ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


HADİSƏLƏR


1988-ci ilin əvvəlindən hazırlanmış plan üzrə Stepanakertdə (Xankəndində) tətillər başlandı.

1988-ci il fevralın 20-də Vilayət Sovetinin deputatları (ermənilər) Qarabag vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil olmasına səs verdilər. Müraciətlər Yerevan, Bakı və Moskvaya gödərildi.

1988-ci il fevralın 22-də Stepanakertdə vilayət partiya fəalları yığıncağı keçirilir, Sov. IKP MK katibi V.P. Razumovski çıxış edərək bildirdi ki, Sov. IKP MK mövcud milli ərazi quruluşunu dəyişdirmək məqsədini güdən hərəkətləri və tələbləri hər iki xalqın mənafeinə zidd hərəkətlər və tələblər kimi qiymətləndirir.

1988-ci il 25 fevralda Ermənistan televiziyası ilə çıxış edən erməni din xadimi katalikos Vazgen erməniləri daha da qızışırdı. 26 fevral 1988-ci ildə M. Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciəti ermənilər üçün əhəmiyyətsiz idi. 1988-ci il fevralın 25-də Əsgəranda ermənilər 2 azərbaycanlı öldürdü. Az sonra Bakıda Vorovski qəsəbəsində yaşayan erməni azərbaycanlı milis işçisini öldürdü. Daha sonra erməni millətçiləri 1988-ci il fevralın axırlarında Sumqayıt faciəsini törətdilər. Hadisədən əvvəl varlı ermənilər şəhəri tərk etdilər. Hadisədən əvvəl Sumqayıtda yaşayan ermənilər əmanət kassalarında olan pullarını götürmüşdür. Hadisənin ilk anında reportyorlar, kinoçəkənlər, jurnalistlər burada idi. Bu hadisələr təsadüfi yox, vahid mərkəzdən idarə edilir, əvvəldən düəünülmüə plan əsasında həyata keçirilən ssenari idi. Eduard Grigoryan adlı erməni Sumqayıtda yaşayan erməniləri ünvanları ilə tapıb öldürürdü.

Fevralın 25-26-da Yerevanda nümayişlər keçirildi. Vəziyyətlə əlaqədar olaraq xeyli Ermənistan azərbaycanlısı Sumqayıta, Saray və Fatmayi kəndlərinə gəldi. Əsgəranda 16 və 23 yaşlı iki gənc öldürüldü.

Sumqayıt hadisəsi törədilərək dünyaya səs salındı ki, bu "genosiddir". Hadisənin gedişini düşünülmüş plan əsasında lentə alaraq bir sıra ölkələrdə nümayiş etdirdilər. Film Isvecrədə, Avropanın bütün ölkələrində və Amerikada ermənilər olan yerlərdə göstərildi. Sumqayıtda qətlə yetirilmiş 26 erməni ücün, 96 nəfər azərbaycanlı Moskva inzibati orqanları tərəfindən müxtəlif cəzalara mə`ruz qaldılar.

Erməni millətçiləri Dağlıq Qarabağda "Krunk" (Vətən ücün həsrət simvolu dovdaq adı ilə) komitə yaratdılar. Belə bir dövrdə Dağlıq Qarabağ mövzusu xaricdə erməni qəzet və jurnallarının əsas mövzusuna çevrildi "Revolyutsionnıe daşnaki", "Krestyanskaya Svoboda", "Soyuz Armyanskix revolyutsionerov", "Vostoçnaya Armeniya Soedinennıx Ştatov", "Zaşita Armenii" və s. təşkilatlar iş apardılar.

Dağlıq Qarabağda vəziyyət getdikçə gərginləşirdi. Bunu erməni ziyalıları qızışdırırdı. Ermənistanın bir sıra rayonlarından çıxarılan azərbaycanlılar Azərbaycanın 42 şəhər və rayonlarında yerləşir.

SSRI Ali Sovetinin 18 iyul (1988-ci il) tarixli iclası Dağlıq Qarabağın Azərbaycan SSR-i tərkibində olmasını və ərazi bütövlüyünü dəyişdirilməsinin qeyri mümkünlüyünü hesab etməsi çox düzgün qərar oldu.

1988-ci ildə sentyabrın 3-də Kərkicahan atəşə tutuldu. Ermənilər vərəqələr yaymaqla azərbaycanlıları hədələyirdilər. Sentyabrın 21-də bir neçə basqından sonra axırıncı azərbaycanlı Xankəndini tərk etdi. 1988-ci ilin axırlarında hər 2 respublikada xüsusi vəziyyət e`lan edildi. Hadisələrə mərkəzin birtərəfli yanaşması nəticəsində Ermənistanda yaşayan azərbaycanlılar və doğma yurd-yuvalarından çıxarıldılar. Bu kütləvi şəkil aldı. Ermənistandan 200 minə yaxın azərbaycanlı, 18 min müsəlman kürdü min nəfər rusdilli əhali silah gücü ilə çıxarıldı. 255 azərbaycanlı öldürüldü. Bunlaradan 2 nəfərinin başı kəsilib, 11 nəfər diri-diri, 2 nəfərin meyiti yandırıldı, 3 nəfər doğranıb, 29 nəfər maşınla basılıb, 41 nəfər döyülərək öldürüldü, 49 nəfər dağlarda donub, 8 nəfər itkin düşüb, və s. Belə vəhşiliklə öldürülənlərdən 57 nəfəri qadın, 23-uşaq idi. Bu qanlı hadisələrdən sonra müasir daşnaklar 1988ci il dekabrın 10-da Ermənistanı türksüz respublika e`lan etdi.

Beləliklə, XX əsrdə Ermənistandan azərbaycanlıların 305;xarılması 4 mərhələdə-1905, 1918-20-ci, 1948-56, 1988-ci ildə həyata keçirildi.

Regionda vəziyyəti sabitləşdirmək məqsədi ilə Azərbaycan SSR tərkibində muxtar vilayət statusu saxlamaqla A.Volskinin sədrliyi ilə DQMV-nin xüsusi idarə komitəsi yaradıldı. A.Volski vəziyyəti daha da gərginləşdirdi. Vilayət Azərbaycan höküməti nəzarətindən çıxdı. Azərbaycan bayrağı Erməni bayrağı ilə əvəz edildi. SSRI Dövlət Plan Komitəsi hesabat sənədlərində DQ əslində 16-cı müttəfiq respublika kimi göstərildi. A.Volski Moskvanın göstərişi, Ermənistanın iradəsi ilə fəaliyyətini davam etdirdi.

1989-cu il martın sonunda 190 min ermənidən cəmi 23 mini Azərbaycanı tərk etdi. Bakı erməniləri əsasən Rusiyaya köçürüldü. Çox az adam "Böyük Ermənistana" üz tutdu. Bakıdan köçənlərin cəmi 7 mini Ermənistana, qalanı Rusiyaya köçdü. Bütün əmlaklarını satıb, şəxsi əmlakları sağ-salamat getdilər. Ermənistanda isə azərbaycanlılar işgəncə ilə qovuldu.

Ermənilər Şuşa yaxınlarında olan Topxana məsələsini ortaya atdılar. Bakıda ehtiraslar qızışdı. Azadlıq meydanında e`tiraz mitinqləri qızışdı. Bu xalq hərəkatı M. Qorbaçovun və onun havadarlarının xoşuna gəlmədi. 1992-ci il fevralın 25-dən 26-na kecən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Insanlıq adına yazılmayan bütün vəhşilikləri, köməksiz insanların taleyinə qanlı güllələrlə həkk etdilər.

Faktlar sübüt edir ki, Xocalı xeyli müddət müasirədə qalır, Azərbaycanla əlaqəsi kəsilir. Sonra törədilən bu faciə prezident A.Mütəllibovun karyerasına son qoydu.

19 avqust (1993-cü il) Iran dövləti Ermənistanın ünvanına kəskin bəyanətlə çıxış edib Azərbaycanın işğal edilmiş ərazilərinin tezliklə boşaldılmasını tələb etdi.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq müşavirəsi (ATƏM) münaqişənin dinc yolla aradan qaldırılması yolunu tapmaq üçün sə`ylər göstərdi. Bundan əlavə təhlükəsizlik Şurası Bakıda və Yerevanda BMT-nin nümayəndəliklərini açdı. Romada ATƏM çərçivəsində dəfələrlə görüşlər keçirildi.

Hər dəfə mühüm danışıqlar ərəfəsində danışıqları pozmaq məqsədilə ermənilər hərbi əməliyyatlar keçirirdi. Bütün sə`ylər elə bir nəticə vermədi. Düşmən təcavüzkar siyasətini və hərbi əməliyyatlarını çəkinmədən davam etdirirdi. Azərbaycanda daxili vəziyyət getdikcə gərgin hal aldı. 1993-cü il iyulun 4-də Gəncə hadisəsi vəziyyəti daha da ağırlaşdırdı .

15 iyun 1993-cü ildə Milli məclisdə H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Az sonra prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə Naxçıvana, oradan da Kələki kəndinə getdi. Milli Məclis 24 iyun 1993-cü ildə prezidentin səlahiyyətlərini Azərbaycan Ali Soveti sədrinə həvalə etdi.

1993-ci il iyulun 5-də H.Əliyev xarici ölkə səfirlərinin və BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsini qəbul etdi və Azərbaycandakı və cəbhədəki vəziyyətlə onları tanış etdi və bildirdi ki, Ermənistan ordusu artıq Ağdama, Fizuliyə və Cəbrayıla hücum etmişdir, insan tələfatları çoxdur.

Bu görüşdən sonra Mario Rafaelli (ATƏM-in Minsk konfransının sədri) Bakıda, Yerevanda, Xankəndində və yenə Bakıda oldu. Bu gəliş və keçirilən görüş, söhbətlər ermənilərə lazımı tə`sir göstərmədi. Iyulun 23-də ermənilər Azərbaycanın ən qədim şəhərlərindən olam Ağdamı zəbt etdilər.

Azərbaycandakı ağır şərait BMT Təhlükəsizlik Şurasında da müzakirə edildi və qətnamə qəbul olundu. BMT Təhlükəsizlik Şurasının iyulun 29-da qəbul edilmiş 853 nömrəli qətnaməsində erməni qüvvələrinin Azərbaycan torpaqlarına davam edən hücümları pislənildi və onlardan Ağdam şəhəri daxil olmaqla işğal edilmiş bütün ərazilərdən dərhal və heç bir şərt qoymadan çıxmaları tələb olundu. Təhlükəsizlik Şurası BMT-nin baş katibinə və müvafiq beynəlxalq təşkilatlara müraciət edərək zərər çəkmiş dinc əhaliyə humanitar kömək göstərməyə çağırdı.

Erməni təcavüzü ilə Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar avqustun 18-də BMT Təhlükəsizlik Şurasının sədri bəyanət verdi və 822 və 853 nömrəli qətnamələrin Dağlıq Qarabağ ermənilərinin yerinə yetirmələri üçün Ermənistan Respublikası hökümətini öz təsirindən istifadə etməyə çağırdı.

1993-cü il sentyabrın 5-8 arasında H.Əliyev Moskvada oldu və bir çox məsələlərdə əməli söhbət apardı. Burada Türkiyənin baş naziri T.Çiller ilə də görüş və danışıqlıqlar apardı.

Moskva səfəri ərəfəsində Avropa Birliyi Dağlıq Qarabağa dair qəbul etdiyi 3 sentyabr(1993) tarixli bəyanatı da əhəmiyyətli idi. Lakin ermənilər buna da məhəl qoymadılar.

Sentyabrın 14-15 Qazax, 16-da Tovuz, Gədəbəy, Zəngilan rayonlarında Azərbaycan mövqeyini yarmağa can atdılar.

Sentyabrın 21-də Zəngilan, Cəbrayıl, Tovuz və Ordubad rayonlarının kəndləri yenidən atəşə mə`ruz qaldılar.

1993-cü il noyabrın 30-da Romada ATƏM-in iclasında Azərbaycan Xarici Işlər naziri H.Həsənov öz çıxışında ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiası ilə Azərbaycana qarşı apardıqları təcavüzkar siyasətin nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizindən çox sahəsinin tutulması, 18 mindən çox adamın məhv edilməsi, 50 min nəfərə yaxın adamın yaralanması, 4 min nəfər adamın əsir alınması ilə yanaşı 88 min yaşayış binasının, mindən çox iqtisadi obyekt, 250 məktəb və təhsil müəssisəsinin yandırılıb məhv edilməsinin əsil təcavüz olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan və Ermənistan BMT və ATƏM-ə daxil olduqdan sonra Ermənistan həmin təşkilatların prinsiplərinə əməl edəcəyinə sadiq qalacağını bildirdiyi halda Şuşanı zəbt etdi. Bununla əlaqədar olaraq BMT nümayəndə hey`əti faktlar toplamaq üçün Azərbaycanda olan vaxt Ermənistan Laçın rayonunu işğal etdi. Cenevrə "beş"liyin qeyri-rəsmi məsləhətləşməsi zamanı Ermənistan Kəlbəcəri, Minsk konfransının sədri Mario Rafaellinin regionda səfərindən sonra Ağdam rayonunu işğal etdi. Işğal edilmiş Azərbaycan ərazilərindən erməni qüvvələrinin qeydsiz-şərtsiz çıxardılması qəbul edildikdən sonra Ermənistan Füzuli rayonunu, ATƏM-in sədri Marqaret af Uqlas regionda olan vaxt Ermənistan Zəngilan rayonunu zəbt etdi. Bundan sonra erməni qüvvələri noyabrın axırlarına yaxın Xudafərin körpüsü zonasını zəbt etdi və beləliklə, Azərbaycan ilə Iran Respublikası arasındakı sərhəddin 161 kilometrini öz nəzarətləri altına aldılar.

1993-cü il dekabrın 19-da H.Əliyevin Fransaya tarixi səfəri başlandı. Buradakı görüşlərində o, DQ məsələsinə geniş yer verdi və bu vaxtadək erməni lobbisinin Azərbaycan haqqında yaydıqları böhtançı mə`lumatları tamamilə ifşa etdi.

1993-cü il dekabrın 23-də Türkmənistan prezidenti S.Niyazovun vasitəçiliyi ilə H.Əliyev ilə Ter-Petrosyan arasında gör keçirildi. Burada H.Əliyev qeyd etmişdi ki, sayı 300 mindən çox əhalinin yaşadığı rayonların 1993-cü ilin oktyabrından işğal edilməsini Azərbaycan xalqı həm də ona görə çox ağır qarşılamışdı ki, bu hadisə Azərbaycan MDB-nə daxil olduqdan və kollektiv təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra baş vermişdi. Deməli, Ermənistan təkcə Azərbaycana qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə saymamazlıq nümayiş etdirir. Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi yol verilməzdir.

Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün Azərbaycana qarşı başladıqları müharibə gedişində qırğınlar və faciələrlə yanaşı, 616 məktəb, 225 uşaq bağçası, 11 texniki-peşə məktəbi, 4 texnikum, 1 ali məktəb, 842 klub, 962 kitabxana, 13 muzey, 2 teatr və 183 kino qurğusu dağıtmışlar. Dünyada olan 18 milyon qaçqından bir milyondan artığı Azərbaycandadır.

Dəfələrlə Rusiya, Türkiyə, Ermənistan nümayəndələri ilə aparılan danışıqlıqlar öz nəticəsini verdi. 1994-cü il mayın 11-dən atəş dayandırıldı.

1994-cü il 5-6 dekabrda dövlət başçıları Budapeştdə Zirvə toplantısında və mayın 13-15 Mərakeşdə 52 ölkənin üzvü olduğu Islam təşkilatının 7-ci zirvə konfransında H.Əliyevin çıxışlarında "Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilərin Azərbaycana qarşı apardıqları təcavüz siyasəti kəskin tənqid edildi. Onların hətta beynəlxalq təşkilatın 822, 853, 874 və 884 qətnamələrinə əməl etməmələri göstərildi. Burada Ermənistanın təcavüz siyasəti pislənildi və Azərbaycana maddi yardım haqqında qətnamə qəbul edildi.

Mono Etnik Ermənistan yaratmağa nail olan ermənilər DQMV və onunla qonşu olan 7 rayonu işğal edərək, əhalini silah gücünə qovub qaçqın vəziyyətinə saldılar və həmin yerləri onların təcavüzü nəticəsində xarabalığa çevrildi.

Indi Azərbaycan ərazisinin təxminən 20 faizindən çoxu (17 min kv km) 12 rayon və 700 yaşayış məntəqəsi ermənilərin işğalı altındadır. Ermənilər "Böyük Ermənistan" yaratmaq uğrundakı mübarizədə 20 mindən çox adamı qırmış, 4 minini girov götürmüşdü. Işğal edilmiş ərazidə 4 minə yaxın sənaye və kənd təsərrüfatı obyekti, ümumi yaşayış sahəsi 6 milyon kv. m olan 180 min mənzil və şəxsi ev, minə yaxın tə`lim-tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-ə yaxın tibb müəssisəsi onlar tərəfindən dağıdıldı.

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazidən çıxarılması haqqında BMT təhlükəsizlik şurasının 1993-cü ildə qəbul edilmiş (822, 853, 884) saylı 4 qətnaməsinə bazmayaraq indiyədək əməl edilməmişdir.

Ermənilərin xalqımıza vurduğu yaralar sağalmazdır. XX əsrdə onlar bütövlükdə 1 milyon azərbaycanlını qətlə yetirmiş, 1.5 milyonunu isə Ermənistandan qovmuşdur.

1918-ci il Batum müqaviləsinə görə cəmi 9 min kv. km məsafədə yaradılan Ermənistan bu gün 40 min kv. km-lik bir əraziyə malikdir ki, bunun da hamısı tarixən Azərbaycan torpaqları olmuşdur. Ermənilərin bu vəhşilikləri və torpaqlarımızı işğal etmələri heç bir beynəlxalq normaya və insan hüquqlarına uyğun gəlmir. Bu aksiyalar insan hüquqlarının qorunmasına dair BMT Baş məclisinin 9 dekabr 1948-ci il tarixli Beynəlxalq Konvensiyasının Avropada sərhədlərin pozulmazlığına dair 1975-ci il Helsinki müşavirəsinin qərarları ilə diametral şəkildə ziddiyyət təşkil edir.

Ikinci bir tərəfdən Dağlıq Qarabağın Ermənistanla ümumi sərhədi yoxdur. O, Laçın koridorunu və Laçını ələ keçirib müstəqil respublikasının sərhədlərini kobudcasına pozaraq beynəlxalq aktlara etinasızlıq göstərir.

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az