ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


ƏDƏBİ İRSİN ÇAPI


Aşıq Şəmşir həm də bir neçə dastanın müəllifidir: “Cəlal və Minayə”, “Misir və Sənəm”, “Şəmşir və Sənubər” dastanlarından sonuncusu 1972-ci ildə “Azərbaycan dastanları”nin 5-ci cildində çap olunub. Dədə Şəmşirin “Polad” adlı ideal el qəhrəmanının Böyük Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs edən nəzmlə yazılmış dram əsəri də vardır. Bu dram əsəri o vaxt Ağdaban, Kərəmli, Umudlu, Usacıq kəndlərində yerli ziyalıların, teatr həvəskarlarının köməyi ilə oynanılmışdır. Ustad klassik şe`r üslubunda çoxlu qəzəl, qəsidə, rübai və məsnəvilır də yazmışdır. Çox təəssüf ki, bu əsərlər işıq üzü görmədi. 1992-ci ildə erməni barbarları tərəfindən Şəmşirin ata yurdu ev muzeyi ilə birlikdə yandırıldı.
Lakin qaragüruh erməni faşistləri onu bilımədilər ki, Ağdabanın soyqırımı, milli mədəniyyətimizin yandırılıb kül edilməsi Dədə Şəmşirin sevgisini çoxmilyonlu Azərbaycan xalqının, Şəmşirsevərlərin ürəyindən sevə bilmədi. Əksinə şair, şe’r, aşıqsevər Azərbaycan ədəbi ictimaiyyəti Dədə Şəmşirin kitablarını ayrı-ayrı illərdə qədirbilən oxuculara çatdırıb. (“Qoşmalar”-1971; “Seçilmiş əsərləri-1974”; “Dağ havası-1978”; “Şe’rlər-1980”; “Öyüdlər-1996”). Bundan başqa, “Dədə Şəmşir yaddaşlarda” adlı kitabı 2000-ci ildə nəşr edilərək oxucuların stolüstü kitabına çevrilmişdir. Bu kitablar içərisində diqqəti ən çox cəlb edən Dədə Şəmşir ömrünün və sənətinin salnaməsi olan “Gənclik” nəşriyyatının 2000-ci ildə Qənbər Şəmşiroğlunun və Füzuli Ramazanoğlunun toplayıb, tərtib etdikləri, nəfis şəkildə çap olunmuş “Dədə Şəmşir yaddaşlarda” (xatirələr, məqalələr məcmuəsi) kitabıdır...

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az