ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


KİTABLAR:


 

Dədə ocağı
Məsləhətçi: Qənbər Qurbanov.
Redaktor: İslam Əsgəroğlu.

M 59. Məhəmməd Nərimanoğlu. B. Gənclik 1998. Şəkilli 144 s.

1988-ci ildən başlayan erməni-müsəlman savaşında torpaqlarımızın öz qanımızla boğulması, yurd ağrısı, müsibət və faciələrimiz bu kitabın mövzusunu təşkil edir. Publisistikanın imkanlarından istifadə edilməklə, burada fəlakət və müsibətlərimiz faktlar əsasında açılır və erməni daşnaklarının əsl siması üzə çıxır. Vətəndaşlıq qayəsi ilə qələmə alınmış bu kitabın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyəsində mühüm rol oynayacağı şəksizdir. Dədə Şəmşir ocağının faciəsini ümumiləşdirilmiş halda götürməklə, müəllif 1988-93-cü illərdə məcburi cəlb olunduğumuz müharibənin gözə görünməyən və dərk edilməyən dəhşətli mənzərəsini verməyə çalışmış və müəyyən mə`nada buna nail olmuşdur.

 
Gədəbəy xatirələri

Redaktor – Füzuli Ramazanoğlu
Məsləhətçi - Dəmir Gədəbəyli

Qənbər Şəmişiroğlu. “Gədəbəy xatirələri”. B., “Gənçlik”, 2001, 336 səh. + 16 səhvə şəkil.

Uzun illər babası Ağdabanlı Şair Qurbanın və atası Aşıq Şəmşirin şe”rlərinin tədqiqi və kitablarının nəşri ilə məşğul olan Qənbər Şəmşiroğlu ilk dəfədir ki, öz kitabı ilə oxuçularının görüşünə gəlib. “gədəbəy xatirələri” adlanan bu kitabda müəllif 1989-92-çi illərdə Gədəbəydə işlədiyi müddətdə gördüyü işlərdən, rastlaşdığı hadisələrdən və sonrakı illərdə göstərdiyi fəaliyyətdən səmimiyyətlə söhbət açır. Həmçinin müəllif burda yeri gələndə ilhamından süzülən şe”r nümünələrindən də istifadə edir. Qələmə alınan hadisələrin reallığı həyatın özündən götürüldüyündən kitabın geniş oxuçu rəğbətini qazanaçağına inanırıq.

 

Məmməd Aslan. Saxla izimi dünya.
 
Oğul gərək oğul olsun
Redaktor və ön söz müəllifi: Füzuli Ramazanoğlu.

Qənbər Şəmşiroğlu. “Oğul gərək oğul olsun”. Şe`rlər, dastanlar, hekayələr.
B 2006. Səda nəşriyyatı. 300 s.


“Oğul gərək oğul olsun” Qənbər Şəmşiroğlunun oxucularla III görüşüdür. “Gədəbəy xatirələri” və “Axtarıb Şəmşiri görmək istəsən” publisistik kitablarından sonra fikir və düşüncələrini sadə və oxunaqlı bir dillə şe`r, hekayə və dastanlar şəklində qələmə alan müəllif hər üç mövzuda yüksək səviyyədə istədiyinə nail olub. Uzun illərin yaradıcılıq məhsulu kimi kitabın oxucular tərəfindən maraqla qarşılanacağı ümidindəyik.


Dədə Şəmşir yaddaşlarda
Toplayıb tərtib edəni: Qənbər Şəmşiroğlu.
Redaktoru və ön söz müəllifi: Füzuli Ramazanoğlu.

Dədə Şəmşir yaddaşlarda (Xatirələr) B. Gənclik. 200. 360 səh. D 71.

Oxuculara təqdim olunan “Dədə Şəmşir yaddaşlarda” kitabı gözəl saz-söz sərrafı, ustadlar ustadı olan Aşıq Şəmşir ömrünə bir baxışdır. Burada müxtəlif mətbuat orqanlarında unudulmaz sənətkar haqqında görkəmli alimlərin, şairlərin yazıçıların, jurnalistlərin, bir sözlə Şəmşirsevərlərin ürək sözləri, xatirələri, ona həsr olunmuş şe`rlər, hekayələr, məqalələr və s. toplanmışdır. Kitabda həmçinin ulu nəğməkarın müxtəlif vaxtlarda çap olunmuş məqalələri, şerləri və s. verilir. Elə bilirik ki, bu kitab Dədə Şəmşirin qəribsəyən müqəddəs ruhuna ən böyük ehtiram olacaq.

 


Yurd Göynərtirsi

Məhəmməd Nərimanoğlu. Yürd göynərtisi. Bakı, “Azərbaycan” nəşiriyyatı, 1995. 288 s.


Kəlbəcərin qəm dastanı, viran oldu Gülüstanı
Şamil Dəlidağlı. Bakı 1998.

Kitabın üz qabığında Kəlbəcərin şəhid olmuş muzeyinin arxa divarı. Kitabın arxasında Kəlbəcərin “Şahmat məktəbi” binasının ön divarı öz əksini tapmışdır. Hər iki bina divarlarında gördüyünüz naxışların layihəsini Şamil Əsgərov vermişdir və burada işlənilən 2000-dən artıq rəng çalarları olan daşlar onun əlləri ilə toplanmışdır.
Kitabın arxasında İstisu kurortundan bir görünüş öz əksini tapmışdır.


Kəlbəcər – Azərbaycanın qala qapısı.

Redaktor: Firuzə Rzabəyova.
Məsləhətçi: S. Əkbərov.

Zimistan Həsənov. Məhəmməd Nərimanoğlu. Bakı “Təfəkkür” NPM 2001. 400 s.

Kitab Azərbaycanın qərb bölgəsində yerləşən, hazırda erməni işğalı altında olan Kəlbəcərin tarixi və taleyinə həsr olunmuşdur.


O Kürün, Arazın Tərtəriyəm mən

Tərtibçi: Qənbər Şəmşiroğlu.
Redaktor: Məmməd Aslan.
Rəssam: Yavər Əsəsov.
Kompüter operatoru: Gülər Sadıqzadə.
Kompüter dizaynı: Munis İsgəndərli, İlqar Əliyev.

O Kürün, Arazın Tərtəriyəm mən.Bakı. “Sabah” n-2004.

Sazımızın və sözümüzün böyük yaradıcılarından olan Əməkdar Mədəniyyət Xadimi Aşıq Şəmşirin bu yubiley nəşrində unudulmaz sənətkarların zəngin irsindən seçmə bir güldəstə araya-ərsəyə gətirilmişdir. Burada uzun ömür və keşməkeşli həyat yaşamış ünlü ozanımızın dürlü-dürlü sənət ovqatları və onun həssaslıqla misra sığalına gətirdiyi ölməz könül çırpıntıları ilə qarşılaşacaqsınız.


Ağdabanlı şair Qurban
Toplayıb tərtib edən: Sədnik Paşa Pirsultanlı və Qənbər Şəmşir oğlu Qurbanov.
Redaktor: S.P.Pirsultanlı.
Rəssam: Nəsib Eyvazlı.

Ağdabanlı şair Qurban. A30 B. Gənclik 2000. 178 s.

Bu kitab müasirlərinin və özündən sonra gələn aşıqların, el şairlərinin yaradıcılığına güclü təsir göstərən, yüksək sənətkarlıq nümunələri ilə Azərbaycan aşıq şe`rinin inkişafında əhəmiyyətli rol oynayan Ağdabanlı Qurbanın yaradıcılığından bəhs edir.

 


Kəlbəcər dünyası. Yüz şairin bir kitabı

Toplayıb tərtib edən: Adil Cəmil. Məhəmməd Nərimanoğlu.
Məsləhətçi: Qənbər Şəmşiroğlu.
Elmi redaktor: Hüseyn İsmayılov.Filologiya elmləri doktoru.
Rəyçilər: Muxtar Kazımoğlu. Yaşar Qasımzadə-filologiya elmləri namizədləri.

Kəlbəcər dünyası.Yüz şairin bir kitabı. Antologiya. B. “Adiloğlu” n-2005. 460 s.

Oxuculara təqdim olunan antologiyada 100 nəfər kəlbəcərli şairin yaradıcılığından nümunələr verilmişdir. Xalq ədəbiyyatına, folklor təfəkkürünə, saz ruhuna bağlı bu şairlərin poetik mədəniyyətində bir yaxınlıq olsa da, onların dünya duyumunda, fəlsəfi baxışlarında fərqli motivlər görünür. Kəlbəcər ədəbi məkanında yetişən Bimar Əli, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Sücaət, Əli Quban Dastançı... kimi şairlər təbii ki, Ağdabanlı Qurbanın, Dədə Şəmşirin mənəvi varisləridir. Şairlər şəcərəsinə yeni-yeni adlar qoşulduqca Kəlbəcər ədəbi mühitinin çağdaş mənzərəsi daha da zənginləşir, ədəbiyyatımızın çərçivəsi daha da genişlənir.


Ümid İşığı

Bədii redaktoru: Əli Qurban Dastançı.
Redaktoru: Alqış Həsənoğlu.

Məhəmməd Nərimanoğlu. Bakı “Səda” n-1996. 160 s.

Müəllifin sayca III kitabı “Ümid İşığı” erməni işğalçılarının vətənə təcavüzü və bu yolda millətimizin başına açılan müsibətlərdən söz açır. 1988-ci ildən bəri yurdlarımızı odlara qalayan, özgə torpağında gözü olan erməni qaniçənlərinin Kəlbəcərdə törətdiyi faciələrə ayna tutuan “Ümid işığı” müəllifin eyni mövzuda nəşr etdiyi “Dağların sinə dağı” və “Yurd göynərtisi” kitablarının bir növ davamıdır. Kitabdakı publisistik və bədii yazıların ana xəttini Vətənə məhəbbət, düşmənə nifrət, yurda bağlılıq təşkil edir. Kitab eyni zamanda Kəlbəcərin işğalolunma səbəblərinə də bir aydınlıq gətirir.


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az