Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz
açmış görkəmli el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın
çiçək ətrini, büllur bulaqlarımızın saflıgını, hikkəli
çaylarımızın təmizliyini, bir sözlə, bəndinə-bərəsinə
qarış-qarış bələd olduğu kövrək torpaqlarımızın əvəzsiz
şirinliyini yaşarı misralara çevirməklə, özündən sonrakı
nəslə ədəbi irs qoyub getmişdir.
Aşıq Şəmşirin ilk ustadı atası Aşıq Qurban və Aşıq Ələsgər
olmuşdur. Göyçə aşıq mühitinin bir qolu olan Kəlbəcər
aşıq sənətkarlıgının inkişafı məhz Dədə Şəmşirin adı ilə
bağlıdır.
Xalq şairi Səməd Vurgun Kəlbəcər daglarında bu iste’dadlı
el sənətkarı ilə tanışlığını sənət aləmində “nadir tapıntı”
hesab etmişdir.
İllər keçdikcə Aşıq Şəmşir sazından qopan havalar və havacatlara
qoşulan qoşqular məmləkətimizi oba-oba, oymaq-oymaq dolaşaraq,
xalq arasında dərin rəğbət, böyük məhəbbət qazanmışdır.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini
öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın xalqımızın
böyük oğlu Heydər Əliyevə həsr etdiyi şe’rlər, bu gün
– üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər
göründüyü kimi, zamanla da həmahəng səslənir:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü,
bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin tərənnüm
şe’rlərini oxuduqca ustadın səmimi və təbii deyimlərinə
valeh olursan. Həmşə elin dərdi ilə ağlayıb, sevinci ilə
gülən ulu ozanın qarlı zirvələrdən qanadlanan ilham qartalı
doğma Azərbaycanımızda gedən vüs’ətli inkişafı və Heydər
Əliyev həqiqətlərini, təbii ki, görməli idi:
Çiçəklənib Azərbaycan,
Bu illərdə, bu illərdə.
Al bəzənib cümlə-cahan,
Bu illərdə, bu illərdə.
Ustad sənətkar bu şe’rləri yazdıgı illərdə
Azərbaycan Sovetlər Birliyinin “vahid ailə” üzvlərindən
biri idi. Təbii ilhama, fitri istedada malik bir el sənətkarı
kimi Aşıq Şəmşir Odlar yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə
saz tutub, söz qoşurdu.Bu uğur və ya zəfər “binasının
isə bir me’marı” vardı. Heydər Əliyev. Aşıq məhz onun
aglını, kamalını vəsf edirdi:
Azərbaycanımızın igid ogluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Dədə Şəmşirin
Heydər Əliyevə həsr etdiyi serlərdən parçalar:
HEYDƏRİN
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.
Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.
Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü,daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir,bizə var imdadı Heydərin.
YARAŞIR
Azərbaycanımın igid ogluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış aglına,
Zərli tac kamallı başa yaraşır.
Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edirgülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oglu çatsın qoy 100 yaşa,yaraşır.
TORPAĞIN DADI
Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varagındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çıragındadı.
Şəmşir,sevin,gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çay dərən.
Me’yar var-əyrini, düzü göstərən,
Hər kəsin qiyməti qabqğındadı.
“AXTARIB ŞƏMŞİRİ
SORMAQ İSTƏSƏN...” sızılda, ah çəkər yaralı dağlar
Bu gün murdar erməni tapdağı altında
inildəyən dağlarımızdakı ocağı, odu sönmüş müqəddəs yurdlarımız,
bizlərdən haray diləyir, imdad gözləyir. Belə ocaqlardan
biri də sazı, sözü, dədəliyi ilə yaddaşlara həkk olan
Dədə Şəmşirin külü göyə sovrulan yurd-yuvasıdır.
1992-ci il aprel ayının 8-də Dədə Şəmşirin ata ocağı olan
Ağdaban - Ağdərə quduzlaşan erməni quldurları tərəfindən
darmadağın ediləndə, ağdabanlı körpələr əli-qolu bağlı
qul kimi əsir aparılanda ağdabanlıların fəryadı ikicə
addımlıqdan o yana çatmadı. Təkcə onu deyək ki, Ağdabanın
kişi qeyrətli qadınları (6 qadın) o vaxt silahsız-filansız
8 erməni yaraqlısını tərk silah edib kəndini qoruyur,
Kəlbəcərin qala qapısı olan Ağdabana “ bir quş belə səkmirdi”.
İndi xatırlanan o illərdən xeyli keçib. İndi biz də dədəsiz
Ağdabandan aralıyıq. Dağlar bu gün Şəmşirsiz, Şəmişirin
sazı isə ondan ötrü burnunun ucu göynəyənlərə həsrətdir.
Müqəddəs dağ obrazı yaradıcılığının ana xəttini təşkil
edən Dədə Şəmişirin dünyaya göz açdığı vaxtdan bir əsr
keçir. Amma yamanca səssiz-səmirsiz qarşılayırıq bu yubileyi.
Bu da Şəmişir dədənin ruhuna və şəmişirseevənlərə bir
dərd olub.
Dədə Şəmişir müqəddəs bir ocaqda dünyaya göz açmışdı.
Atası aşıq Qurban Miskin Abdal nəslinin dövrümüzdə yazıb-yaradan
nümayəndələrindən biri kimi tanınmış el aşığı idi. Dədə
Qorquddan Dədə Ələsgərə kimi sazı və sözü ilə mükəmməl
bir aşıq məktəbi yaratmış bu ulu sənətkarın ocağında,
şübhəsiz, Şəmişir kimi söz sərrafı böyüməli idi.
Yaradıcılığında dağların əzəməti, vüqarı başlıca mövzüya
çevirilmiş Dədə Şəmişir aşıq şe’rinin bütün formalarından
istifadə etmişdir. Aşıq şe’rinin forma rəngarəngliyi,
çoxşaxəliliyi Şəmşir yaradıçılığında özünü bir daha büruzə
vermişdir.
Ölməz sənətkarımız Səməd Vurğunla Dədə Şəmşirin yaxın
dostluğu da məhz aşığın iste’dad və qabilyyətinin o zamankı
tanınmış sənət adamlarının diqqətində olduğunu göstərirdi.
Səmədlə Şəmşir dostluğu hər iki azman sənətkarın saza,
sözə bağlılığından qidalanmışdı. Xalq yaradıcılığına dərindən
bələd olan və bunu poeziyasında sübut edən Dədə Şəmşirlə
Səməd Vurğun Dəlidağda, Ceyran bulağında, Turşsudakı görüşlərinin
el arasında dastana çevrilməsi bir daha göstərirdi ki,
bu ilham çeşməsindən bəhrələnən sənətkarların dostluğu
bir sim üstə köklənibdir. Bəli, S.Vurğunla Dədə Şəmşirin
Kəlbəcərlə, İstisu ilə bağlı xatirələri indi bizə dünənimizdən
qalan ən şirin xatirələrdir...
Şəmşir Dədə Kəlbəcərin Səmədli günlərində bəxtəvər idi.
Dünyanın tanıdığı və adını hörmətlə çəkdiyi bir şəxsiyyətlə
dostluq edirdi. Bunun özü göstərirdi ki, Dədə hər əlinə
saz alıb məclisləri rövqləndirən aşıqlardan deyil. Səməd
Vurğun hər sənətkara belə böyük qiymət verməmişdi. Nə
isə...
İndi oturub dədəsiz günlərimizdə Dədənin xatirələrlə dolu
ömür səhifəsini də vərəqləmirik. Qapılmışıq içimizə. Yurdsuz
- dədəsiz günlərimizin ağrı-acısını dadmaqla başımızı
qatırıq. Və yuxularımızda dədəli günlərimizə qovuşuruq.
...Dədənin bu vəfasız dünyadan köç edən ili də kəlbəcərlilər
üçün ağır gəlmişdi. Dağlar qan-qan deyirdi. Ulu ozanı
əbədi dünyaya yola salan dağ-daş qan ağlayırdı. Təbiət
qış donunu geyinmişdi. Ağdabana gedən yollar qan yığnağından
bağlanmışdı. Amma Dədə ilə sonuncu dəfə vidalaşmağa gedən
sənətkarları bu dağ boranı qorxutmurdu. Hüznlü karvan
üz tutmuşdu Ağdabana. Dədənin qara köynəkli telli sazı
“Kərəmi”yə köklənmişdi. Ağdaban özünün Dədəsiz günlərini
yaşamağa başlayırdı. Çayqovuşanla Ağdaban arasındakı təpədə
əbədi yer seçilmişdi Dədəyə. Deyirlər ki, öz arzusu olub
bu yerin seçilməsi. Buradan baxanda Dədənin həmişə vəsf
etdiyi dağlar və dağların ilham çeşmələri buradan aydın
görünür...
...İllər necə də quşqanadlı olurmuş. İndi o illərdən çox
vaxt keçib. O zaman Dədəyə ağı deyən dağlar indi də Dədəsiz
qalan, külü göyə sovrulan Ağdabana və Çayqovuşana niskilli,
hüznlü nəğmə deyir. Belə həsrətli misralarla biz də özümüzü
ovundurur və Dədəni haraylayırıq:
Dədə Şəmşir,bilirsənmi gül açmır,
Xəzan vurub bahar çağı dağları.
Sazlı-sözlü balaların dil açmır,
Bürüyübdü fəryad,ağı dağları.
Məhəmməd dədəsiz qalıb bu yanda,
Qılınclar yamanca pas atıb qında.
Hər “Novruz günü”ndə,bahar ayında,
Dağlayır sinəmin dağı dağları.
Dədə Şəmşirsiz gözləri yollarda qalan
Ağdaban 8 aprel 1992-ci il tarixdə can verirdi, boğulurdu
öz körpələrinin ah-vayından. 11 iyul 1990-cı il tarixdə
Otaq qayada erməni daşnaklarının güllə-baranına düşən
Çimnaz balasını qoruya bilmədiyimiz kimi, indi də ağdabanlı
balaları güdaza verdik. Dədənin ruhu bizi bağışlayacaqdımı?.
Heç kim bu suala cavab verə bilmir, hamı günahkar-günahkar
başını aşağı dikib, sabahkı müsibətlər barədə düşünürdü.
Kəlbəcərə atılan düşmən gülləsi Dədənin qaragöz balasına
dəymişdi. İndi də Dədəni od-ocağı odlara qalanmışdı.
...Dədə Şəmşirin ocağından qalxan alov dilli fəryadlar
bizi yandırıb-yaxırdı. Dədənin əlyazmaları o gün göyə
sovrulmuşdu, şəhid olmuşdu ağdabanlılar kimi. Bu şəhidlər
karvanının qana bələnmişlərindən biri də Dədənin nəvəsi
Qulu idi...
Dağlar nalə çəkib Şəmşirsiz ağlayan günlərdə dədəsizləşmiş,
boynubükük qalmışıq. Gümanımda yamanca yanılmışam. Elə
bilirdim ki, dədəsiz günlərimizdə ən çox anılan Şəmşir
ocağı olacaq. Çox təəssüf ki, belə olmadı. Dədəni qəlbimizdə
əbədi heykəlləşdirsək də, o, maddi-mə’nəvi abidəmiz kimi
qorunmadı. Nə müqəddəs yurdunu, məzarını, ziyarətgahını
saxladıq, nə də özündən sonra gələn nəsilə onun örnək
olan həyatını, yaradıcılığını aşıladıq. Hələ sağlığında
Dədənin ocağını müqəddəs bilən söz həmkarlarımız da sanki
Şəmşir sazının sızıltılarını, özünün xoş avazını yada
salmadı. Olsa-olsa radioda bir lenti qaldı.
Respublika prezidentinin S.Vurğunun anadan olmasının 90
illiyinin təntənəli keçirilməsi üçün verdiyi fərman səmədsevərlərin
və Şəmşir sazının pərəstişkarlarının qəlbincə oldu. Bu
yerdə Dədə Şəmşirin anılmaması, bir əsrin yaşıdı kimi
rəsmi xatırlanmaması şəmşirsevərlərin niskilinə dönsə
də, nanırıq ki, vaxtilə poeziyanın, aşıq şe’rinin qoşa
zirvəsi kimi respublika ictimaiyyətinin diqqətində olan
Səməd Vurğun və Aşıq Şəmşir bu gün də qoşa anılacaq. Buna
onların hər ikisinin mə’nəvi haqqı çatır. Son söz isə
respublika Aşıqlar Birliyi və yazıçılar Birliyinin olmalıdır.Bu
mə’nəvi borc unudulmamalıdır.