ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AŞIQ ŞƏMŞİR

BAYATILAR

Çağır sən gecə yarı,
Baxtından gecə yarı,
Yuxuda yarı gördüm,
Oyandım gecəyarı.

Geyinmisən, a xara,
Düşmə dərin axara,
Bülbül baxsa, qan ağlar,
Gül üstündə o xara.

Durma bizim dərdə sən,
Demə olur dərd asan.
Zalım, səni dərdə düş,
Saldın məni dərdə sən.

Səməndər odum aldı,
Odumdan o dəm aldı.
Sərrafsan, Yaqut axtar,
Taparsan, o da maldı.

Dəymə, yaram tez qanar,
Anla namus, tez qan ar.
Arifə bir işarə,
Qaş-gözündən tez qanar,

Mən aşıq, adam çalar
Yarımçıq adamçalar,
Adını şahmar qoyub,
Soxulcan adam çalar.

Mən aşığam, ov sara,
Maya gedər ovsara.
Tülək tərlan vərəmlər,
Əgər çatsa ov sara.

Mən aşıq, yara salar,
Qəm cana yara salar,
Gecə deyər: - Laçınam,
Güngörməz yarasalar.

Mən aşığam, min qana,
Arif mətləb min qana,
Bircə ürək yıxarsan,
Əvəz olar min qana.



 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az