ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AŞIQ ŞƏMŞİRİN ANASI


Dədə Şəmşirin anası Səlbi xanım o zaman Kəlbəcər mahalının Güneypəyə kəndində san-səxalı, bin-bərəkətli, qonaq-qonaqcalı süfrəsi ilə xətir - hörmət yiyəsi olan, zor kişilərdən biri kimi ad-san qazanmış Əlbənd kişinin boy-buxunu, davranışı, ədəb-ərkanı ilə seçilən el qızlarından biri idi. Əlbənd kişi Kəlbəcər mahalında saz-söz vurğunu kimi zəngin Azərbaycan dastanlarını, əfsanə-əsatirlərini, nağıllarını sinədəftər bilən istedadlı, müdrik aqillərdən biri kimi tanınırdı.
Səlbi xanımla bağlı ağdabanlı Şair Qurbanın “Getmə” kitabına ön söz yazan görkəmli folklorşünüs professor Sədnik Paşayev yazır:
Çox keçmir ki, Qurban bitkin gəraylılar və qoşmalar müəllifi kimi şöhrət qazanır. Sevgilisi Səlbiyə həsr etdiyi “Getmə” qoşması ilə özünə çoxlu pərəstişkarlar tapır:

Gözəllər karvanı yola düzüldü,
Kəpəzin kəkliyi, maralı, getmə.
Gözlərin süzüldü, canım üzüldü,
Məni qoyub yaslı, yaralı, getmə.

Qurbanam, dərd qoydun azrım üstə,
Bir də güzar eylə güzarın üstə.
Mən öləndə bir gəl məzarım üstə,
Sən allah yar, ötüb aralı getmə.

Çarpaz, daxili qafiyələr (6+5=11), poetik duyum başdan-ayağa epitetlər üzərində səlbi xanıma ünvanlanmışdır. - desək fikrimizdə yanılmarıq.
Şair Qurbanın sevgilisi Səlbi xanıma ithaf etdiyi “Üstündən” gəraylı gözəlləməsində də sözlərin seçimi ölçülü-biçilidir:

Zənəxdanda qoşa xal var,
Camalında nə cəlal var.
Ləblərində şirin bal var,
Süzülüb qaymaq üstündən.

Sənsiz bu Qurban sızıldar,
Cismi ağlar, can sızıldar.
Arı görsə şan sızıldar,
Olmaz ayırmaq üstündən.

Verilən nümunələrdə ifadə çeşidləri, misralarda, beytlərdə, bəndlərdə səslərin çalarlığının sıralanması alleterisiyaya ən tutarlı nümunədir.

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az