Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri
də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı
sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSUDUR.
İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır.
Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən
2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına
(Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir
yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir.
Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın
yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə,
Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli
Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək,
belə alınardı: “...Kəlbəcər rayonundakı İstisu mineral
su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi
və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur
olan Karlovı-Varı bulaqlarının (Çexoslovakiyadadır) eynidir
və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.
O, zamanın ən körkəmli kimyaçı alimi E.E.Karstenski Kəlbəcər
ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun
müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan
da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə
bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət
gətirəcək bir mənbə olduğunu göstərmişdir.
İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların
sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki,
litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel,
maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu
bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur.
Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər
il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər
isə bunun cəmi 22 mln. litrindən istifadə edir. Qalan
3 milyard 941 milyon 316 min litr su havayı axıb gedir.
Axan sular yığılıb satılsaydı ildə 630mln 610min 560 manat
gəlir əldə etmək olardı.
İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı
yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir.
İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.
İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan
ibarətdir. 1 saylı buruq quyusundan çıxan suyun kimyəvi
tərkibi.
M4,9 CO7,1 HCO3S3. C134 SO41 T 61 dərəcə C-dir.
Na75. Ca14
Çexiyanın Karlovi-Vari və Ermənistanın Cermuk mineral
sularına yaxındır. Bu mineral bulaqların suyu müalicə
məqsədilə içilir və ondan vanna kimi istifadə edilir.
İstisu kurortunda mə`də-bağırsaq xəstəliyinə, maddələr
mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları
və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə
olunurlar. İstisu mineral bulaqlarının suyundan alınan
duzlar xronik qəbizlik, qaraiyər, öd kisəsi, qastrit və
s. xəstəliklərin müalicəsində işlədilir.
İstisuit mineralı. – amfibol qrupuna aid olan mineraldır.
Onun tərkibi belədir.
7,6 (Ca, Na) 0,5 (A1 Fe+3) (Si4O11) 2H2O
Sütunvari kristallar və lifli (uzunluğu 2-3 sm) aqreqatlar
əmələ gətirir. Külü boz rənglidir. Sərtliyi 5-5,5-dir.
Kəlbəcər rayonu ərazisindəki Dəlidağ intruzivi ətrafındakı
kontakt-metasomatik mineral assosiasiyasında vollastonitlə
sıx paragenezdə rast gəlir. Burada istisu qarnitoit intrusivinin
əhəngdaşı ilə kontaktında əmələ gəlmişdir.
İstisuit mineralı Kəlbəcər rayonundakı İstisu kurortunun
adındandır.
Azərbaycan Dövlət Plan Komitəsinə Kürdüstan QİK-in sədri
və İşlər İdarəsinin sədri “İstisu” kurortunun beynəlxalq
əhəmiyyətindən bəhs edən və buranın inkişafına əsaslı
vəsait ayrılmasına diqqət yetirilməsi üçün məktub yazıblar.
14 mart 1928-ci il tarixli, 1524 saylı həmin məktubu Dövlət
Plan Komitəsi 29 mart 1928-ci il tarixdə 643N-ilə qəbul
edib.
SSRİ Dövlət Plan Komitəsi 12 may 1928-ci il tarixli yığıncağında
belə bir məzmunda qərar çıxarır: “İstisu sanatoriyasının
il boyu fəaliyyəti, bu sanatoriyanın həm də istirahət
zonası kimi xidməti nəzərə alınsın və elimi-praktik işlərin
görülməsi üçün buraya tədqiqatçıların cəlb olunması, yolların
çəkilməsi, burada klinikanın açılması, mineral suyun Bakıya,
qazlaşdırılmış halda daşınması nəzərdə tutulsun. SSRİ
Səhiyyə Xalq Komisarlığına tapşırılsın ki, burada işləyənlər
üçün yaşayış evləri və stasionar müalicə üçün 100 min
rubl vəsait ayrılsın”.
İstisu sanatoriyasına ilk dəfə olaraq, 350 rubl maaşla
2 həkim, 150 rubl maaşla 2 tibb bacısı və 50 rubl maaşla
1 sanitarın ayrılması da məhz həmin qərarda öz əksini
tapmışdır.
İstisuda müalicə-istirahət zonasının yaranması 1925-ci
ildən Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur.
Hələ 1926-cı ildə İstisudakı su mənbələrində istirahət-müalicə
tikintiləri aparılması barədə qərar qəbul edilmişdi.
1963-cü il may ayının 28-də Az. KP MK və AZ. SSR Nazirlər
Soveti aşağıdakı məzmunda qərar qəbul edir:
1. AHİŞ və Az. SSR EA, eləcə də respulika Səhiyyə Nazirliyinə
tapşırılsın ki, Kəlbəcərin ərazisindəki İstisu mineral
sularından səmərəli istifadə üçün 2 ay müddətinə tədbirlər
həyata keçirsinlər. Belə ki, buradakı mənbəələrdə olan
suyun miqdarı və kefiyyəti barədə, buruqların işləməsi,
suların, xüsusilə də Tutquçay ərazisindəki istisuyun fiziki-kimyəvi,
həmçinin müalicəvi əhəmiyyəti öyrənilsin.
2. AHİŞ-dən istisuyun ehtiyyatı, tərkibi və müalicəvi
əhəmiyyətinin öyrənilməsi barədə təşkil olunmuş Dövlət
Komissiyasının mə`lumatlarının SSRİ Nazirlər Sovetində
təsdiqini sür`ətləndirsin.
3. Zaqafqaziya Geoloji Kəşfiyyat Komitəsindən ildə 10
ton quru mineral duz
istehsal edəcək İstisu mineral sudoldurma zavodunun tikintisinin
təsdiqi tələb olunsun.
18 iyun 1968-ci il tarixdə İstisu, Naftalan və Abşeron
sanatoriyalarının vəziyyəti Mərkəzi Komitənin bürosunda
müzakirə edilir və qərara alınır ki, tə`cili olaraq yerdə
vəziyyət öyrənilsin və mülki aviasiya yerli icraiyyə komitələrinin
köməyi ilə Naftalan-Yevlax, İstisu-yevlax və respublikanın
digər mərkəzi şəhərlərinə hava marşurutu açılmasını tə`min
etsinlər. Bİr ay müddətinə bu məsələ Mərkəzi Komitədə
yenidən müzakirə olunsun. Bərdə-İstisu magistral yolunun
yenidən çəkilişi və bərpası Azərbaycan SSR Nazirlər Sovetinin
Mərkəzi Yol İdarəsinə tapşırılsın və həmin təşkilat bu
problemin həlli üçün təxirəsalınmaz tədbirlər görsün.
İstisu sanatoriyasının zəruri ərzaq və digər məhsullarla
təchiz olunmasında yol verilmiş nöqsanlar aradan qaldırılsın.
Kəlbəcər Rayon Partiya Və İcraiyyə komitələri, Rayon Həmkarlar
Komitəsi, Səhiyyə Nazirliyi, AHİŞ dekabr ayının 1-dək
vəziyyət barədə Azərb KP MK-ya mə`lumat versin.
İstisuda müalicə-istirahət zonasının yaranması Sovet hakimiyyəti
qurulduqdan sonra, daha dəqiq desək, 1925-ci ildən Azərbaycan
hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926—cı ildə
Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində
istirahət-müalicə tikintiləri aparılması barədə qərar
qəbul etmişdir. Sonralar bu məsələ Azərb KP MK-nin birinci
katibi M.C.Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur.
1928-ci ildə isə İstisu sanatoryasının tikilməsi, yollar
çəkilməsi sovetlərin qurultayında qaldırılmış, M.C.Bağırov
öz məruzəsində İstisuya xeyli yer ayırmışdır.
Otuzuncu illərin sonlarında M.C.Bağırov özü İstisuda olmuş,
tikinti işləri ilə maraqlanmışdır.
Görkəmli seleqsiyaçı alim, ictimai və dövlət xadimi,
Azərbaycan KP MK –nin birinci katibi İ. Mustafayev əllinci
illərdə Kəlbəcər əhalisinin köçürülməsi, buradan ancaq
yaylaq kimi istifadə edilməsi barədə ermənilərin hiylə
və məkirli siyasətinin formalaşdırdığı bu fikiri puça
çıxarmaq üçün Kəlbəcərə xüsusi diqqət yetirmişdir.
1987-89-cu illər ərzində İstisu qəsəbəsində 3000 kvm.
yaşayış evi, 192 şagird-yerlik məktəb, 140 uşaq yerlik
uşaq baxçası, 70 yerlik ambulatoriya (xəstəxana ilə birlikdə),
400 yerlik qış kino-teatrı, 25000 nüsxə kitab fondu olan
kitabxana, 250 kvm-lik dükan, sutkada 900 kubmetr su vuran
sutəçhizatı tikintisinin başa çatdırılması da icraçı təşkilatlara
tapşırılmışdır.
Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər
il 3 milyard 963 milyon316 min letr su cıxır. Sudolduran
sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə etmək
güçündədir. Qalan 3 milyard 941 milyon 316.000 litr istisu
havayı axıb gedir. Əgər həmin sular yığılıb satılarsa,
bir ildə 630 milyon 610 min manat 560 manat gəlir əldə
etmək olar. Azərbaycan SSR Dövlət Plan Komitəsi istisu
mənbələrindən istifadə edilməsi məsələsini müzakirə edərək,
1968-ci ildə hər il 10 milyon şərti-butulka istisu istehsal
edən zavod tikilməsi barədə tədbir görmüşdür.