| XX
ƏSRİN SOYQIRIMI – AĞDABAN FACİƏSİ
Öz ağrılığına , miqyasına və nəticələrinə
görə xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə
qarşı cinayətlər kimi xarakterizə olunmalı , beynəlxalq
siyasi-hüquqi qiymətini almalı , onun ideoloqları və təşkilatçıları
layiqincə cəzalandırılmalıdırlar . Bu hadisələri , onların
dərslərini unutmağa bizim haqqımız yoxdur . Tarixi yaddaşsızlıq
və unutqanlılıq xalqımıza baha başa gələ bilər.
Heydər Əliyev
1992-ci ilin aprelin 7-dən 8-nə kecən
gecə Kəlbəcər rayonun Ağdaban kəndində baş verənlər xalqımızın
tarixi yaddaşından hec vaxt silinməyəcəkdir. Cünkü həmin
vaxt hansısa kicik cinayət hadisəsi deyil, bütöv Azərbaycan
xalqına qarşı tarixi soyqrım aktı həyata kecirilmiş, bəşəriyyətin
ən böyük cinayətlərindən biri törədilmişdir. Bu faciənin
səbabkarı isə Azərbaycan torpaqları hesabına dənizdən-dənizə
“Böyük Ermənistan” yaratmaq xülyasıyla yaşayan, bədxah qonşularımız
ermənilərdir.Ağdaban faciəsi tarixən erməni qəsibkarlarının
Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin
tərkib hissəsidir. 1992-ci ilin aprelin 7-dən 8-nə kecən
gecə Ermənistan respublikasının silahlı birləşmələri, Dağlıq
Qarabağdakı erməni yaraqlılarının və xarici havadarlarının
köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək
130 evdən ibarət olan kəndi tamamilə yandırmış, kəndin 779
nəfər dinc sakininə divan tutmuş, 67 nəfəri amansızcasına
qətilə yetirmiş, insanlığa silinməz ləkə olan soyqırım aktını
törətmişlər.Bir gecə ərzində 8 nəfər 90-100 yaşlı qoca,
2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış,
2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.Ermənilər
tərəfindən tarixi, memarliq və mədəniyyət abidələrimiz dağidilmiş,
müqəddəs ziyəratkah və məzarlıqlarımız təhqir və məhv edilmişdir.
Erməni seperatciları mədəni irsimizə qarşı törətdiyi vandalizm
siyasətinin davamı kimi azərbaycanın klassik aşıq şeirinin
ustadı Aşıq Qurbanın özünün və oğlu Aşıq Şəmişirin əlyazmalarını
yandırıb talan etmişlər. Həmin gecə həlak olan insanlar
məhz türk olduğuna görə qəddarcasına öldürülmüş, köməksiz
qocalar, uşaqlar, qadinlar kirov götürülərək ağilasığmaz
zülümə və təhqirlərə məruz qoyulmuşdur. Erməni hərbiciləri
öldürdükləri insanların başlarının dərisini soymuş, gözlərini
cıxartmış umumilikdə bəşəriyyətdə insanlığa qarşı ən böyük
cinayəti törətmişlər. Ağdaban faciəsi ermənilərin xalqımıza
qarşı işğalcılıq siyasəti, vəhşiliyi insanlara qarşı ən
rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil
olub və olacaqdır. Həmin gecə həlak olanlar, dünyasını dəyişənlər
xalqımızın əziz övladlarıdır, onlar respublikamızın ərazi
bütövlüyü uğrunda qurban olublar, xalqımızın milli azadlığı
yolunda apardığı mübarizənin qurbanlarıdır, Şəhidlərdir.
Vətən övladlarının faciəli sürətdə həlak olması, Şəhid olması,
xalqımızın vətənpərvərliyinin, qəhramanlığının, cəsarətinin
nümayişidir. Ağdaban faciəsini törətməkdə erməni seperatcılarının
çirkin niyəti xalqımızı qorxutmaq, vətəndaşlarımızı vahimə
icərisində saxlamaq, onun mübarizə rəşadətini qirmaq, necə
illər ərzində azərbaycanlılara qarşı törətdikləri terror
aktları ilə barışmasına nail olmaq idi. Lakin erməni qəsibkarları
öz məkirli niyətlərinə cata bilmədi. Ağdaban camaatı, təpədən-dırnağa
qədər ən müasir silahlarla silahlanmış düşmən qarşısında
özünü itirmədi, əyilmədi, qəhramanliq və rəşadət nümünələri
göstərdi.Kənd sakinləri bu qeyri-bərabər döyüşdə vuruşaraq
əsil qəhramanliq və vətənpərvərlik nümayiş etdirdilər.Bizim
məqsədimiz Ağdaban faciəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə
catdırılması, onun bəşəriyyətə əsil soyqrım aktı kimi tanıdılması
istiqamətində mühüm addımlar atılması, kitabların yazilması,
sənədli və bədii filimlərin cəkilməsi, qiymətli tədqiqat
işlərinin aparilması, bu faciəni ayrı-ayrı ölkələrin parlamentlərində
və beynəlxalq təşkilatlarda müzakirə obyektinə cevirilməsinə
Ağdaban faciəsini törədənlərin beynəlxalq məhkəmə qarşısında
cavab verməsinə calışmaqla bu faciəyə siyasi-hüquqi qiymətin
verilməsinə nail olmaqdan ibarətdir. Xalqımıza qarşı misli
ğörünməmış bu soyqrım, kütləvi və dəhşətli terror aktı erməni
şovinistlərinin azərbaycanın dövlət müstəqilliyini, ərazi
bütövlüyünü hədəfə almış məqsədyönlü irtıca siyasətinin
növbəti qanlı səhifəsi olmaqla xalqımıza qarşı deyil, bütün
bəşəriyyətə qarşı keniş miqiyasli cinayət idi. Lakin təssüflər
olsun ki, bu faciənin qarşısının alınması üçün respublikanın
həmin dövürdəki rəhbərliyi tərəfindən hec bir tədbir görülmədi,
əksinə bu cinayət haqqında dünya ictimaiyyətinə məlumatlar
catdirilmadı.
Ulu öndərimiz Heydər Əliyev müdrikçəsinə demişdir: “Bir
hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun
nəticələrini aradan götürməkdən daha asandır.” Bəli umummilli
liderimiz Heydər Əliyev xalqımızın ağir günlərində ölkə
rəhbərliyində olsaydı nəinki Ağdaban faciəsinin, həm də
bundan əvvəl baş vermiş 20 yanvar faciəsinin, Xocali soyqırımının,
ərazilərimizin işğal edilməsi, bir sözlə xalqımızın başına
gətirilmiş digər faciələrimizin də qarşısı alınmış olardı.
Ümimmilli liderimiz xalqın təkidli tələbi ilə hakimiyyətə
gəldikdən sonra 1993 – cü ildən etibarən Azərbaycan Hökuməti
və Parlamenti erməni şovinistlərinin tarix boyu azərbaycanlılara
qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi
bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə , parlamentlərinə,
geniş ictimaiyyətə çatdırmaq , bütün bunların soyqırımı
siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir .Bu hadisələrə
ümummilli liderimiz Heydər Əliyevin 1998 – ci il martın
26 – da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında”
fərmanı ilə siyası qiymət vermişdir . Qətiyyətlə deyə bilərik
ki , dövlət əhəmiyyətli bu tarixi sənəd Azərbaycan xalqının
haqq səsinin eşidilməsində və tarixin qarışıq sahifələrinə
işıq salınmasında , həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında
müstəsna və əvəzsiz bir rol oynamışdır . Adı çəkilən fərman
xalqımızın tarixi yaddaşının bərpası və onun möhkəmləndirilməsi
istiqamətində hər bir Azərbaycanlının qarşısına mühüm vəzifələr
qoymuş , erməni şovnizminə qarşı ümumxalq mübarizənin vacibliyini
bir daha göstərmişdir . Məhz ona görə də xalqımız heç vaxt
ümummilli liderimizin bu xidmətini və casarətini unutmayacaqdır
.
Dünyanın sülhsevər insanları , sivil dövlətləri , nüfuzlu
beynəlxalq təşkilatları Qarabağ , Ağdaban həqiqətlərini
bilməli , insanlığa qarşı törədilən bu cinayət öz hüquqi
qiymətini almalıdır . Ağdabanda soyqırımın törədildiyi bu
işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasətini təsdiqləyən
, təkzibedilməz dəlil - sübutlar var . Odur ki , Azərbaycan
Prezidenti İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatlardakı
çıxışlarında və dövlət başçıları ilə görüşlərində , aparılan
danışıqlarda , müzakirələrdə , separatizim və terrorla mübarizə
aparan beynəlxalq birliyin bu məsələdə ikili standartlara
yol verməsinə qətiyyətlə etirazını bildirb . Ölkə Prezidenti
tərəfindən aparılan siyasətin nəticəsidir ki , artıq dünya
birliyi Azərbaycanın haqq mövqeyini dəstəkləməyə başlayıb
. Bu ümid etməyə əsas verir ki , Ağdaban faciəsini törədənlər
gec – tez öz layiqli cəzalarına çatacaqlar .
XX əsrdə Azərbaycan əhalisi 4 dəfə erməni vəhşiliklərinə
və etnik təminzlənməyə məruz qalmışdır . Bunlar 1905–1907,
1918–1920, 1948–1953 və nəhayət 1988–1993-cü illərdə baş
vermişdir. Tarix boyu ermənilər tərəfindən xalqımıza qarşı
qanlı cinayətlər və terror aktları törədilib Hazırda Azərbaycan
ərazisinin 20 % erməni işğalı altındadır . Bir milyondan
çox insan öz yurdundan didərgin salınıb, 18 min azərbaycanlı
qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50
mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itgin
düşüb, 877 şəhər, kənd qarət edilib dağıdılıb. Məhz ümumilli
lider Heydər Əliyevin başladığı və ölkə prezidenti İlham
Əliyevin davam etdirdiyi məqsədyönlü fəaliyyət proqramı
nəticəsində nəhayət ki , Avropa Şurası, BMT – nın Təhlükəsizlik
Şurası Ermənistanı təcavüzkar kimi tanıyır, Azərbaycanın
ərazi bütövlüyünü öz qətnamələrində qeyd edir . Ölkə prezidenti
cənab İlham Əliyev 31 Mart azərbaycanlıların soyqırımı günü
münasibətilə xalqımıza müraciətində demişdir: “Əminəm ki,
xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü
fəaliyyəti Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində
biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər
boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar
və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin
ifşasına nail olacağıq.” Azərbaycan xalqı ümummilli məsələmizdə
Azərbaycan həqiqətlərini dünyaya yaymaq işinə, həm vətənpərvərliklə,
həm də professionallıqla yanaşmaqla möhtərəm prezidentimizlə
hər zaman həmrəydirlər. Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyev bütün görüşlərində Azərbaycanın mövqeyinin
dəyişməz olduğunu dəfələrlə bəyan edərək bildirmişdir ki,
Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycanın ərazi
bütövlüyü bütün dünya tərəfindən, BMT tərəfindən tanınır
və münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları
çərçivəsində öz həllini tapa bilər. Möhtərəm Prezidentimiz
bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar
mövzusu deyildir. Biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan
ayrılmasına razılıq verə bilmərik. Ümid edirik ki, möhtərəm
prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət
nəticəsində torpaqlarımız
işğalçılardan azad olacaq, bütün qaçqın və məcburi köçkünlərimiz
öz doğma yurdlarına qayıdacaqlar.
Cavid QURBANOV
Nəqliyyat Nazirliyi
“Yolnəqliyyatservis Departamenti”nin rəisi,
Millət vəkili, texniki elmlər namizədi.
8.04.2006
|