycanda Azıx, Tağlar (Qarabağda), Zar (Kəlbəcərdə),
Qazma (Naxçıvanda), Daşsalahlı və Aveydağ (Qazaxda) Mağara
düşərgələri, Qədir dərə, Çaxmaqlı, Kəkilli (Qazaxda) kimi
açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarda sübut
olunmuşdur ki,ibtidai insan sürü icmasının ilk əmək alətləri
(daşdan) meydana gəlib.
Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü
və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas
təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə
əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük
rol oynamış və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranmışdır.
Yeni heyvan növlərinin əhlilləşdirilməsi, xüsusilə də təsərrüfatda
atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir.
Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın
bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək
(Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma
başa çatmışdır.
Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə
mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu
bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya
və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə
heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya
(şamanlıq) təsvir olunmuşdur.
Kəlbəcər də qədim insan məskənlərindən biri olmuşdur. Burada
ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində
və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs
yerləri tapdaq altına alana qədər, qalmaqda idi.
Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir.
Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı»
və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər
1968-ci ildən öyrənilməyə başlanılmışdır.
1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin
yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar
edilmişdir.Burada diametri təqribən 20 metr olan dairəvi
tikili qalığı üzə çıxarılmışdır. Mürəkkəb quruluşlu bu tikilinin
divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və
çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək
ki, bura ilk insan məskəni olmuşdur. Çünki o cür nəhəng
qaya parçalarını sonrakı nəsil çətin ki yerindən tərpədə
bilsin.
Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə
dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından
hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılmışdır.
Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc
dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni
həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış
məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli
qədim türk əlifbası nümunələri aşkar edilmiş,bütün bunlar
barəsində mətbuatda geniş yazılar dərc olunmuşdur. Ərazi
demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə,
daş üzərinə həkk olunmuş yazı və rəsmlərlə doludur. Daş
abidələr Şimali Azərbaycanda atəşpərəstliyin, xristianlığın,
VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır.
Atəşpərpstlik dövründə yaranmış bir daş abidə diqqəti daha
çox cəlb edir: rəsmdə solda yuxarıda Günəş parlayır. Bir
nəfər atı yedəkləyib Günəşə doğru çəkir, bir nəfər isə əlində
qılınc atın arxası ilə addımlayır.Günəşə qurban aparırlar.
Bu rəsmə baxdıqda «tarixin atası» Herodotun yazdıqlarını
xatırlayırsan. (b.e.ə.490-480-cı illər): «Onların sitayiş
etdikləri yeganə Allah Günəşdir. Günəşə onlar atları qurban
verirdilər. Onlar bu cür qurbanvermənin mənasını bunda görürdülər
ki, ən sürətli Allaha dünyada mövcud olan ən sürətli canlını
qurban vermək lazımdır».
Rayonda «Türk qəbristanlığı» adı ilə tanınan bir neçə qədim
məzarlıq var.Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar
və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə
yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən at,
qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türkmənşəlidir.
Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə
yaşayır. Bunlardan 20-dək kəndi əhatə edən Ayrım dərəsini,
10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən
Alxaslı, 4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə
də tayfa adı daşıyan Çıraq (Türkeşkənd), Qanlıkənd, Əsrik,
Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar, Zivel, Yanşaq,
Söyüdlər (biz Seyidlərdeyirik) və bir sıra yaşayış məntəqələrini,
Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və b.yaylaqları,Qaramanlı,
Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi işlədirik),
Tərtər, Dəlidağ, Keyti, Tamaşa, Qoçdaş, Dikyurd, Yellicə,
Aydoğan, Qoşqar və s. dağ, dərə, əkin-biçənək adlarını -
türkmənşəli toponimləri göstərmək olar.
Ağdaban kəndinin qədim alban tayfasının adını daşıdığı güman
edilir. «Alban» adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif
olunmuş adlarından birinin də Ağban olması istisna deyil.
XI əsrdən başlayaraq, bir sıra tarixi səbəblərdən, xarici
təcavüzkarların basqınlarından oğuz türklərinin vaxtaşırı
yerdəyişməsi baş vermişdir. Bu səbəbdən bir sıra tayfalar
öz adlarını qonşu dövlətlərin ərazilərində də əbədiləşdirirmişlər.Buna
görə də Kəlbəcərdəki toponimlərə ölkənin başqa rayonlarında,
həmçinin qonşu dövlətlərin ərazisində də rast gəlinir.
Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və
məskənlər barədə yazılı məlumata malikdirlər. Onlar əsillərinin
əsas aran və dağ Qarabağla, Cənubi Azərbaycanla, Zəngəzurla,
Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu söyləyirlər.
Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır.
ABİDƏLƏR, QALALAR.
Qaya təsvirləri.
Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri”
ən çox “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”, “Soltan
Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”, “Dəvəgözü
dağı” adlanan yerlərdə idi.
Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox “Qayaüstü
təvirlərini” qeydə almış və onlardan bir çoxlarının fotf-şəkillərini
çəkmişdir.
“Qayaüstü təsvirlər” ən çox kustar şəkildə bazalt daşına
həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər
oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s. ibarət
idi.
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan
qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan
məskəninin hər hansı tərəfinə ayaq bassan, orada qədim insan
məskənləri olan mağaralar, qalalar, abidələr görərsən. Tarixin
sərt sınaq və imtahanına mə`ruz qalmış bu yadigarlar insan
əli ilə yapıldığı kimi, insan əli ilə də tamamilə məhv olmaq
təhlükəsinə qədər dağıdılmış və hətta, bə`ziləri yerlə-yeksan
olunmuşdur. Amma bu da mö`cüzədir ki, tarixin yaddaşı olan
qalalar, mağaralar bə`zən özü-özünü hifz etmiş və bizim
əsrimizə qədər bir neçə min illik ömür yaşamışdır.
Qaya və daşların üzərindəki alban yazılarını məhv edən erməni
qonşularımıza qoşulanda bilmirdik ki, bu hərəkətlərimizlə
onlara kömək edir və tariximizi silirik. Çünki gözlərimiz
qarşısında ermənilər də o yazıları pozur və erməniləşdirirdi.
Bir az öncəyə gedib qeyd edək ki, Kəlbəcəri “Azərbaycanın
ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov, Mirəli
Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya Bünyadov,
Budaq Budaqov və digər neçə-neçə vətənpərvər ziyalı-alimlərimiz
hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə alınaraq qorunmasını
tələb edirdilər. Ona görə ki, türkün tarixi yaşayan qala
və abidələr, albanların hələ islamlaşmamış əcdadlarının
yaşayış məskəni olmuş Kəlbəcər xain qonşular tərəfindən
mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.
Tarix elmləri doktoru Qüdrət İsmayilovun və onun dissertantı
Niyazi İbrahimovun apardıqları tədqiqit işlərinin nəticəsinə
görə,bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində
eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya
təsvirləri də Kəlbəcərdə az deyildi. “Qobustanın qardaşları”
kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı.
“Soltan Heydər”, Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”,
“Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki
qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar”
tamailə bir-birinin oxşarı və ya “əkiz”lərdir. Tarixçi alim
Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının fikrincə,bu
daşların üzərindəki şəkillərin yaşı az qala bu daşların
öz yaşı qədərdir.Maraqlı budur ki, bu təsvirlər bazalt kimi
sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər tarix-dünyaşünaslıq
muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli
daşlar təkcə Kəlbəcərin deyil,bütövlükdə Azərbaycan torpağının
qədim insan məskəni olduğunu sübut edən dəlil idi. Həmin
təsvirlərdən biri belə idi: Bir insan fiquru ayağının birini
bir dairənin, o birini isə digər bir dairənin üzərinə qoyaraq
yuxarıdakı kürəyə baxır.Güman olunan budur ki, insan bir
planetdən digərinə uçmaq arzusundadır. İnsan fiqurunun ayağı
altındakı dairənin biri Yer,o biri isə Ay güman olunur.
Demək, insan Yerdən Aya, oradan isə başqa bir planetə uşmaq
istəyində hələ o zamanlardan bulunub.
Qalalar.
“Löh” qalası: Adı qalanın formasını tamamlayırdı.
Qalanın beli dəvə boynuna oxşayır. Qalaları tədqiq edənlərin
fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş
ki, bununla da həmin yollara nəzarət olunurmuş. “Löh” qalasının
başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular
var ki, burada ya ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların
içərisindən nəhənk palıd ağacları bitib qalxmışdır ki, hər
birinin diametri 30-40 sm. olardı. Qalanın Lev çayı istiqamətində
iki mağara aşkar olunmuşdur ki,bura ən qədim insan məsgənləri
hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu
mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu,
keyfiyyəti itmirdi. “Xos meşəsi” adlanan yerdəki abifənin
və buradakı məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı,
“Löh” qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuş
insan məskənlərindən biridir.
Kəlbəcər qalalarının icərisində ən yüksəklikdə
yerləşəni “Comərd” qalasıdır. Kəlbəcərin ərazi e”tibarı
ilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun
üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq başında
tikildiyi üçün “Comərd” qalası kimi tanınmışdır.
“Qaraçanlı və ya Ulu xan ” qalası Kəlbəçərdən
yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəçərdən İstisuya
gedən gedən yolun solunda Tərtərin sol sahilindədir. “Qalaça”
adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli su yolu da
var idi. Qalanın sağ yanında Qaraçanlı çayına kimi böyük
bir çınqıllıq var. Həmin çınqıllığın altı ilə qalaya bir
yol çəkilib. Bu gizli yol çayın göllənən yerinə kimi enirdi.
Burada başqa bir möcüzə də diqqəti çəkirdi: bir bulaqdan
5-6 dəqiqədən bir kah xalis mineral, kah da dişgöynədən
təmiz su çıxırdı. Sonralar burada istisu axtaranlar buruq
vuraraq həmin narzanı itirdilər.
Daha çox dağıdılmış və məhv edilmiş qalalardan
biri də “Qalaboynu” qalası idi.Qalanın içərisində 200-dən
çox binanın kalafa yerləri var. Buraya da dağlardan yeraltı
su xətti çəkilibmiş.
Kəlbəcər ərazisindəki qala və abidələr
sırasına daxil olanlardan biri də “Laçınqaya” qalasıdır.
Qala 120-cı ildə monqollar tərəfindən dağıdılmış, əhali
qılınçdan keçirilmiş, tarixçi gənçəli Kirakosun mə”lumatına
görə, insan qanı qayalar arasından sel kimi axıb Tər-tər
çayını qırmızıya boyamışdı.
Bu qalanın sağ sahilindəki çınqıllıqdan çaya bir yeraltı
gizli yol salınmışdır. Bunlardan başqa İsti-su kurortundan
yuxarıda Kəlbəcər şəhərinin alt hissəsində, Çəpli kəndinin
ərazisində, Zar və Mollabayramlı kəndlərinin səmtində və
başqa yerlərdə də qədim qalaların qalıqları mövcud idi.
Kəlbəcərdəki qalalar əsasən karvan yollarını qorumaq üçün
inşa edilmişdir.
İsti-sudan yuxarıdakı dağa Soltan Heydər dağı deyirdilər.
Belə rəvayət edirdilər ki, Şah İsmayılın atası Soltan Heydər
hər yayı bu dağda keçirirmiş və dağın adı onun adı ilə bağlıdır.
“Ərizə” qalasında Qaçaq Nəbi kənd camaatının ərizəsinə bu
qalada baxdığı üçün qalanın adı “Ərizə” qalası kimi yayılmışdır.
Qədim Alban abidələri.
Kəlbəcər ərazisindəki qədim Alban abidələri
bunlardır:
Tər-tər, Tutquçay, Seyidlər dərələri boyuça yerləçən “Xudadəng”,
“Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Bu
abidələrin içərisində nisbətən salamat qalanı “Xudadəng”
məbədidir.
“Xudadəng” abidə kompleksi. Bu abidə kompleksi Kəlbəcərdən
şərqdə, Ağdərə-Kəlbəcər magistiral yolunun sahilindəki Bağlıpəyə
kəndindən aşağı, yəni Ağdərəyə tərəfdə, Kəlbəcər rayonunun
29 kmilometrliyindədir. İndiki “Xudadəng” abidə kompleksi
VI-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib XV əsrlərdə
bu abidə Alban kinyazlığının dini məbədi olub. Sonralar
məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət
Alban hökmüdarı Həsən Cəlal tərəfindən yenidən inşa edilib.
Məlumatlar göstərir ki, onun arvadı Minə Xatun burada dəfn
olunub, anası Arzu Xatın və dövrün görkəmli ziyalısı Muxtar
Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur.
Maraqlısı odur ki, üstü kümbəz kimi tikilmiş bu binaların
tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın
divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar
var idi. Ağdərədən və Baserkeçərdən gələn ermənilər həmin
xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə,
tarixdən izini silməyə çalışmışlar. Abidənin tikintisində
istifadə olunmuş daşlar Tərtər çayının sahilindən – bir
dərədə yığılaraq suxurlaşmış və və kiristallaşmış gildən
əmələ gəlmişdir.
Həmin abidənin son illər ermənilər tərəfindən “qorunması”
göz qabağında idi. Ağdərə RPK katibinin göstərişi ilə abidə-komplerks
taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri
dağıtmışlar. Ammma ermənilər yenə də başqa vasitələrdən
istifadə edərək xaricdə göstərdikləri kino-filimlərdə çox
ustalıqla alban abidəsini erməni kilisəsi kimi təqdim edir
və ulu Arsaxın madi-mədəniyyət abidəsinin türklər tərəfindən
dağılması haqqında dünya ictimayyətinə saxta tarixi məlumatlar
çatdırırlar. Nisbətən salamat qalmış məbəddə heç bir xiristianlıq
nişanəsi yoxdur.
Kəlbəcərin ərazisində belə mə”bədlərlə
yanaşı yaşı 7-8 min illiyə gedib çıxan qəbrsitanlıqlar da
az deyildi.
Daş körpü abidələri.
Kəlbəcər ərazisində çayların üzərində çoxlu tağbənd Daş
körpülər olmuşdur. Bunlardan çoxu məhv olmuş, bəzilərinin
qalıqları,bir neeçəsi isə salamat qalmışdır. Məsələn: Bağlıpəyəyə
3 km qalmış Tər-tər çayının üzərində salınmış qədim körpünün
bir tərəfinin divarı qalmışdır.
Qamışlı kəndindən yuxarı çayın üzərində qurulmuş iki körpünün
divarları yerində dururdu.
Tər-tər çayının üzərində salınmış tağbənd Daş körpü salamat
qalırdı və ondan istifadə edilirdi. Bu körpü Şurtan kəndindən
aşağı, Soyuqbulaq kəndinə gedən yolun səmtində idi.
Zəylik kəndi çayında da Daş körpüdən istifadə edilirdi.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq
muzeyi.
İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan
Kəlbəcər tarix-diyarşünaslıq muzeyi abidəsi 1980-cı illərin
əvvəllərində yaradılmışdır. Müzeyin həyəti 900 m2 artıq
idi. Müzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən,
9 nümayiş salonundan və içərisində 30 mindən Çox eksponat
olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037
rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da
bir muzey yaradılmışdır.Bu divarlarda daşdan düzəldilmiş
müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl
keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların
daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində
daşdan yonulmuş 14 bqəbirüstü At və Qoç heykəlləri nümayiş
edilirdi. Burada “Bəzir daşı” deyilən iki qədim abidə nəzərə
çarpırdı.Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir
daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı
bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman
şişlər müalicə olunurmuş.
Mütəxəssislər və tamaşaçılar haqlı olaraq bu müzeyi həm
də geologiya, arxelogiya, incəsənət və səs müzeyi adlandırırdılar.
Bolqarıstan, Hindistan, Cin Xalq Respublikası, ABŞ, Almaniya,
İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox
başqa ölkələrin 150-dən cox alimi Kəlbəcər müzeyinə maraqla
baxmış, qiymətli rəylər yazmış və bu müzeyin zənginliyinə
ürəkdən məftun olduqlarını bildirmişdilər.
Kəlbəcər rayonunda yetişən bitkilər.
Dərman bitkiləri.
Kəlbnəcər rayonunun ərazisində 4 mindən
artıq bitki boy atır. Bunlardan 200-ə qədəri dərman bitkiləridir.
Ayıdöşəyi, albalı, alma, andız, ardıç, armud, acı əvəlik,
acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq,
bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyertkən,bulaqotu,
qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu, qızılgül,
qırxbuğum, qovaq, qoz, quşəppəyi, dağ yoncası, dağ laləsi,
dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik, əzgil, əməkömənçi,
ərik, əsmə, zəyərik, zirə, zirinç, zoğal, inciçiçəyi, itburnu,yarpız,yasəmən,
yerkökü, yovşan, kartof, kasnı, kahı, keşniş, kəklikotu,
kələm, kəpənəkçiçək, kərəvüz, kəçəvər, kavalı, gərməşov,
gilas, gilənar, kicitkən, göyəm, güldəfnə, güləvər, güləbətin,
gülünbahar, gülxətim, lərkə, ləçəkotu, lobya, meşə gilası,
moruq, murdarça, naz, nanə, nərgiz, novruzgülü, öküzboğan,
öldürkən, öskəotu, palıd, pərpərən, titraqotu, pişikotu,
pomidor, rasyana, reyhan, sarımsaq, soğan, solmazçiçək,
söyüd, tərxun, tozağacı, turp, tut, findıq, fıstıq, xanımotu,
xaş-xaş, xədicəgülü, xəndəkotu, xəşənbül, xiyar, xımı, üskükotu,
çaytikanı, çiyələk, çobanyastığı, cökə. çuğundur, cəfəri,
çil, çinçilim, şalğamturpu, şam, şaftalı, şahtərə, şirpəncəsi,
şomu, şüyüd və.s. bitkilər bitirdi.
Meşə ağacları.
Ağaclar - Palıd, Vələs, Ulas, Vən, Göyrüş, Toz, Qovaq, Qaraağac,
Söyüd, Çinar, Dağdağan, Ayıgilası, Şam, Ardıc.
Meyvə ağacları - Alma, Armud, Qoz, Tut, Fıstıq, İtburnu,
Yemişan, Qarağat, Moruq, Gilas, Gilənar.
Minerallar.
A. Aqvit, Aqat, Azurit, Aktionolit, Ametist,
Anqidrit, Antimonit, Araqonit, Arsenopit, Azbest.
B. Barit, Biotit, Bronit, Bronzit.
V. Vezivuan, Vismotit.
D. Diallaq, Diopist,Dolomit.
Q. Qalent, Qarnierit, Qematit, Qızıl, Qranat.
İ. İlemenit.
K. Kaleit, Kvarts, Kinovar, Kobaltik, Kovellin, Kremen,
Krokoit, Kuprit.
G. Gümüş, Gibs.
L. Labrador, Lazurit, Leytsit, Limonit.
M. Maqnezit, Maqnetit, Malaxit, Markazit, Mis, Molibdent,
Muskovit.
N. Nikelin.
O. Obsidian, Olivit, Oniks, Opal, Ortoklas.
P. Pentlandit, Pirit, Pirrotin, Platina, Prenit.
R. Rodnit.
S. Siderit, Spessart, Sfalerin, Sfen.
T. Talk, Topaz, Tserussit, Tsirkon, Tsozit, Turmalit.
F. Fluyorit, Fuksit.
X. Xalkozin, Xalkoprit, Xaltsedon, Xlorit, Xromit.
Ş. Şinipel, Şirgözü.
Süxurlar.
A. Amfibiolit, Andezit, Aplit.
B. Bazalt, Bismut, Brekçiya, Burnonit.
V. Vulkan bombası.
Q. Qarbo, Qranit, Qranediorit.
D. Dağ bülluru, Daş kömer,Dendrit,Diorit.
Ə. Əhəngdaşı.
J. Jadenit.
Z. Zimevit.
Y. Yaşma.
K. Kvasit,Konqlomerat,Korall.
L. Lapilli, Listevenit.
M. Mərmər, Miqmatit, Mikroklin.
P. Pemza, Peridotit, Pesannik, Portft.
R. Riloit.
S. Serpentitit,Sienit, Slanets, Suçlinok.
T. Traverit, Traktolit, Traxit, Tuf.
İSTİSU - DAĞLARIN
MÖCÜZƏLİ DİYARI
Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir
nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi necə
milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSUDUR.
Azərbaycan təbiətinin biliçisi, mərhum akademik Mirəli Qaşqayın
gösü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı:
“...Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin
gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə
görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının
(bu bulaq- Cexoslovakiyadadır) eynidir və bəzi xüsusiyyətlərinə
görə dünyada yeganədir. Bu suyun istiliyi 58,8 0C qədərdir.
Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.
Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir...”
O, zamanın ən körkəmli kimyacı alimi E.E.Karstenski Kəlbəcər
ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun
müaliçəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan
da yüksək) qiymətləndirmiş və bu müliçə otağının təkçə bu
əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək
bir mənbə olduğunu göstərmişdir.
HEYDƏR ƏLİYEV.
Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən
biridir.Onun çox zəngin təbiəti,tarixi vardır. Kəlbəcər
Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində,sinəsində,qoynunda
saxlayan ərazilərdən biridir.
Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə,həm də orada
yaşayan insanların fədakarlığına görə, respublikamızda həmişə
çox hörmətə, ehtirama layiq olubdur.
Azərbaycanın çox yerlərindən,o cümlədən paytaxtımız Bakıdan
da çox insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər.O dağların,
meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün,
eyni zamanda bu gözəlliyi seyr edib, ölkəmizin nə qədər
gözəl bir məmləkət, diyar olduğunu dərk etmək üçün ziyarət
ediblər.
Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır,
hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu
ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və
Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız
öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Doğrudur, bu 3 il müddətində Kəlbəcərə
böyük ziyan vurulubdur, zərbələr dəyibdir. Ermənistan işğalçıları
o, qədər vəhşidirlər, qəddardırlar, insani keyfiyyətlərdən
o qədər uzaqdırlar ki, onlar işğal olunmuş torpaqlarda,
o cümlədən Kəlbəcərdə də nəinki insaniyyətə xas olmayan,
hətta insaniyyətə zidd, yabançı hərəkətlər ediblər. Ancaq
onların heç birisi KƏLBƏCƏRİN o məğrur dağlarını, qayalarını,
meşələrini, çeşmələrini, bulaqlarını heç vaxt endirə, əyə
bilməz,eləcə də güman edirəm ki, kəlbəcərlilərin iradəsini
sındıra bilməz. Ona görə də mən əminəm ki, vaxt gələcək,
bunlar hamısı tarixdə qalacaq. Kəlbəcər işğaldan azad olacaq,
kəlbəcərlilər tezliklə doğma rayonda öz həyatlarını quracaq,
öz yerlərini, yurdlarını, evlərini, obalarını bərpa edəcəklər.
Mən buna əminəm.
AĞDABAN FACİƏSİ.
Sinəmizə dağ çəkilib, Dədə Şəmşirin arxivi yandırılıb.
Vətənimizin başı üstündəki qara buludlar
getdikcə qatılaşır.İgidlərimiz, ana və bacılarımız, körpə
və qocalarımız günahsız yerə güdaza gedir, kəndlərimiz,
şəhərlərimiz, qədim əbədi və əzəli beşiyimiz olan yurd yerlərimiz
xarabazara çevrilir. 5 ildən artıq davam edən qanlı müharibənin
qanlı səhnələrini saymaqla, yazmaqla qurtarası deyil. Demək
olar ki, xalqımız hər gün, hər saat qurban verir.
Söhbətim növbəti qurbanlardan biri olan Kəlbəcər elinin
Ağdaban kəndində baş verən,hələ də çoxlarına bəlli olmayan
bə`zi epizodlar barəsindədir. O yurd yeri ki,orada Ağdabanlı
Qurbanın, aşıqlar aşığı Dədə Şəmşirin məzarları uyuyur,
yə`qin qəvi düşmən kəndin üstünə hücum çəkəndə ata-bala
Miskin Abdal yadigarı olan bu ustad sənətkarların məzarda
sümükləri uyuşub...
Aşıq Şəmşirin oğlu Qənbər Qurbanovdan eşitdiklərim:
-Ağdaban faciəsi Azərbaycanın Xocalıdan sonra ən dəhşətli,
ən müthiş ağrılarından biridir. Yanğın və qırğın vaxtı 40-a
yaxın adamın ölümü dediklərimə sübutdur. Hələ 50-yə qədər
dağıdılıb yerlə yeksan edilməsini dilə gətirmirəm.Bütün
bu ağrılardan daha müdhiş olan başqa bir dərd də var ki,
o da Aşıq Şəmşirin arxivinin yandırılmasıdır.
5-6 il bundan əvvəl şair Hüseyn Kürdoğlu Kəlbəcərə gələndə
ondan xahiş etdim ki, atamın külliyyatını yerbəyer eləsin.
Yə`ni şe`rləri növbənöv ayrı yığsın.Mən ərəb əlifbasını
bilmədiyimə görə bu işi ondan xahiş etdim. Sağ olsun, Hüseyn
müəllim də şe`rləri nizamla, ayrı-ayrı qovluqlara yığmışdı.
Yadıma gəlir, həmin qovluqlardan biri də babam Ağdabanlı
Aşıq Qurbanın idi.
Şair qardaşım qovluqları səliqə ilə, çin-çin böyük bir dəmir
seyfə yığdı və bunların zəngin bir xəzinə olduğunu bildirdi.
Səhv eləmirimsə, o vaxt Bakıya gələndə həmin qovluqlardan
bir neçəsini də özü ilə götürmüşdü.
Hər şeydən öncə onu qeyd etməyi vacib sayıram ki, həmin
şe`rlərdən heç biri çap üzü görməmişdi. Onları üst-üstə
hesablayanda 200 min misradan çox şe`r eləyir. Demək olar
ki, tale mənə indiyədək görmədiyim ən böyük zərbəsini endirdi.
Heyf ki, vaxtında bu nadir xəzinəni Əlyazmalar İnstitutuna
verməmişəm. Kim deyərdi ki, belə bir dəhşətli faciə baş
verə bilər. Ağdaban qırğınında hamı kimi mənim də simsarlarım
həlak olub. Onların ölümü mənim atamın ömrü boyu yazıb yaratdıqlarının
məhv olması qədər yandırmır. Elə bilirəm dağım uçub, dünyam
dağılıb...
Atamın külliyyatının böyük bir hissəsi yansa da, müxtəlif
vaxtlarda yazılan şe`rlərindən bə`ziləri təsadüfənmi, xoşbəxtlikdənmi
sağ-salamat qalıb. Hansı ki, həmin əsərlərin heç birindən
kimsənin xəbəri yoxdur. Əldə olan şe`rləri üst-üstə topladıqda
200 çap vərəqi həcmində olar. Bundan başqa, 100 səhifədən
artıq xatirələri sənətsevərlərə mə`lum deyil.
Qənbər müəllimdən salamat qalan şe`rlərdən bir qismini alıb
vərəqləyirik.Burada müxtəlif vaxtlarda qələmə alınan yazılar
istər-istəməz adamı sehrləyir, həyəcanlandırır. Həmin sənət
nümunələrinin əsas qayəsi Vətən gözəllikərinin vəsfindən,
həyatın çətinliklərindən, dünyanın vəfasızlığından, sevginin
müqəddəsliyindən ibarətdir:
Kamil bağban olub bağı becərdim,
Saralıb solarmı yaxşı gül sarı?
Dedilər təbibsən, ağrıyır sərim,
Dərman et , yaramı yaxşı gül
(«Sarı» təcnisi).
1920-ci ildə yazılmış 11 bənddən ibarət «Dünyanın» rədifli
qoşmasında isə aşıq zəmanənin dönüklüyündən şikayət edib
deyir:
Min doqquz yüz iyirminci ildə bu sözü,
Yazırdım dünyanın qan idi üzü.
Güləydi ellərin yaş axan güzü,
Olaydı bir səbəbkarı dünyanın.
Dədə Şəmşir həmin şe`ri ilə 73 il öncə-1920-ci
il və ondan əvvəlki vaxtlarda Azərbaycanda azərbaycanlıların
öz dədə-baba torpaqlarında qanına qəltan olmasını, dünyanın
qan ağladığını böyük ustalıqla, ürək ağrısı ilə qələmə alıb.
Belə Ağdaban faciəsi Azərbaycanımızın sinəsinə ikiqat dağ
çəkib.Bir tərəfdən günahsızlarımızın ölümü, yerimizin yurdumuzun
viran edilməsi, digər tərəfdən sinəsi xalq hikmətləri ilə
dolu ulu bir el sənətkarının xalqımızın mə`nəvi dünyasının
zənginləşməsində misilsiz xidməti olan Şəmşir külliyyatının
qəddarcasına məhv edilməsi...
Füzuli Ramazanoğlu.
Xocalı soyqırımının
15-ci ildönümü münasibətilə Xocalı qaçqınlarının Birləşmiş
Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına müraciəti.
Biz-1992-ci ilin aprel ayının 7-dən 8-ə
keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Kəlbəcər
rayonunun Ağdaban kəndində ermənilər tərəfindən törədilmiş
dəhşətli faciəyə hüquqi-siyasi qiymət verilməsini Birləşmiş
Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının və dünya parlamentlərinin nəzərinə
catdırırıq. İrandan Azərbaycana köçmələrinin 150 illiyinə
Dağlıq Qarabağda 1978-ci ildə abidə ucaltmış ermənilər tarixi
Azərbaycan torpaqları hesabına xəyali “böyük ermənistan”
ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici
havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı ardıcıl
işğalçılıq siyasəti həyata keçirmiş və bu məkrli məqsədə
çatmaq üçün zaman-zaman terror, kütləvi qırğın, deportasiya
və soyğırımı kimi bəşəri cinayətlər törətmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920,
1948-1953-cü illərdə Qafqazda öz tarixi-etnik ərazilərində
etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan milyonlarla
azərbaycanlı dədə-baba torpaqlarından deportasiya olunmuş,
kütləvi surətdə qətlə yetirilmişdir.
Nəhayət, 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı əsassız
ərazi iddiaları və erməni separatizmi yenidən baş qaldırmış,
heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ
fitnəkarlığına rəvac verilmişdir. İndiki ermənistan ərazisində
öz tarixi-etnik torpaqlarında yaşayan 250 mindən artıq azərbaycanlı
1988-1989-cu illərdə son nəfəsinə kimi deportasiya edilmiş,
bu zaman yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilmişdir.
Nəticədə ermənistan ermənilərin illərlə arzusunda olduqları
monoetnik respublikaya çevrilmişdir.
Təəssüf ki, 1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan ərazilərində meydan sulayan erməni
irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan
əhalisinin acı iztirabları keçmiş SSRİ rəhbərliyinin və
sivilizasiyalı dünyanın biganə sükutu ilə qarşılandı. Belə
vəziyyətdən ruhlanan və istifadə edən ermənilər Azərbaycanda
bir-birinin ardınca qanlı cinayətlər törətməyə müvəffəq
oldular.Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq
Qarabağ inzibati-ərazi bölgüsünə daxil olmayan 7 rayon ermənistan
silahlı qüvvələri tərəfindən işğal edildi. 1 milyondan artıq
azərbaycanlı öz dədə-baba yurdlarından vəhşicəsinə qovuldu,
on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü.
Yüzlərlə yaşayış məskəni, minlərlə ictimai-mədəni tikili,
evlər, təhsil və səhiyyə müəssiələri, tarix-mədəniyyət abidələri,
muzeylər, məscidlər, müqəddəs sitayiş yerləri, qəbirstanlıqlar
yerlə yeksan edilərək, misli görünməmiş erməni vandalizminə
məruz qaldı.
Təkcə XX əsrin 90-cı illərinin əvvəllərində Qarabağın Kərkicahan,
Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və s. kimi azərbaycanlılar
yaşayan kəndlərində erməni silahlı quldurlarının törətdikləri
kütləvi qırğınlar, Bakıda və digər şəhərlərimizdə həyata
keçirilmiş ağır terror aksiyaları. Nəhayət, Xocalı soyqırımı
“məzlum və əzabkeş erməni” vicdanında əbədi qara ləkə kimi
yaşayacaq tarixi cinayətlərdir.
Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin
ən dəhşətli faciəsi hesab olunan Xatın, Xirosima, Naqasaki,
Sonqmi, Xoçalı kimi insan fəlakətləri sırasına 1992-ci ilin
aprel ayının 7-dən 8-ə keçən gecə törədilmiş Ağdaban soyqırımı
da əlavə olunmuşdur.
1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni silahlı
birləşmələri Dağlıq Qarabağın erməni quldur dəstələri ilə
birlikdə yeddi min nəfərə qədər azərbaycanlı əhalisi olan
Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər. Həmin vaxta
qədər Xocalı şəhəri artıq dörd aydan çox idi ki, erməni
silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində
saxlanılır, əhali tibbi xidmət və ərzaq sarıdan ciddi əziyyət
çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca, qadın
və uşaq var idi.Azğınlaşmış erməni quldurları 388-cı alaya
məxsus çoxsaylı ağır hərbi texnikanın köməyi ilə həmin gecə
Xocalı şəhərini yerlə-yeksan etdilər. Əliyalın dinc mülki
əhali kütləvi qətliama məruz qaldı-uşaqlar, qadınlar, qocalar,
xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilər XX
əsrin sonlarında sivilizasiyalı bəşəriyyət üçün üzqaralığı
olan növbəti tarixi cinayəti-Xocalı soyqırımını törətdilər.
Bu vəhşi aksiyada məqsəd şəhərin bütün əhalisini məhv etmək
idi. Ancaq sırf təsadüflər nəticəsində Xocalının xeyli sakini
sanki tarixə şahidlik etmək üçün sağ qaldı.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi. 1275
nəfər dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin
taleyi bu gün də məlum deyildir.Faciə nəticəsində 1000 nəfərdən
artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst
olmuşdur. Qətlə yetirilənlərin 106 nəfəri qadın,83 nəfəri
azyaşlı uşaq, 70 nəfəri ahıl qocalar idi.Şikəst olanların
76 nəfəri yetkinlik yaşına çatmamış oğlanlar və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq
və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış,
hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan
belə qəddarlıq və vəhşilik insan tərəfindən törədilmiş,
XX əsrin sonunda, dünyanın gözü qarşısında baş vermişdir!
Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara
deyil,bütün sivilizasiyalı bəşəriyyətə qarşı yönəlmiş bu
tarixi cinayətin müəllifi “məzlum və əzabkeş” ermənilərdir.
Artıq 15 ildir ki, qaçqınlıq həyatı yaşayan biz xocalılar
dünyanın bütün sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara
ürək ağrısı ilə, eyni zamanda, böyük ümidlərlə müraciət
edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu təşkilatları
olan BMT, AŞ və ATƏT, sülhsevər qüdrətli ölkələr beynəlxalq
hüquqa və bəşəri dəyərlərə məhəl qoymayan təcavüzkar bir
dövləti-ermənistanı haqq-ədalətə, qonşu dövlətlərlə sivilizasiyalı
münasibətlərə məcbur edə bilməsinlər! İşğal edilmiş Azərbaycan
torpaqlarından erməni silahlı qüvvələrinin qeyri-şərtsiz
çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
indiyədək yerinə yetirilməməsi, ilk növbədə, həmin təşkilatın
nüfuzuna ciddi zərbədir.
Biz əmin olduğumuzu bildiririk ki, dünya birliyi ermənistan
dövlətinin Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək,
Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasına, bir milyondan
artıq qaçqın-köçkünün öz doğma yurd-yuvasına qayıtmasına,
ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin ədalətli
və sülh yolu ilə həllinə kömək edəcəkdir.
Müraciət 2007-ci il fevralın 19-da
Xocalı qaçqınlarının Bakı şəhərində
keçirilən toplantısında qəbul olunmuşdur.
|