ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


ŞƏHİDLƏR


“ Gəl, Gəl, A Qaragöz balam”

... Dağların sazlı –sözlü ağsaqqalı olan Dədə Şəmşrin oylağında hər yan qara geyinmişdi. Bir qara karvanda bu qapqara dünyada Ağdabana üz tütmuşdu. Bu karvan Dədə Şəmşrin cimnaz balasının karvanı idi... Karvan qana bələnən günü ilk dəfə düşmən gülləsi Dədənin balasına tuş gəlmişdi. Balalalarına çatmağa macal verməmiş, yolun yarısında haqlamışdı onu. İlk dəfə şəhid olan bu karvanın arxasınca el-oba axışırdı. Dədə Şəmşrin dədəsiz yurduna baş sağlığı vermək üçün. Balanı ataya tapşırmaq üçün tələsirdilər. Analı dünyadan atalı dünyaya köç edirdi. Çimnaz yamanca darıxırmış. Ata həsrətinə dözümü yoxuymuş. İşə bax ey, bu dünyada anasız qoyduğu balalarınan görüşməmiş gedirdi. Gedirdi ki, giley eyləsin bu dünyada gördüyü ağrı-acılardan. Gedirdi ki, giley eyləsin bu dünyada gördüyü ağrı-acılardan. Gedirdi ki, anasız qoyub getdiyi balalarının sabah başlarına nələr gələcəyini öyrənsin, Dədədən…
Axşam düşürdü. Dünəndən, sırağagündən Dədə Şəmşrin ocağının başındakı ağlaşma ara vermirdi.
İmkanımız olsaydı bu yazını elə yazardıq ki, telli sazlar dilə gəlib ağlayardı. Bacarsaydıq, Dədə Şəmşirin balasını sazla, sözlə ağlayardıq, Dədə diliylə, qardaş diliylə.
Dədə darda qoymadı, yetdi harayımıza.
Bu, təsadüfi bir hadisə idi. Elə bu yazı yazılırdı ki, birdən radioda Dədə Şəmşirin haçansa lentə alınmış “Aşıq havaları” səsləndirildi. Dədə bu dəfə oxumurdu, “gəl, gəl, a qaragöz balam”-deyib haray çəkirdi. Səsindən, avazından, şirin ləhcəsindən də tanınırdı. Dədə balanı haraylayırdı. Amma bilmirdi ki, qaragöz balası düşmən gülləsindən qopan qıpqırmızı oda tuş olub. Dədə nə biləydi ki, dağlara əmanət verdiyi balasını nə dağlar, nə də dag övladları qoruyub saxlaya bilmədi.
Gördüm ki, Dədə çox dərdli-dərdli oxuyur. Yaza bilmədim. Və elə bu yerdə yazını şahid Çimnar Şəmşir qızının ömrü kimi nakam qoymaq istədim. Bu zaman qələm dostum Kifayət Hüseynli otağa girdi. Sözlü adama oxşayırdı.
-Qaragöz balasını çağıran atanın harayını eşitdinmi,yazacaqsanmı?
-Yamanca yerdə axşamlamışam. Yaza bilmirəm.
-Bunlara da baxarsan. Yadında varsa,hələ karvan qana bələnəndə demişdin ki,şəhidlərimizi unutmaq olmaz. Gərək onların xatirəsini yaşadaq. Onda demişdim ki, Çimnaz Şəmşir qızından da mən yazım.
-Yadıma düşdü. Otaq qayada ermənilər karvanımızı qanına qəltan eləyəndə demişdim.
-Oldu,-dedim.
Hə,əziz oxucu, indi gəlin Kifayət bacımızın “Zirvədə qalan ömür” yazısını birlikdə oxuyaq.

ZİRVƏDƏ QALAN ÖMÜR


Ağdabana birinci səfərim idi. Yol boyu Dədə Şəmşirin məzarı onunda özümün özümə verəcəyim suallar və qoşa qəbirlərin qoşa başdaşlarının lal baxışlarından “oxuyacağım” cavablar barədə düşünürdüm.
..Qarlı yoxuşu qalxib 3 məzarla üz-üzə dayandım. Üç dəstə qərənfil, bir də səməni qoyulmuşdu məzarların üstünə. Bahar küləyi gülləri oxşadıqca mənə elə gəlirdi ki, onlar bu ata-balaya layla çalır.
Qəbir üstə qərənfil görmüşdüm, amma səməni yox. Deməli, qərənfil Çimnazın da, Əkbərin də axan qanı, səməni isə yaşıl donlu bahar ətirli arzuları idi.
Dədənin başdaşındakı ayaqüstü şəklinə baxdım. Baxışlarımdan o yana bir əlçim boz duman gözlərimizin arasına pərdə saldı. Dədə yavaş-yavaş gözlərimdə canlandı. Yox, deyəsən, mənə elə gəlirdi. Gözlərimi sildim. Bu dəfə qulaqlarımdan başlayan uğultu həzin bir laylaya çevrildi. O idi-Dədə, Səsindən tanıdım:

Bahar gələr əlində gül,
Bağda bülbül ötər qızım.
Dağda kəklik qaqqıldaşar,
Səsi sənə yetər qızım.

Dədənin bu oxumağı balası üçün olsa da, onun dinləyicisi mən idim. Haraydı bala. Dədə bilmirdi ki, ömürgün dostu Güllü nənə nə haldadı. Dədənin şe’rlərində vəsf olunan nənə indi ürəkdağlayan bir səslə balalarına ağı deyir.
Bir vaxtlar bu dağlara,bir də Güllü nənəyə üz tutaraq “Yaxşı saxla,səndə əmanətim var”-demişdi. Fəqət, nə daglar, nə ana Dədənin əmanətlərini saxlaya bilmədi.Ürəyindəki toysuz, paysız Əkbər həsrətinə indi də Çimnaz yoxluğu qarışıb Güllü nənənin.
Başdaşındakı lal baxışlardan uzaqlaşmaq olmurdu.
Yenə bir səs gəldi qeybdən. Tanış səs idi. Bayaqkı yanğının qövr eliyən yaralarından qalxan sızıltı idi. Buna oxumaq demək olmazdı. Dədə sanki dağları, Qəmbəri yaralı balalarına köməyə səsləyirdi:

-Baxıb əhvalımı üzə gülərdi,
Bu düşgün könlümə yol göstərərdi.
Qəmbərin gəlməsi şəfa verərdi,
Gözləri yollarda qalan xəstəyə...

Can,ay balalarının əhvalından bixəbər Dədə! Nə biləsən ki,Qənbər ozünü çatdırsa da yaralı balana imdad eliyə bilmədi.
..Yaxşı saxla,qaçıb ovçu əlindən,
Sənə bir maralım yaralı,dağlar.
Təbib hanı,gəlib eləsin dərman,
Sızıldar,ah çəkər yaralı,dağlar.

Dağlar neyləsin: Dili yox, ağzı yox. Yağılar bənd-bərəni əjdaha kimi kəsib.
Gözlərimdən axan yaş Dədənin məzarı üstündəki şe’rin bir bəndunə düşdü. Qərənfillər tez gizlədilər o göz yaşlarını ki, Dədə ağladığımı bilməsin. Kaş gizlətməyəydi, Dədə mənə deyəydi:

Şəmşirəm,qəlbində dərd belə qalmaz,
Hasil olmalıdır gözlənən muraz.
Keçər bu zimistan,qorxma,gələr yaz,
Bir də görəcəksiz bahar,ağlama.

Elə bilirdim ki, Dədə ağladığımı bilmir. Sən demə, bayaqdan haldan-hala düşdüyümü Dədənin ruhundan gizlədə bilmirmişəm.
Bu sonuncu sətri ürəyimdə dönə-dönə təkrarladım. Xeyli dərdləşmişdik-ürəyimi, gözümü boşaltmışdım. Ziyarətgahdan üzügeri dönərkən Dədənin od-ocağına baş çəkəndə yenə hər yanı dərdli-vərəmli gördüm.
Bacısından sonra Ələsgərin sazı qara geyinib. Şəmşir ayrılığı, Əkbər yoxluğu, Çimnaz şəhidliyi sazı qara bürüyüb.
Dədə Şəmşir, ev-eşiyində bunları gördüm. Ürəyim qana döndü. Dözmə bu dərdə, götür sədəfli sazını çal o “Yanıq Kərəmi”, “Dilqəmini”, “Göyçəgülü”nü-layla de Əkbərinə, Çimnazına. Ovundur Gülü nənəni, Bəlkə çalıb-çağırsan balaların ağrılarını unutmaq üçün bir az da sənə qısılacaqlar.

ŞƏHİD FİDANLAR

Şəhid! Bu sözü hələ uşaqkən kənd məscidinin qabağında ağsaqqallarımızın “qətl sınan günü” şaxsey-vaxsey getdikləri, imamlarımızın yolunda “ağköynəkÜ olduğumuz vaxtlar eşitmişdim.
Ağlım zorla kəsirdi. Məhərrəmlik ayı başlamışdı. Atam, dayım mərsiyə deyərdi. Qonşular yığışıb sinə döyərdilər. Biz uşaqlar da qoşulardıq onlara. Amma müəllimlərimizdən yamanca qorxardıq. Eşitsəydi ki, mərsiyədə bir uşaq olub, həmin uşağın “evi yıxılardı”. Müəllim də bizi “şəhid eləyərdi”. Bir sözlə, qadağan olunmuşdu bizə mərsiyələrə getmək.
Şəhid sözünü o zamanlar eşitmişdik. Şəhidliyin müqəddəsliyini onda görürdük ki, aradan əsrlər keçsə də şəhidlər unudulmur-məhərrəmlik ayında, xüsusən də “qətl sınan günü” hamı şəhidlərin adına ehsan verir, imamlarımızın müqəddəs ruhlarına yasin oxutdurur, körpələrinin alnını ülgüclə cıraraq “ağgöykən” eləyirdilər. Deməli, şəhidlər hər kəsin doğmaları, hamının əzizləridir ki, tarix boyu yaşayırlar.
Tarxin dolanbac yollarında başına çox müsibətlər gəlmiş millətimin şəhidlik payı alın yazısı imiş. Sən demə, Vətən torpağı şəhid balalarının qanı, canı bahasına qorunduğu üçün müqəddəs imiş.
Şəhid balalarına yas saxlayan Azərbaycanımız şəhidlər yurdu olub. Qaratelli qarabağımız şəhid yurduna çevrilib. Bəyəm Qarabağmı, Gəncəmi, Goranboy, Gədəbəymi, Qazax, Tovuzmu, Şuşa, Laçınmı şəhidlər yurdudur? Bəs Tərtər, Kəlbəcər, Qubadlı, Füzuli? Bəs Zəngəzur, Göyçə?...
...Şəhidliyimiz doğma Bakımızdan başlayıb sərhəd boyunca yayıldı. Kəlbəcərin şəhidlik payı ilk dəfə süd qoxulu 8 körpəmizə düşdü.
Dədə Şəmşirin (Allah rəhmət eləsin) od-ocağı ağdabana ağdərənin Capar kəndi tərəfdən hücum eləyən erməni quldurlarının altısını kənd camaatı tutub rayon mərkəzinə gətirmişdi. Bu, o zamanlar idi ki, onda Dağlıq Qarabağ Təşkilat Komitəsi vardı. Qanımıza susayan Arkadi Volski isə o üzdəniraq komitənin başçısı idi. Rayona gətirilən quldur erməniləri Xankəndinə aparmaq, yenidən silahlandırıb üstsmszə qısqırtmaq istəyən Volski hərbi vertolyot göndərmişdi. (o vertolyotun pilotları allah bilir, bəlkə də ermənilər idi). Vertolyot şəhər stadionunda oynayan balacaları –səkkiz fidanımızı qanına qəltan elədi. Kəlbəcər torpaq uğrunda ilk şəhid balalarını verdi. Dünya az qala o körpələrin qanında boğulacaqdı...
Kim idi Kəlbəcərin ilk şəhidləri?
Şəhərin “Yuxarı düz” sahəsində o qanlı stadiondan o yana fidanlarımızın şərəfinə ucaldılan “Qərənfil 8 ulduz” xatirə abidəsindəki lövhəyə diqqətlə baxın. Oxuyun və unutmayın:

1. Məmmədov Sahib Sultan oğlu - 10 yaşında
2. Salmanov Razim Tofiq oğlu – 8 yaşında
3. Valehov Anar qardaşxan oğlu – 7 yaşında
4. İbişov Cahid Telman oğlu – 10 yaşında
5. Əsgərov Səxavət Dəmir oğlu – 14 yaşında
6. Əsgərov Natiq Məhəmməd oğlu – 14 yaşında
7. Xəlilov Bəxtiyar Rasim oğlu – 7 yaşında

İstədim ki, şəhid fidanlarımıza ağı deyim, bir yanıqlı səslə ağlayım, ağlaya bilmədim. Dedim ki, yazım. Gül ətirli, süd qoxulu balaların qara yazılarını yazım, yazım qan rənginə boyandı. Bir rəng olsaydı, bəlkə də o rəngin işığına yazardım, amma bir rəng deyildi. Səkkiz qanın rəngi idi, qarışmışdı bir-birinə. Bu qanın işində başsız, əlsiz-ayaqsız bədənlər titrəşirdi. Bu titrəyişdən dünya əsim-əsim əsirdi. Bu al-qan rəngli dünyada 8 ana sızıltısı, ata fəryadı, bacı-qardaş şivəni vardı. Bir qol havada uçur, bir ayaq yerimək istəyir, bir əl qan içində uçan vertolyotun qanlı pərindəki qırmızı rəngli beşguşəli ulduzdan tutub onu boğmağa çalışırdı. Amma heydən düşmüşdü o əllər, ayaqlar, o başsız bədənlər...
O qanlı dünyada bir vertolyot uçurdu, amma uça bilmirdi. Qanadlarından asılı qalan körpələrin sızıltıları, anaların şivənləri o vertolyotu uçmağa qomurdu. Can üstəydi, biçib tökdüyü fidanlar kimi. Ana fəryadlarının harayı vertolyotun zəhimli uğultusunu udmuşdu...
Analar ağlaya bilmirdilər. Hamı daşlaşmışdı. Daşlaşmış bu anaların səsi qırılıb qalmışdı...
Kəlbəcərin ilk şəhid balalarının şərəfinə ucaldılmış o abidəyə baş çəkin. Baxın, bir görün heç o balalar böyüyübmü? Görün şəhid əmiləri Şahlr onları necə yığıb başına! İstəyir ki, ovundursun onları! İstəyir ki, yeddiyaşlı Anarla Azərə nağıl danışsın – “Səkkiz körpə nağılı”nı, “Səkkiz igid nağılı”nı, Səkkiz ana fəryadını.. Amma onlar bu nağılı bilirdilər. Onlar bu nağılın qəhrəmanları olduqlarına görə istəyirlər ki, o nağılı mən yazım, mən danışım hələ təzə-təzə “Ana”, “Vətən” kəlmələrini öyrənən balalarımıza...
Mən nə danışa bilirəm, nə də yaza bilirəm, əziz balalar! Siz heç bu yazımı da oxumayın və gedin o abidənin qarşısında dayanıb lövhədə yazılınları oxuyun.

I lövhədə 10 yaşlı Sahıbin sağlığında çəkdiyi vertolyot şəklidir.
İstəyirsiz “özündən” soruşun, niyə çəkirdin o vertolyotları? Cavab verməyəcək. Sahib o vertolyotları ona görə çəkirdi ki, o zamanlar ermənilər bizi o vertolyotların ümidinə qoymuşdular. Ağdərədən bağlamışdılar dədə-baba yollarımızı. Sahib 10 yaşında bunu dərk edib gələcəyə bu dərdimizi çatdırmaq istəyəndə başımışın ağaları bunu hələ dərk etmirdilər.
Sahib ona görə o vertolyotları çəkirdi ki, bəlkə də gələcəkdə pilot olmaq istəyirdi. Nə bilim, bəlkələr o qədərdi ki...
İkinçi lövhəni oxuyun:
“ Dağılıq qarabağ fitnəkarlığının 1989-cu il iyulun 14-də künahsız qurbanları olan olan bu süd nəfəsli balalalarımızın xatirəsi qəlbimizdə əbədi yaşayaçaq”.
Üçünçü lövhə. “Baxın! Diqqətlə baxın bu şəhid balalarımızı unutmayın! Əsrin əvvəlindən başlamış erməni fitnəkarlığı onların ömürünə 1989-cu ildə nöqtə qoyub. Unutmayın ki, bundan sonra 20 Yanvar --- --- Qara Yanvar-- - 1990-cı il faciəsi baş verib, Xoçalı, Ağdaban və digər façiələrimiz baş verib. Kəlbəcərdə otaq qayadakı qanlı hadisələr törənib: Cimnaz Şəmşir qızının, Aslan Xıdırovun, Eldar Cəbrayılovun, Şahlar Şükürovun, Sergey Medentsevin nakam ömürləri bu dağlarda sona yetib”.

... Ömürümüzə qənim kəsilən düşmən fitnəkarlığı şəhidlərimizin sayını artırdı, torpaqlarımız öz qanımızla sulandı, neçə-neçə qönçələrimiz soldu, neçə-neçə analarımız saç yoldu...
Oldu bütün bunlar əziz balalar, mən isə şəhid fidanlarımızdan yaza bilmədim. Qan çanağında boğulan torpaqlarımızın dərdlərinin içində boğulan anaların fəryadları qoymadı yazmağa.

Birinçi ana:
- Balamı mənə göstərmədilər, yarasını bağlamadım...
-
İkinci ana:
- Balam məktəbə gedəçəydi. “ Əlifbası oxunmamış, oxulmamış, məktəbli paltarı geyilməmiş... qaldı...
-
Ücüncü ana:
- Balam o, səhər tez qalxdı, tez getdi. Çağırdım, gəlmədi. Hələ də cağırıram! Belə deyildi, eşidərdi məni, bir sözümü iki eləməzdi. Amma neçə vaxtı cağıra-cağıra qalmışam...

Dördüncü ana:
Bil bala yox, bir üt bala itirmişəm. Biri oğlu balamın balası, biri də qız balamın balası...

Beşinci ana:
-Mələ, ceyranım, mələ,
Balanı vermə ələ.
Mən mələdim gəlmədi,
Sən mələ, bəlkə gələ...

Altınçı ana:
- Balamdan yaza bilsən bunları da yaz:

Bağa girdim əzəldən,
Dəstə yoxuydu xəzəldən.
Gülü tapdım iyləməmiş
Fələk aldı tez əldən...

Yeddinci ana:
- Balamın yazısını yaza bilməsən, bunları yazarsan:

Bu yoldan gələr, keçər,
Ahular mələr keçər.
Bala itirənlərin,
Qəlbindən nələr keçər.

Səkkizinci ana:
- Bala, al bunu da oxu:

Bu dağlar tala dağı,
Bürümür lala dağı.
Hər dağ olsa çəkilər,
Çəkilməz bala dağı.

DÖZ BU AĞRIYA, DÖZ GÖRÜM!

Yamanca bəd əsib yellərimiz, xəzana düşüb güllərimiz, qan ağlayıb çöllərimiz, qara geyib payızlı-yazlı illərimiz…
O baharda da beləcə qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız.O baharda da çəməndəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi…Sonrakı bahara, sonrakı qışa ümid bəslədik, dilək dilədik. Diləklərimiz hasil olmadı,göz yaşlarımız qurumadı. Necə qurusun, bəyəm bu qədər dərdlərə ovuc boyda bir ürək tab gətirərmi?
Həmişə toy-nişanların, iki sevən gəncin vüsal dəmində görüşə tələsən qərənfil şəhidlərimzə bacı olub –başa qara bağlayıb, sinəsini dağlayıb; ağı deyib-şəhid ağısı. Şəhid qərənfil özünə dağlardan həmdərd tapıb. Aranda vaxtsız solan şəhid qanına boyanan qərənfilin səsinə, fəryadına bir sızıltı da qovuşdu; bu dağlarda şəhid olmuş novruzgülünün, qaymaq çiçəyinin, lalənin, bənövşənin-ləçəkləri qana boyanamış dağ çiçəklərinin Ağdabanına, Ağdabanın şəhidlərinə şəhidlərinə dediyi ağı idi. Bu nə kaman yanğısı, nə də Dədə Şəmşirin qaragöz balasına və onunla birlikdə şəhid olmuşlara qoşduğu söz qoşqusu idi. Bu şəhid bənövşənin, novruzgülünün Dədə ocağında, Dədə yurdunda şəhid olmuşlara sızılıtısı idi.

Mən aşiqəm qana-qana
Kim düşünə, kim qana .
Bir cüt körpə balayıq ,
Sığınmışıq yarğana.
...Bir cüt körpə balası əlindən zorla alınanda qanlı düşmənə əsir düşən qaragünlü, qaradonlu, qaratelli gəlindən eşitdiklərini şəhid qərənfilə şəhid dağ çiçəkləri belə çatdırardı.

Odlamayın talamı,
Uçurmayın qalamı,
Məni ki aparırsız,
Aparmayın balamı…

Balasının qucağında qan içində can verdiyini görüb fəryad eləyən ana görmüsünüzmü? Mən görmüşəm, Allah bir də göstərməsin. Siz görməyəsiniz.O ana necə qışqırıbsa səsi hələ də qulaqlarımda, bir də Dəlidağda, Murovda qalıb:

Yağı, nələr eylədin,
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birin neylədin?

…Ağdaban - 8 aprel 1992-ci il. Görəsən bu qara, qanlı tarix yaddan çıxacaqmı? Ağdabanın yara üstən yara alan sinəsi sağalacaqmı? Deyirlər ki, Ağdabanın tarixinə həmin gün qara həriflərlə yazılıb. Mən isə deyərdim ki, yox, qan qırmızı rənglə yazılıb o gün. Şəhid kəndin şəhid balalarının qanı ilə yazıldı. Qoy yağılar bilsin ki, o dəhşətli gün unudulmayacaq.
Ağdabanın o dəhşətlərindən danışmaq olmur. Necə deyəsən ki, tarix boyu sazlı-sözlü olan Ağdaban o gün odlara qalandı.Hansı mənəvi haqla bunu dilimizə gətirək? Dilim od tutub yanır – Ağdaban kimi.Necə deyim ki, Dədə Şəmşirin hələ işıq üzü görməyən əlyazmaları yandırılıb, külü göyə sovurulub? Necə deyim ki, faciələr baş verən kimi döşümüzə döyüb, vətənpərvərliyimizdən dəm vurmuşuq: “Əşi, erməni kimdir ki,bizə güc gəlsin, biz Koroğlular, Babəklər, Cavanşirlər, Nəbilər … nəslindənik”. Və sonra … “elnən gələn qara gün toy-bayramdır”, deyib yasa batmışıq.Bu bəlanın ağrılarından biri də Ağdaban faciəsi oldu.
Ağdaban kəndi. Ağdabanda Ağdabanlıqmı qalıb? Nəyindən danışasan: günahsız yerə top tüfəngə tutulub, alovu göyləri yandırmağındanmı, yoxsa abır-həyalı qız-gəlinlərin, gül balalarının sızıldaya-sızıldaya əsir aparıldığındanmı?...
Ağdabana aprelin 9-da səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-mar edib, dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Dünəndən od vurulmuş evlərdən hələ də burum-burum qara tüstü qalxırdı. Çapar tərəfdən atılan toplar bizdən o yana düşüb salamat qalmış bir neçə evi də dağıtdı.Kəndin köməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da heç bir əhəmiyyəti yox idi. Ağdaban qan içində boğulur, “tüstüsü başından çıxırdı”.
Ağdabanla Çayqovuşan arasında bir təpə var. Dədə Şəmşirin son mənzili buradadır. Təsadüfən, ya möcüzədənmi, ya nədənsə salamat qalmış məzar daşları sanki yandırılmış hər iki kəndə ağı deyir. Yığışmışdıq Dədə Şəmşirin məzarı başına. Hamı günahkar-günahkar başını aşağı dikib Dədəyə başsağlığı verir.
Kənddəki meyidləri çıxarmaq üçün qrupayrılıb.Güllə yağışının altında kəndə girmək qorxulu olsa da, heç kim ehtuyat etmir. Saya bilmirdik yandırılmış, işgəncələrlə divan tutulmuş kənd çamaatının meyidlərini.
Birdən kimsə qışqırır: “Vay qardaş, can ay qardaş. Səni də, kəndimiz kimi qoruya bilmədim… ”Deyirlər ki, şair Əlqəmənin oğludur. Bu fəryad bəlkə də Murovun qarlı zirvəsinə qədər gedib çatmışdı. Dağlarda da bu haray var idi…
Ağdabanın o dəhşətli günlərini gözlərimə köçürüb üzü geri qayıdırdım. Kəlbəcərin milislər, özünü müdafiə dəstələri isə hələ də soraqları olmayan ağdabanlıları axtarırdılar. Ağdabanda qanlı ayaq izləri və bir də ara-sıra güllə səsləri qalırdı.
O gün Kəlbəcər gözləri baxa-baxa şəhid olmuş ağdabanlılara qara geyinmişdi. Kəlbəcər özünün ilk şəhid balalarını sinəsinə basıb oxşamaq istəyirdi.
Kəlbəcərin “Yolaşan” deyilən yerində bir xiyaban salınırdı: Şəhidlər xiyabanı. Bu xiyaban ilk şəhid karvanı yol başlamışdı.Bu qara karvan ağdabanlıların idi. Hərəsi bir yaşda, hərəsi bir adda, hərəsi bir yanğıda idi.Amma hamısına eyni biçimdə, eyni rəngdə bir paltar geyindirmişdilər. Qara geyimli, qara karvanın önündə diri Quran kəlməli nur qocalarımız Allaha dua edir, bunların arxasınca isə qapqara bir axın gedirdi…
Ağlayın ay ellər, haqqında heç nə yaza bilmədiyim bu şəhidlərimizi.

1. Kərimova Qəmər İmran qızı.
2. Alıyeva Ülviyyə Camal qızı.
3. Məmmədov Musa Qara oğlu.
4. Qocayev Baki qurban oğlu.
5. Qocayeva Zeynəb Məhəmməd qızı.
6. Məmmədova Həyat Yolçu qızı.
7. Alıyev Camal Haqverdi oğlu.
8. Bağırov Əbdül Məhəmməd oğlu.
9. Məmmədov Ziyəddin Əlqəmə oğlu.
10. Qocayev Qara Qurban oğlu.
11. Hümbətova Fatma Qaraca qızı.
12. Qasımova Riayyət Bahadur oğlu.
13. Məmmədov İsbəndiyar lətif oğlu.
14. Qurbanov Qulu Şabər oğlu.
15. Məmmədov Tural Qara oğlu.

Ayıra bilmədim mən o şəhidləri bir-birindən. Siz də ayırmayın. Heç ayıra da bilməzsiniz. Hamısının da ağrısı, ağısı eynidi. Ağı deməkdən dilimdə ağı bitib. Qara yazı yazmaqdan qələmim qaralıb. Sözlərim yas içindədi.

FATMA XALA HEYY!

Fatma xala Kəlbəcərin Kərəmli kəndində yaşayırdı. Fatma xala ömür-gün yoldaşı Bəhmən kişini itirəni aradan xeyli vaxt keçib. Daha doğrusu, 1978-ci ildən evin həm kişisi olub, həm də anası. Böyük bir ailənin ağırlığını götürüb çiyinlərinə. Səkkiz uşaq böyüdüb, tərbiyə edib. Beş oğul, üç qız. Oğlanlarının üçünü - Adili, Akifi və Nadiri evləndirib. Ailənin qayğıları bir az azaldığına sevinib. Növbə Natiqin idi.
Bilirsinizmi Fatma xalanı niyə axtarıram?! Dərdini də götürüb qaçıb. Qaçıb ki, Dərdini təkbaşına çəksin.
Fatma xalanı axtardığım günlərin biri idi. Gözüm nəmli gözlər, həsrətli baxışlar arasında axtarırdı onu. Bir nəfər yaxınlaşıb soruşdu:
-Kimi axtarırsınız?
-Fatma xalanı. Kərəmlidən olan. Natiqin anası Fatma xalanı deyirəm. Bir dərd
götürüb gedib. İstəyirəm ki, o dərdin ağırlığını Fatma xalanın özündən öyrənim.
Fatma xalanı axtarma. Odey, get Zəhra xaladan soruş. Fatma xalanın doğmaca bacısıdır. Fatma xaladan çox o dərdi çəkən Zəhra xaladı.
... Zəhra xalaynan şəhər incəsənət məktəbində görüşdük. Oğlu Tofiq demişdi yerini. Orada Natiqin yaxınlarından biri olan əmisi qızı İmperialı ilə də görüşdüm.
Zəhra xalanın dediklərindən:
Kərəmli ermənilər tərəfindən yandırılıb kül olanda dağıldı bacımın ocağı.
Kənddən hamı çıxmışdı. Gülləbaran ara vermirdi. Tək-tək evlər salamat qalmışdı. Çıxmayanlardan biri də Fatmagil idi. Axırıncı dəfə ermənilər kəndi topa tutub yandıranda onlar da çəkilir meşəyə. Evlərin necə yanıb külə döndüyünü gözləri ilə görmüşdü Natiq. Dözə bilmirdi.
Fatmagil Aşağı Qılınclı kəndində pənah gətirmişdi. Kolxazun idarə binasının I mərtəbəsinə sığınmışdılar. Dolana bimədilər. Sonra bizim xəbərimiz olmadan gediblər arana. Dedilər ki, deyəsən Oğuz-Qəbələ tərəfə. Yer-yurdlarını bilmirəm. Bu da bir dərddi. Zəhra xala sözünü dalını gətirə bilmədi. İmperial köməyinə çatdı:
- Natiq evin dördüncüsüydü. 1969-cu ildə anadan olmuşdu. Kəndləri dağıldıqdan sonra könüllü olaraq cəbhəyə getdi. Ağdaban ermənilər tərəfindən yandırılanda çox igidlərimiz getdi. Natiq də onlardan biri idi.
Zəhra xala yenə söhbətə qoşuldu. Kəndlərinin yandırılmasına dözə bilmirdi. Ermənilər onu tanıyırdılar. Qan uddururdu onlara. Dəfələrlə çağırib demişdilər ki, Natiq, səni diri-diri soyacağıq, evinizi gözünün qabağında yandıracağıq.
Ağdaban odlara qalananda Natiqi əlimizdən aldı o vəhşi güllələr. Arxadan vurmuşdular onu.
Dayısı Kamranı çox istədiyi üçün Natiqi də Dalqılınclı qəbirstanlığında dayısının yanında dəfn etdik.
“Dağılan tifaq” əsərini oxumusunuzmu? İstədim ki, bu yazının sərlövhəsini də “Dağılan tifaq, yaxud sönmüş ocaq” yazım. Amma Fatma xalanı tapıb ondan icazə ala bilmədim.
Kaş Fatma xala eşidə harayımı. Eşidə ki, onu çağırıram: Natiqindən hara uzaqlaşmısan, ay dərdini götürüb dərdsiz ana axtaran ana?! Hardadı o el-oba ki, orda şəhid yanğısı, bala ağısı eşitməyəsən?!
Aşağı Qılınclı kəndində bir nənə var. Yaşı nənəliyə düşməsə də, nənələr kimi qocalıb, qəddi bükülüb, gözləri tor gətirib. Bu, Hürü nənədi! Natiqin bibisini deyirəm.
Hürü nənə Natiqsiz heç dözmür. Natiqi o saxlayırdı. Bala kimi baxırdı.Balasını itirdiyinə indi bala əvəzinə bayatı-ağı əzizləyir:

Bu dağdan aşan mənəm,
Sellərtək coşan mənəm.
Qaynar dərd qazanında
Qaynayan, daşan mənəm.

Azalmaz mənim dərdim,
Yozulmaz mənim dərdim.
Meşələr qələm olsa
Yazılmaz mənim dərdim.

Bu dağlar qoşa dağlar,
Dərd-qəmə dalın, dağlar.
Sizdə bala basdırdım
Keşikdə qalan, dağlar.

Bu dağlar qoşa dağlar,
Çatıb başa dağlar.
Sizdə bala itirdim
Dönəsiz daşa, dağlar.
Əzizim gəzə dağlar,
Gülləri təzə dağlar.
Köhnə yaram üstündən
Çəkildi təzə dağlar.

... Natiq universitetin son kursunda oxuyurdu. 1992-ci ilin may ayının 19-da imtahana çağrılmışdı. Dövlət imtahanı verməliydi. Gedə bilmədi. Həmin gün Natiqin 40 idi.
Bir diplom yazılmamış qaldı. Geoloq olacaqdı o diplomla işləyən oğlan.
Natiqin ömür yolundan danışan bir dram-faciə yazmaq istəyirəm. Ancaq o faciənin baş rolunda oynayacaq oğulu itirmişəm. Ağdaban faciəsində, Dədə Şəmşirin od-ocağı sönəndə, çırağı qaralanda. Dədənin əli, nəfəsi gəzmiş vərəqlər göydə alışanda itirmişəm onu. Ömrünün 23-cü yazında. Qar dizdən idi. Aprel olsa da qış idi. Dağların qışı, ömürlərin qışı idi...

“AĞLA, BALA AĞLA”...

Ağdaban – Dədə Şəmşrin dədə ocağı! Talanan yurd! İkinci Xocalı! Ağdabanın ölüm səhəri! Dağlar nalə çəkər, Şəmşirsiz ağlar...
Ağdaban şəhidlərinə bu kitabda bütöv bir yazı yazmaq fikrim var idi. Çünki onların qara taleyi bir qara kitaba yazılmalı idi. Ağdaban dağlıldıqdan sonra salamat qalanları diyarbədiyar olduğundan tapa bilmirdim. Ona görə də mətbuatdakı yazıları ümumiləşdirib bir ağı yazmaq istədim. Amma bir gün yaxın dostum – Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru İbrahim Atakişiyev bir yazı verib bildirdi ki, Ağdaban hadisələri haqqındadır.

ƏLLƏRİ UZANILI QALAN ATA

Ağdabana gedirdim. 1992-ci il aprelin 7-si idi. Orda bacımgil yaşayırdı. Bir-iki günə kimi anamın cüməsində kəsmək üçün mal almalı, bir də bacımın balalarına baş çəkməli idim. Kənddə avtobus işləmirdi. Bağlıpəyəyədək Çərəkdar avtobusu ilə getdim. Onsuz da Ağdabana maşın çətin düşəydi. Odur ki, piyada yola düşdüm. Çoxdan tanıdığım cavan bir oğlan yoldaş oldu mənə, meşə yolu ilə üzüyuxarı. Bu, Vidadi idi. Məni tək buraxmırdı. Bir Xeyli yol getdikdən sonra Vidadinin qayıtmağını xahiş etdim.
Qardaş niyə belə tə`kid eliyirsən ? Xeyli vaxtdı görüşmürdük, tapışmışıq. Bəlkə heç belə bir günümüz bir də olmadı?-deyib, xeyli yol getdik, Çox təkiddən sonra onu qaytardım.
Amma heç ağlıma da gəlmədi ki, doğurdan da Vidadi ilə son görüşümüzdür. Bir gün sonra isə Vidadi piyada getdiyimiz o yolda yağı gülləsinə tuş gəldi. Mən isə ...
.. Camal o axşam elə bil ki, tamamilə dəyişmişdi – mehribanlaşmışdı. Elə bil ki, neçə ilin ayrısı ilə görüşürdü. Uşaqlarının başına fırfıra kimi fırlanırdı. Bütün bunlar mənə qeyri-adi gəlirdi. Axşamdan deyib-gülən ailə səhərə yaxın tamamilə təlayümə düşdü..
.. Səhər saat altının yarısı olardı. Axşamkı deyib-gülməkdən əsər əlamət qalmamışdı. Hamımız elə bil donub qalmışdıq. Ermənilər Çapar tərəfdən kəndə hücum eləmişdilər. Təhlükə əjdaha kimi ağzını açıb günahsız qocalara, qadınlara, körpələrə qarşı ildırım sürətilə gəlirdi.
.. Bacımın 6 yaşlı qızı Ülviyyə nədənsə daha çox qorxur və vahimə içində qışqırırdı. Nə qədər elədimsə onu sakitləşdirə bilmədim. Anası onu məndən alıb bayıra çıxdı. Kənddəki fəryaddan qulaq tutulurdu. Həmayə içəri qayıtdı.
- Can qardaş, bu nə bəlaydı düşdük, neyləyək, hara qaçaq, necə qaçaq?..
.. Camal bizdən əvvəl çölə çıxmışdı. Həmayə Camalın çöldə olduğuna ürəklənib:
- İbrahim, mən Ülviyyəni götürdüm, sən də Təbrizlə Hüsniyyənin əlindən tut, arxamca gəl – deyib çıxdı.
Ülviyyənin fəryadı ara vermirdi. Anası onu bağrına basaraq, evin yanından axan çay aşağı qaçdı. Ana hey balasının üstünə qışqırır: “ağlama, səsini çıxarma, sus..” – deyə özlərini yağı gülləsindən gizləməyə çalışırdı. O, birdən Ülviyyənin səsi üçün darıxdı. Qışqırdı:
- Ülviyyə! Ülviyyə! Ağla, bala, ağla, səsini çıxart, qorxma.
Ana bu dəfə yalvardı, çox sızıldadı, amma baladan səs çşxmadı. Birdən barmaqlarının arasından süzülüb sinəsini isidən qanı gördü. Balanı düşmən gülləsi susdurmuşdu. Ananın taqəti kəsildi, dizləri əsdi.
Camal Həmayənin Ülviyyə qucağında sanki sürünə-sürünə gəldiyini və birdən dayandığını gördü. Birdən Ülviyyənin qanına bulaşan ananın əlləri göründü. Ülviyə isə başını anasının çiyninə söykəmişdi. Qışqıraraq əllərini uzadıb Ülviyyənin köməyinə çatmaq istəyən Camalı yağı gülləsi elə əlləri uzanılı yerə sərdi. Ana balanı atasının qucağına vermək istədi, amma artıq nə ata vardı, nə də bala.
Qardaşının və o biri balalarının hara üz tutmasından xəbəri olmayan ananın səsi dərələri götürmüşdü:
- İ..b..ra..hiiimm! Hüs..niiyəə! Təbriiizz..!
Ana balalarını axtarır, haraylayır, Ülviyyə ilə atası Camalın isti qanları isə torpağı qana boyayırdı...

Biz Ağdabana faciənin səhərisi gün çatdıq. Onda Ülviyyənin və atası Camalın qanlı meyidi qucaqlaşıb torpağa sarılmışdı. Elə bil ata balanı, bala atanı kimsəyə vermək istəmirdi. Bu dəhşətli hadisəni fotolentə köçürən Famil Hüseynoğlunun əlləri sözünə baxmırdı. O gün kimlərə nə qaldısa, bizə ürək ağrısı, Ülviyyənin və Camalın göz yaşı ilə çəkilən qanlı şəkili qaldı...
Ülviyyə 1986-cı ildə anadan olmuşdu. Atası Camal Haqverdi oğlu Alıyev 1942-ci ildə.
Həmayə isə iki balası ilə Kəlbəcərdə ata evində ömrünə yazılan qara bəxtilə baş-başa vferib.
Bu yazını yazıb qurtarmışdım, telefon zəhg çaldı. İbrahim idi:
- Bilirsinizmi, o vaxtı yadımdan çıxartmışam, bununla ikinci dəfədir ki, Həmayənin ailəsi dağılır. Böyük oğlu Talehin atası da rəhmətə getmişdi. Onda Talehin 12 yaşı vardı. İndi Təbrizin 12 yaşı var. İstəsəniz bunları da əlavə edərsiniz.

“ÜRƏYİ ÖZÜNDƏN YEKƏYDİ..”

Ziyəddin bir yuxu görmüşdü. Durub anasından soruşdu:
- Ana, yuxunu kimə danışmaq olar?
- Kim olsa, qabağına kim birinci çıxsa. Amma səhər tezdən suya danışsan daha yaxşıdı. İşığa, çırağa danışsan da olar.
.. Ziyəddin yuxusunu ölümündən bircə gün əvvəl görmüşdü. Vaxtında suya, işığa, qabağına çıxan adama danışıb kəsərdən salmamış o yuxu Ziyəddini də apardı, elə kəndlərini də. Kəndlərinin işığı, suyu, sazlı-sözlü gecələri də o yuxudan sonra şəhid oldu.
Yuxuda görmüşdü ki. həyətlərində mağar qurulub. Kimsə ölüb. Amma bilmir ki, ölən kimdi.
Səhər anası Şövkət xalaya danışır. Anası Əlqəmə kişini səsləyir. Əlqəmə kişi yuxunu eşıdib gülür:
- yaxşı görüb. Yuxuda ölmək ölməməkdir.
Bu söhbət Ağdaban odlara qalanan gündən bir gün əvvəl, aprelin 7- də olmuşdu. Bir gün sonra isə Ziyəddinin yuxusu çin oldu. Amma həyətləri qalmamışdı ki, mağar qurulsun. Kənd yanıb kül olmuşdu. Ziyəddin isə postda ilk şəhidlərdən idi...
Ziyəddinlə birlikdə kəndin torpağı, suyu, havası şəhid olandan, o kənd haqqında heç nə yaza bilmirəm.
Ağdaban şəhidlərinin yazısını bütövləşdirdim, hamısına bir ağı yazdım. Bunun iki səbəbi var. Birincisi, istədim ki, onları bir-birindən ayırmayım. Hamısının taleyi, qisməti eyni idi. İkincisi, vaxt olduqca az idi. İstədim ki, şəhidlərimizə yazdığım yazı yubanmasın...
Bəs Ziyəddini niyə ayırdım?
Mən ayırmadım. Ziyəddini anasının redaksiyaya göndərdiyi nalə ayırdı, bir də dədəsi Əlqəmə dayı ilə rastlaşmağımız.
Anası Şövkət xala bircə bayatı göndərmişdi redaksiyaya:

Qəfil uçdu qalam da,
Ərşə qalxdı nalam da.
Yağı elə od vurdu,
Kənd də yandı, balam da.

Aprelin 9-da səhər tezdən Ağdabandaydıq. Ağdabanı bürüyən zülmət içində çox anaların fəryadı arasında bir ana laylası vardı. Ziyəddinin anasının səsiydi. On yeddi yaşlı Ziyəddinin yuxusuna qarğayırdı.
Ziyəddinin atası Əlqəmə dayını çoxdan tanıyırdım. Qələmi çoxlarına tanıdıb onu. Aşıq Qurbanın yurdunda qalanlardandı. Deyirəm ki, görəsən bu boyda sadəlik, təvazükarlıq olarmı? Adamla danışanda “qadan alım”dan, “qurban olum”dan savayı söz işlətməz. Arıçıdı Əlqəmə dayı. Bu il isə bal əvəzinə ağı yeyir, zəhrimar dadır...
Ziyəddindən danışmadı. Dədə şəmşirin əlyazmalarına yandı. Oğlu qaldı bir yanda, Dədə Şəmşirə, onun müqəddəs od-ocağına tutulan divandan danışdı. Amma oğlu barəsində bircə cümlə işlətdi: “Ürəyi dağ boyda idi – Özündən yekəydi!”.
Şəklini istədim, oğlunun. Cibindən bir bağlama kağız çıxartdı. Arasından əzik bir sənəd uzatdı. Baxdım ki, yaş kağızıdı. O birisi kağızlar isə toplanmış sənədlər idi. Pasport almağa toplayırmış. Amma pasport əvəzinə özünə şəhid sənədi aldı..
Böyük bir ailənin başçısı idi kişi. Böyük oğlu Qalib pols serjantıdı. Rayon polis şö`bəsində işləyir. Həmişə ön cəbhədədir. Qabil, Dürdanə, Natəvan, Səməndər, Bənövşə, Nigar, Simuzər, Xəqani, Əmrah atanın qazancına baxırdılar. Son beşiyi Əmrahdı. Atasının adını qoyub Əlqəmə dayı. Hələ iki yaşındadı.
Əlqəmə dayı həyat yoldaşına da, ağlı kəsən balalarına da bərk-bərk tapşırır ki, çox ah-fəğan eləməyin, qoy Əmrah ürəyi zədəsiz böyüsün, ürəyi yekə yekəlsin...

AĞRI - ACILARI QƏLBİMİZDƏ,
ADLARI DİLİMİZDƏ QALAN
YURDU TALAN ŞƏHİDLƏRİMİZ

1. Hüseynov İsmayıl Qulu oğlu – Kəlbəcər r. Keçiliqaya kəndi.
2. Hüseynov Saşa Saleh oğlu – Kəlbəcər r. Ağdaban kəndi.
3. İsmayılov Əşrəf Mehman oğlu – Kəlbəcər r. Lev kəndi.
4. Məmmədov İsbəndiyar Lətif oğlu – Kəlbəcər r. Ağdaban kəndi.
5. Nəsibov Bəhram Əkbər oğlu – Kəlbəcər r. Ağdaban kəndi.
6. Allahverdiyev Famil Abbasəli oğlu – Kəlbəcər r. Keşdək kəndi.
7. Quliyev Əli Hümbət oğlu – Kəlbəcər r. Əsrik kəndi.

UNUTSAQ UNUDULARIQ

1. Mehdiyev Mirzəli Yəhya oğlu – Kəlbəcər r. Barmaqbinə kəndi.
2. Zamanov Məzahir Mirsəyyaf oğlu – Kəlbəcər r. Moz Qaraçanlı kəndi.
3. Abışov Feyruz Bəyiş oğlu – Kəlbəcər r. Qaraçanlı kəndi.
4. Sədirov Bəkir Zakir oğlu – Kəlbəcər r. Comərd kəndi.
5. Şirinov Şahin Ənvər oğlu – Kəlbəcər şəhəri.
6. İbrahimov Vüqar Ələkbər oğlu – Kəlbəcər r. Qılınclı kəndi.
7. Quliyev Əkbər Ocaqverdi oğlu – Kəlbəcər r. Bəzirxana kəndi.
8. Mustafayev Ənvər Qənimət oğlu – Kəlbəcər r. Soyuqbulaq kəndi.
9. Cəfərov Şövqü Məhəmməd oğlu – Kəlbəcər r. Başlıbel kəndi.
10. Salahov Elşad İsa oğlu – Kəlbəcər r. Başlıbel kəndi.
11. Süleymanov Bəhmən Ələkbər oğlu - Kəlbəcər r. Başlıbel kəndi.
12. Hüseynov İsmayıl Qulu oğlu – Kəlbəcər r. Keçiliqaya kəndi.
13. Qarayev Qəzənfər Qənbər oğlu – Kəlbəcər r. Taxtabaşı kəndi.
14. Qarayev Qafar Qənbər oğlu – Kəlbəcər r. Taxtabaşı kəndi.
15. Qarayev Bəşir Qəzənfər oğlu – Kəlbəcər r. Taxtabaşı kəndi.
16. Cəfərov Ülfət Cəfər oğlu – Kəlbəcər r. Qılınclı kəndi.
17. Şirinov Nəbi Əkbər oğlu – Kəlbəcər r. Comərd kəndi.
18. Əhmədov Habil Binnət oğlu - Kəlbəcər r. Comərd kəndi.
19. Bayramov Aslan Xankişi oğlu - Kəlbəcər r. Qaraçanlı kəndi.
20. Səmədov Vahid Haqverdi oğlu – Kəlbəcər r. Mərcimək kəndi.
21. Həşimov Vilayət Yunis oğlu - Kəlbəcər r. Comərd kəndi.
22. Səfərov Elbrus İslam oğlu - Kəlbəcər r. Zivel kəndi.
23. Alıyev Rizvan Əlif oğlu – Kəlbəcər r. Ağdaban kəndi
24. Ələsgərov Nəriman Koroğlu oğlu – Kəlbəcər r. Susuzluq kəndi.
25. Əliyev Vüqar Bahadur oğlu – Kəlbəcər r. Daşbulaq kəndi.
26. Rzayev Akif Əli oğlu – Kəlbəcər r. Susuzluq kəndi.
27. Səmədov Tahir Yusif oğlu – Kəlbəcər şəhəri.
28. Sevindikov Yusif Murad oğlu – Kəlbəcər r. Keçiliqaya kəndi.
29. Məmmədov Qəhrəman Ağamməd oğlu – Kəlbəcər r. Keşdək kəndi.
30. Atakişiyev Mehti Şirin oğlu – Kəlbəcər r. Qamışlı kəndi.
31. Kərimov Mahir Bəyiş oğlu – Kəlbəcər r. Ağcakənd kəndi.
32. Heydərov Nadir Heydər oğlu – Kəlbəcər r. Zivel kəndi.
33. Əliyev Ədalət Veysəl oğlu – Kəlbəcər r. Çorman kəndi.
34. İsayev Bəxtiyar Səfər oğlu – Kəlbəcər şəhəri.
35. Məmmədov Qardaşxan Rəhim oğlu – Kəlbəcər r. Çaykənd kəndi.
36. Nəsibov Yaqub İsa oğlu – Kəlbəcər r. Zülfüqarlı kəndi.
37. Kərimov Əbülfət Sovet oğlu – Kəlbəcər r. Ağdaban kəndi.
38. Bəşirov Hafiz İdris oğlu – Kəlbəcər r. Güneypəyə kəndi.
39. Əsədov Təvəkkül Yusif oğlu – Kəlbəcər r. Çorman kəndi.
40. Hacıyev Mürvət İzzət oğlu – Kəlbəcər r. Nadirxanlı kəndi.
41. Muxtarov Qəhrəman Məhəmməd oğlu – Kəlbəcər r. Çaykənd kəndi.
42. Həsənov Valeh Əhməd oğlu – Kəlbəcər r. İlyaslar kəndi.
43. Bəxtiyarov Tahir İsgəndər oğlu – Kəlbəcər r. Nadirxanlı kəndi.
44. İsayev Aqil Xanlar oğlu – Kəlbəcər r. Təkəqaya kəndi.
45. Çərkəzov Akif Xançoban oğlu – Kəlbəcər r. Qamışlı kəndi.
46. Abbasov Elçin Binnət oğlu – Kəlbəcər r. Moz Qaraçanlı kəndi.
47. Şamilov Rafiq Tahir oğlu – Kəlbəcər r. İstisu qəsəbəsi.
48. Şahnəzərov Süleyman İsbəndiyar oğlu – Kəlbəcər r. Bağırlı kəndi.
49. Əbilov Nadir Qara oğlu – Kəlbəcər r. Hacıkənd kəndi.
50. Xəlilov Namiq Rəhim oğlu – Kəlbəcər r. İstibulaq kəndi.

Kəlbəcərin hərbi və mülki itkinləri

1993 - cü il mart ayının sonu, aprelin əvvələrində və 1994-cü ilin “ Murov əməliyyatı”nda itkin düşmüş, erməni quldurları tərəfindən kirov aparılmış kəlbəcərlilərin bir qismi dəyişdirilsələr də, aşağıda adları çəkilənlər haqqında doğru, ətraflı məlumat yoxdur.

Hərbi itkinlər

1. Alışov Feyruz Bəyiş oğlu - Kəlbəcər - 1963
2. Mehtiyev Mirzəli Yəhyya oğlu - Kəlbəcər (Barmaqbinə) -1971
3. Süleymanov Şahin Ənvər oğlu - Kəlbəcər – 1968
4. Həşimov Kərəm Əşrəf oğlu - Kəlbəcər (Dərəqışlaq) 1971
5. Qurbanov Şahin İmran oğlu - Kəlbəcər (Dalqılınclı) 1974
6. Zamanov Məzahir Mirsəyyaf oğlu - Kəlbəcər - (Abdullauşağı) 1973
7. Allahverdiyev Famil Heydər oğlu - Kəlbəcər - (Dərəqışlaq) 1970
8. Rəhimov Əhliyyət Şahbaz oğlu - Kəlbəcər - (Yanşaq) 1970
9. Bayramov Vüqar Əsəd oğlu - Kəlbəcər - 1973
10. Xəlilov Namiq Rəhim oğlu - Kəlbəcər - (İstibulaq) 1969
11. Kərimov Şahin Heydər oğlu - Kəlbəcər - (Zar) 1972
12. Qəhramanov Rasim Nemət oğlu - Kəlbəcər - (Qamışlı) 1968
13. Məmmədov Qəhraman Ağamməd oğlu - Kəlbəcər - (Keştək) 1958
14. Nəcəfov Ülfət Cəfər oğlu - Kəlbəcər - (Qılınclı) 1974
15. Həsənov Habil Nürəddin oğlu - Kəlbəcər - (İlyaslar) 19701972
16. Cəmilov Şükür İbrahim oğlu - Kəlbəcər - (Bağlıpəyə) 1967
17. Qurbanov Qulu Şabər oğlu - Kəlbəcər - (Ağdaban) 1963
18. Alıyev Rizvan Əlif oğlu - Kəlbəcər - (Ağdaban) 1968
19. Dünyamalıyev əfqan Haçıbaba oğlu - Kəlbəcər - (Zar) 1973
20. Hacıyev Mürvət İzzət oğlu - Kəlbəcər - (Nadırxanlı) 1974
21. Abbasov Müşviq Dilqəm oğlu - Kəlbəcər - (Nadırxanlı) 1974
22. Hümbətov Xalid Əli oğlu - Kəlbəcər - (Qılınclı) 1961
23. Məmmədov Hafiz Qədim oğlu - Kəlbəcər - 1970
24. Məlikov Siyavuş Natiq oğlu - Kəlbəcər - 1966
25. Məmmədov Babək Fərman oğlu - Kəlbəcər - (Ağcakənd) 1974
26. Nəsirov Məhyəddin Qənimət oğlu - Kəlbəcər - (Tirkeşəvənd) 1973
27. Bəxtiyarov Qahir İsgəndər oğlu - Kəlbəcər - (Nadırxanlı) 1974
28. Quliyev Əkbər Ocaqverdi oğlu - Kəlbəcər - (Zar) 1972
29. Əhmədov Qabil Ysiif oğlu - Kəlbəcər - (Zar) 1972

Mülki İtkinlər

1. Salmanova Xədicə Əhməd qızı
2. Salmanova Məxmər Alı qızı
3. Sadıqov Süleyman İbrahim oğlu
4. Nəçəfova Şərabanı Rəçəb qızı
5. Məmmədov Kamal İmamverdi oğlu
6. Quliyeva Afərim Mehti qızı
7. Abbasova Günəş Əmiraslan qızı
8. Mirzəyeva Şəkər Əli qızı
9. Məmmədov Qərib Umud oğlu
10. Əhmədova Zövqiyyə Binnət qızı
11. Məmişov Yusif Əkbər oğlu
12. Məmmədova Münəvər Murad qızı
13. İsmayılov Qanboy Budaq oğlu
14. Göyüşova Növrəstdə Əziz qızı
15. Cabbarov Əli Əsəd oğlu
16. Əliyev Ağayar Ağalar oğlu
17. Quliyev Məzahir Qara oğlu
18. Quliyeva Aygün Qara qızı
19. Quliyev Yaşar Qara oğlu
20. Zeynalov Məhəmməd Davud oğlu
21. Zeynalov Nizami Davud oğlu
22. Zeynalov Fazil Davud oğlu
23. Zeynalova Əsmayə Davud qızı
24. Zeynalov İdiris Məçid oğlu
25. Zeynalova Raya Abbasəli qızı
26. Zeynalova Qələmkar Salman qızı
27. Cəlilova Məsimə Hidayət qızı
28. Qasımov İdiris Bayram oğlu
29. Verdiyeva Tamam Abbasəli qızı
30. Qafarova Səadət Səfiyyar qızı
31. Süleymanov Xanvələd Əsəd oğlu
32. Sevindikova Güleyşə Hümbət qızı
33. Cəfərov Məhəmməd Abbasqulu oğlu
34. Qurbanova Cəvahir İman qızı.
35. Alışov Həsən İsa oğlu.
36. Cəfərov Qəhrəman Abbasqulu oğlu.
37. Allahverdiyev İsa Qurbanoğlu.
38. Alışova Ayna Rəhim qızı.
39. Mustafayev Yusif Cəmil oğlu.
40. Qurbanova Əsli Məhəmməd qızı.
41. Orucova Tubu Tapdıq qızı.
42. Quliyev Çərkəz Qəhrəman oğlu.
43. Orucova Minə Əmiraslan qızı.
44. Babayev Məhərrəm Əşrəf oğlu.
45. Mehdiyeva Səriyyə Əziz qızı.
46. Firudinov Mansır Firudin oğlu.
47. Məhərrəmova Əsli Süleyman qızı.
48. Əmrahov İslam Babaş oğlu.
49. Abbasov Musa Bayram oğlu.
50. Abbasova Gülsüm Məhəmməd qızı.
51. Babayeva Saray Kərim qızı.
52. Babayeva Mədinə Həşim qızı.
53. Aslanov Məhərrəm Qabil oğlu.
54. Rzayeva Fatma Müseyib qızı.
55. Mürsəlov Əli Əmir oğlu.
56. İbrahimova Əsmər Rüstəm qızı.
57. Hümbətov Ellaz Səfər oğlu.
58. Hüseynov Rüstəm Məhəmməd oğlu.
59. Hüseynova Telli Səməd qızı.
60. Hüseynov Cəmaləddin Rüstəm oğlu.
61. Həsənova Lətifə Ələddin qızı.
62. Zeynalova Güllü Əli qızı.
63. Məmmədov Qələndər Məhəmməd oğlu.
64. Bayramov Cavanşir Saleh oğlu.
65. Məhərrəmov Qurban Süleyman oğlu.
66. Məhərrəmova Kübra Şahmar qızı.
67. Bayramova Yamən Hüseyn qızı.
68. Şahverdiyeva Göyçək Rəcəb qızı.
69. İmamverdiyeva Xasa Mədət qızı.
70. Şirinov Camal Məhəmməd oğlu.
71. Şirinova Zəhra Cəlal qızı.
72. Dadaşova Şamama Ağakişi qızı.
73. Kamalov Bahadur Məmməd oğlu.
74. Məmmədova Şura Musa qızı.
75. Vəliyeva Məryəm Məhəmməd qızı.
76. Süleymanova Sənəm Qurban qızı.
77. Mustafayeva Sənəm Həsən qızı.
78. Məmmədova Gülsüm Ağa qızı.
79. İlyasova Saçlı Qədim qızı.
80. İmamquliyev İmamqulu Abbas oğlu.
81. Hüseynova Maral İmamqulu qızı.
82. İmamquliyeva Səadət Mahmud qızı.
83. Hüseynova Maral İmamqulu qızı.
84. Pənahova Yasəmən Şükür qızı.
85. İsgəndərov Ədil İmran oğlu.
86. Salmanova Şaxanım Abbas qızı.
87. Verdiyeva Tamam İbrahim qızı.
88. Mirzəyev Hüseyn Kərim oğlu.
89. Mirzəyeva Bacıxanım Qasım qızı.
90. Hüseynov Nağı Heydər oğlu.
91. Süleymanova Sitarə Məhəmməd qızı.
92. Verdiyeva Göyçək Hüsenalı qızı.
93. Babayev Mehdi Məmməd oğlu.
94. Rəhimov Mürsəl Rəhim oğlu.
95. Rəhimov Veysəl Mürsəl oğlu.
96. Rəhimova Fatma Şirin qızı.
97. Nəbiyev həmid Camal oğlu.
98. Mirzəyeva Badam Əbdüləzimqızı.
99. Camalova Zərnişan Kazım qızı.
100. Nəcəfov Yunis Kərim oğlu.
101. Nəcəfova Zərnigar Məhəmməd qızı.
102. Mirzəyeva Güllü Camal qızı.
103. Hümbətov Şükür Cabbar qızı.
104. İsmayılov Hidayət Mənsim oğlu.
105. İsmayılova Pəri ismayıl qızı.
106. Məmmədov Cəfər gülməmməd oğlu.
107. İsayev İsax Həsən oğlu.
108. İsayeva Gözəl İsa qızı.
109. Nəbiyeva Həmayıl Məhəmməd qızı.
110. Nəbiyeva Mələk Məhəmməd qızı.
111. Cəfərova Şaxanım Allahverdi qızı.
112. İsmayılov Nəbi Ocaqverdi oğlu.
113. İbadova Səkinə Tağı qızı.
114. Abbasov İdris Məmməd oğlu.
115. Əliyeva Reyhan Ədil qızı.
116. Heydərova Əzizə Hüseyn qızı.
117. İmoyeva Əsli.
118. Məmmədov Məmməd Abbas oğlu.

Hərbi şəhidlər

1. Şükürov Şahlar Əvəz oğlu – Azərbaycan Respublikasının Milli Qəhrəmanı.
2. Səfərov Sərdar Mədət oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı.
3. Nəcəfov Yunis İsa oğlu - Azərbaycan Respublikasının Milli Qəhrəmanı.
4. Qurbanov Akif Sabir oğlu.
5. Hüseynov Vitali Məhəmməd oğlu.
6. Çıraqov Şahin Əli oğlu.
7. Əsgərov Namiq Xanbaba oğlu.
8. Məmmədov Faiq Firudin oğlu.
9. Qaytaranov İlqar Qurbanəli oğlu.
10. Camalov Ədalət Şükür oğlu.
11. Məmmədov Eldar Süleyman oğlu.
12. Kamalov Habil Kamal oğlu.
13. Orucov Qəzənfər Mədət oğlu.
14. Orucov Tapdıq İslam oğlu.
15. Xəlilov İmamverdi Nurəddin oğlu.
16. Həsənov İlqar Köçəriu oğlu.
17. Əmralıyev Surxay Məhəmməd oğlu.
18. Səmədov Tahir Yusif oğlu.
19. Rüstəmov Vilayət Məmməd oğlu.
20. Bayramov Çingiz Xanlar oğlu.
21. Vəliyev Hafiz İman oğlu.
22. Babaxanov Surxay Mürsəl oğlu.
23. Məmişov Tibar Xansuvar oğlu.
24. Kərimov Əbülfət Sovet oğlu.
25. Sadıqov Əsgər İbrahim oğlu.
26. Şirinov Mayıl Uğurlu oğlu.
27. Bayramov Rasim Ələmdar oğlu.
28. Qurbanov Zimistan Səfəralı oğlu.
29. Bəylərov Mahir Əmiraslan oğlu.
30. Süleymanov Elçin Məhər oğlu.
31. Allahverdiyev Famil Abbasəli oğlu.
32. Həsənov Novruz Hacıbaba oğlu.
33. İlyasov Fikrət Bəhmən oğlu.
34. Rəhimov Rüfət Hüseyn oğlu.
35. Kərimov Rüfət Ələkbər oğlu.
36. Həsənov Nəsimi zakir oğlu.
37. Piriyev Rasim İsa oğlu.
38. Tağıyev Məzahir Alı oğlu.
39. Qarayev Qəzənfər Qara oğlu.
40. Nəbiyev Habil Nəbi oğlu.
41. Qarayev Qafar Qəmbər oğlu.
42. Tülpanov Cəlal Şahməmməd oğlu.
43. İsmayılov Kənan Kalvey oğlu.
44. Almədətov Natiq Məhəmməd oğlu.
45. İbrahimov Vahid Həmid oğlu.
46. Musayev Əyyub Allahverdi oğlu.
47. Hacıyev Cahid Bəhrəm oğlu.
48. Çərkəzov Akif Xançoban oğlu.
49. Əliyev Hüsü Əli oğlu.
50. Atayev İman Mirzə oğlu.
51. Sarıyev Fariz Rəşid oğlu.
52. Uğurluyev Habil Əli oğlu.
53. Nəcəfov Şahin Qənaət oğlu.
54. Hümbətov Eldar Məmməd oğlu.
55. Abbasov Nəsimi Təhməz oğlu.
56. Musayev Mikayıl Muxtar oğlu.
57. Bayramov Mahir Əli oğlu.
58. Həsənov Natiq Bəhmən oğlu.
59. Cabbarov Əkbər Ziyad oğlu.
60. Məmmədov Bəhram Elbrus oğlu.
61. Şahnəzərov Süleyman İsa oğlu.
62. Nəsirov Bəhram Əkbər oğlu.
63. Musayev Malik İsa oğlu.
64. Şamilov Rafiq Tahir oğlu.
65. Həsənov Valeh Əhməd oğlu.
66. Səfərov Elbrus İslam oğlu.
67. Ələsgərov Nəriman Koroğlu oğlu.
68. Babaxanov Şahin Zülfüqar oğlu.
69. Salahov Araz Oruc oğlu.
70. Quliyev Yusif Gəncəli oğlu.
71. Abbasov İsgəndər Asif oğlu.
72. Xəlilov İlham Kərəm oğlu.
73. Əhmədov Habil Binnət oğlu.
74. Almasov Tağı Soltan oğlu.
75. Almasov Şakir Tağı oğlu.
76. Mirzəyev Mahmud Əli oğlu.
77. Mirzəyev Nüsrət Mahmud oğlu.
78. Yusifov Soltan Əfqan oğlu.
79. Cəmilov Azad Cəmil oğlu.
80. Əsədov Təvəkkül Yusif oğlu.
81. Quliyev Asif Boran oğlu.
82. Əliyev Ədalət Veysəl oğlu.
83. Muxtarov Qəhrəman Məhəmməd oğlu.
84. Qasımov Rayət Behbud oğlu.
85. Hüseynov saşa Saleh oğlu.
86. Məmmədov İsbəndiyar Lətif oğlu.
87. Bağırov Əbdül Məhəmməd oğlu.
88. Bayramov Aslan Xankişi oğlu.
89. Camalov Şükür Camal oğlu.
90. Hüseynov Qurban Mehdi oğlu.
91. Səmədov Vahid Tanrıverdi oğlu.
92. Mustafayev Ənvər Qənaət oğlu.
93. Aslanov İlyas Xəlil oğlu.
94. Məmmədov Oqtay Surxay oğlu.
95. Abdullayev Namiq Qasım oğlu.
96. Əmralıyev Çingiz Məhəmməd oğlu.
97. Cəfərov Şövqü Məhəmməd oğlu.
98. Balacayev Rizvan Misir oğlu.
99. Əmralıyev Habil Xəli oğlu.
100. Süleymanov Bəhmən Ələkbər oğlu.
101. Salahov Elşad İsa oğlu.
102. Hüseynov Novruz İsa oğlu.
103. Əmirov Rəsul Sultan oğlu.
104. Bayramov Altay Kazım oğlu.
105. Atakişiyev Mehdi Şirin oğlu.
106. Mustafayev Elçin Məmməd oğlu.
107. Hüseynov İsmayıl Qulu oğlu.
108. Sevindikov Yusif Murad oğlu.
109. Abbasov Habil İsrafil oğlu.
110. Musayev Yalçın Ələkbər oğlu.
111. Aydınov Rəfi Telman oğlu.
112. Əzizov Vəli Asif oğlu.
113. Əzimov Yusif İsmayıl oğlu.
114. Rzayev Akif Əli oğlu.
115. Şükürov Ələsgər Fərrux oğlu.
116. Musayev Zahid Daşqın oğlu.
117. Xydayarov Sabir İslam oğlu.
118. Sədirov Bəkir Zakir oğlu.
119. Həşimov Vilayət Yunis oğlu.
120. Şirinov Nəbi Əkbər oğlu.
121. Əliyev Məzahir Fərzalı oğlu.
122. Qasımov Nadir Qara oğlu.
123. Məmmədov Yunis Muxtar oğlu.
124. Qurbanov Zülfüqar Alı oğlu.
125. Bəylərov Elman Əvəz oğlu.
126. Quliyev Əli Hümbət oğlu.
127. Məmmədov Gürşad Qiyas oğlu.
128. Quliyev Mahir İbrahim oğlu.
129. İbrahimov Vüqar Ələkbər oğlu.
130. Nəsirov Yaqub İsa oğlu.
131. Cəfərov Vidadi Mərdan oğlu.
132. Rüstəmov Əvəz Salman oğlu.
133. Mehdiyev Soltan Nüsrət oğlu.
134. Kərimov Mahir Bəyiş oğlu.
135. Nuriyev Faiq Mədət oğlu.
136. Məmmədov Mürşüd Ağa oğlu.
137. Abdullayev Etibar Əyyub oğlu.
138. Ağamalıyev Şakir Yunis oğlu.
139. Bağırov Vidadi Yusif oğlu.
140. Məhərrəmov Zabil Gəray oğlu.
141. Atayev Əli Yusif oğlu.
142. Məmmədov Ziyəddin Əlqəmə oğlu.
143. Alıyev Camal Haqverdi oğlu.
144. Cabbarov Fazil yusif oğlu.
145. İsayev Aqil Xanlar oğlu.
146. Umudov İsmət Həbib oğlu.
147. Mirzəyev Qənimət Yeprim oğlu.
148. Ələsgərov Rövşən Səlim oğlu.
149. Bəşirov Hafiz İdris oğlu.
150. Bayramov Qaryağdı Haqverdi oğlu.
151. Heydərov Aqil İman oğlu.
152. Əliyev Misir Pənah oğlu.
153. Məmmədov Qardaşxan Rəhim oğlu.
154. Alıyev Əkbər Salman oğlu.
155. Məmmədov Rasim Behbud oğlu.
156. Qabilov Sədrəddin Qədir oğlu.
157. ƏliyevVüqar Bahadur oğlu.
158. Atayev Mehman Müslüm oğlu.
159. Hacıyev Kamal Hüseyn oğlu.
160. Heydərov Nadir Heydər oğlu.
161. Musayev Mehman Camal oğlu.
162. Süleymanov Əli Sərdar oğlu.
163. Məmmədov Hafiz Qədim oğlu.
164. Nəbiyev Adil Nəbi oğlu.
165. Alxanov Vəkil Mirzə oğlu.
166. Atayev Namiq Mənsim oğlu.
167. İbadullayev Nadir Məhəmməd oğlu.
168. Zeynalov Ədalət İsmayıl oğlu.
169. Yusifov Rizvan İsa oğlu.
170. Məmmədov Əli Allahverdi oğlu.
171. İbrahimov Xəlil Mirzə oğlu.
172. Cəfərov Ədalət Hüseyn oğlu.
173. Baxşəliyev Natiq Xurşud oğlu.
174. Baxşəliyev Təhməz Muxtar oğlu.
175. Məmmədov Yadigar Mirzə oğlu.
176. Tahirov Əlövsət Kamran oğlu.
177. Nəsirov Əfqan Rəfi oğlu.
178. Məmmədov Əli Kamran oğlu.
179. Hümbətov Qorxmaz Mustafa oğlu.
180. Quliyev Nizaməddin Oruc oğlu.
181. Quliyev Məhərəm Süleyman oğlu.
182. Bayramov Qabil İbrahim oğlu.
183. Mustafayev Möhübbət Qənimət oğlu.
184. Xıdırov Fazil Xankişi oğlu.
185. Abbasov Arif Saleh oğlu.
186. Qasımov Şaiq Şamil oğlu.

Mülki şəhidlər

1. İsmayılova Çimnaz Şəmşir qızı.
2. Xıdırov Aslan Məcoy oğlu.
3. Qasımova Tümən Əşrəf qızı.
4. Şirinov Kərim Əmirxan qızı.
5. Əliyev Faiq Bəylər oğlu.
6. Salmanov Razim Tofiq oğlu.
7. Valehov Anar Qardaşxan oğlu.
8. Bağırov Həsən Əzim oğlu.
9. Babayeva Günəş Həşim qızı.
10. Orucov Azər Zakir oğlu.
11. Əsgərov Səxavət Dəmir oğlu.
12.Məmmədov Sahib Soltan oğlu.
13. Əsgərov Natiq Məhəmməd oğlu.
14. Əsgərov Salman Fərman oğlu.
15. Verdiyev Qasım İsgəndər oğlu.
16. Əliyeva Yəmən Bayram qızı.
17. İsgəndərova Yasəmən Musa qızı.
18. Qədimova Mayaxanım Əli qızı.
19. Yusifov Hüseyn Həsən oğlu.
20. Məmmədova Gülgəz Saleh qızı.
21. Əhmədova Büsat Əliş qızı.
22. Əhmədova Zövqiyyə Binnət qızı.
23. Həsənova Çiçək Mikayıl qızı.
24. Səmədov Yaqub İsa oğlu.
25. Cəfərova Gülarə Cəfər qızı.
26. Ağamirov Qənaət İsmayıl oğlu.
27. Ələsgərova Pəri Əbdürrəhman qızı.
28. Babayev Abbas Hüseyn oğlu.
29. Kazımova Naibə Alzaman qızı.
30. Əmralıyev Məhəmməd Abış oğlu.
31. Əmralıyeva Aygün Məhəmməd qızı.
32. İsayev Abduləli Səlim oğlu.
33. İsayeva Qızbəs Fəttah qızı.
34. İsayeva Gülüstan Abduləli qızı.
35. Fəttahova Çiçək Tağı qızı.
36. Əliyeva Tutu Mənsim qızı.
37. Kazımov Ələsgər Kazım oğlu.
38. Cəfərov Teymur Məhərrəm oğlu.
39. Salahov Əhməd Fəttah oğlu.
40. Quluşov Namiq Vəzirxan oğlu.
41. Almasov Ağa Qaçay oğlu.
42. Mirzəyev Aslan Əli oğlu.
43. Quliyeva Şahnaz Məhəmməd qızı.
44. Quliyev İslam Məhəmməd qızı.
45. Məmişov Talıb Əsgər oğlu.
46. Alıyev Əhliman Həmzə oğlu.
47. Alıyev Mahir Əhliman oğlu.
48. Fərzəliyev Hədis Bayram oğlu.
49. Mirzəyeva Afət Aslan qızı.
50. Bayramova Səkinə Salman qızı.
51. Qasımova Salatın Ocaqverdi qızı.
52. Rəsulov Əmrah İsa oğlu.
53. Əsədov Ələkbər Umud oğlu.
54. Məmmədova Həyat Yolçu qızı.
55. Məmmədov Musa Qara oğlu.
56. Hümbətova Fatma Qaraca qızı.
57. Qabilov Sədrəddin Qədir oğlu.
58. Qocayev Baki Qurban oğlu.
59. Almasov Tağı Soltan oğlu.
60. Qocayeva Zeynəb Məhəmməd qızı.
61.Alıyeva Ülviyyə Camal qızı.
62. Alıyev Camal Haqverdi oğlu.
63. Qocayev Qara Vəli oğlu.
64. Kərimova Qəmər İsa qızı.
65. Qasımova Gözəl Həsən qızı.
66. Məmmədov Minnət Valeh oğlu.
67. İbrahimov Həmid İsmayıl oğlu.
68. İbadova Qönçə Səlim oğlu.
69. Dadaşov Göyüş Şamil oğlu.
70. Məmmədov Fazil Əli oğlu.
71. Tağıyev Məzahir Həsən oğlu.
72. Tağıyev Nazim həsən oğlu.
73. Rzayeva Bəyaz Vəli qızı.
74. Camalov Saday Azay oğlu.
75. Əsədova Əsli Ələmşah qızı.
76. Əsədov Mamməd Mədət oğlu.
77. Xəlilov Müsəllim Mehrac oğlu.
78. Bayramov Zabit İsa oğlu.
79. Quliyev Əşrəf Yunis oğlu.
80. Tağıyev İsmayıl Xəlil oğlu.
81. Abbasov Teymur Əli oğlu.
82. Musayev İsa Ələkbər oğlu.
83. Musayev Asəf İsa oğlu.
84. Musayeva Salatın Əjdər qızı.
85. Rəhimov İlham Zülfü oğlu.
86. Rəhimov Zülfü Camal oğlu.
87. Hüseynov Dağistan Balaca oğlu.
88. İsayeva Sənəm Həsən qızı.
89. Quliyev Eldar Musa oğlu.
90. Mirzəyev Əli Əmir oğlu.
91. Ədilov Muradxan Məhəmməd oğlu.
92. Tağıyev Rəfi Həmid oğlu.
93. Məmmədov Aslan Həmid oğlu.
94. Paşayev İlyas Balagədə oğlu.
95. Misirov Qaraş Təhməz oğlu.
96. Mürsəlov Hidayət Tağı oğlu.
97. Hüseynov Hüseyn Səlim oğlu.
98. İsmayılov Mayıl Hüseyn oğlu.
99. Ələkbərov Musa Oruc oğlu.
100. Hümbətov İmamverdi Həsən oğlu.


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az