ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


AĞDABAN HAQQINDA


AĞDABAN DAĞI, AĞDABAN ÇAYI

Kəlbəcərdə Murovdağ silsiləsində yerləşən dağ. Bu oronim ağ və daban sözlərindən ibarətdir. V.A.Nikovun fikrinə görə, daban türk və monqol mənşəli söz olub “aşırım” mənasını ifadə edir. Türk xalqlarının oronomiyasında daban sözü mühüm yer tutur. Daban termininin “təpə”,“dağ yüksəkliyi” və başqa məna çalarları da vardır. Ağdaban sözündəki ağ komponenti rəng mənasını ifadə edir.Doğrudan da,dağın süxurlarının rəngi ağımtıl-bozumtul çalara malikdir. Daban komponentinin türk dillərində “dava”, “daba”, “dabaqan”, “davan”, “daban” və s. variantları da geniş yayılmışdır. Daban sözü ilə bağlı toponimlərin arealı genişdir. Ağdaban dağının yamaclarının süxurlarının rəngi ağımtıl olduğuna görə dağ Ağdaban adını almışdır.
Kəlbəcər rayonundakı Ağdaban (Ağdavan) çayı da Ağdaban dağı ilə eyni mənşəlidir. Ağ-“yüngül”,“yaxşı” mənasını daşıyır. Ağdərə və Şərur rayonlarında da Ağdaban dağı vardır.

AĞDABAN KƏNDİ

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.Kəndin 460 nəfər əhalisi vardı. Tütünçülük, heyvandarlıq kənd əhalisinin əsas məşğuliyyəti sayılırdı. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi.
Kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olmuşdur. 1905-ci ildə həmin kənddən dəlikli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr buraya daimi məskən salmışdır. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılmışdır. Daban türk dillərində “dağ keçidi” ,“aşırım” mənası daşıyır. Toponim “ağ rəngli aşırım”, “ağımtıl dağ keçidi” mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə,Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur.
Yaşlı adamların dediyinə görə Ağdabanın adı təhrif olunub. Kənd çox dumanlı olub. Özü də bəmbəyəz, ağappaq. “Ağ duman “ sözü illər getdikcə təhrif olunaraq “ Ağdaban” şəkilində qalıb. Kəndin adı repressiyaya uğrayıb. İndi bunun bir o qədər vərqinə varılmasa da, hər halda, tarix saxtalıq sevmir. Həmin bu Ağdaban kəndi Usaçıq kəndi ilə (Caparla) uzun illər qonşu olub. 1905-ci il qırğınından bi-iki il qabaq ermənilər məsələ qaldırıb ki, Ağdaban bizimdi.Ağdaban kənddə də Məhəmməd adlı bir kişi olub, Allah rəhmət eləsin. Deyirlər ki, ,ox qoçaq kişi imiş. Gedib Gəncə Quberniyasına, Qubernotorun yanında erməniləri başa salıb ki, əgər desəniz ki, bu kənd bizimdi, onda vay halınıza – qonşu davası çox uzun olur. Həqiqəti nədirsə, onu deyirəm. Qubernator deyir ki, nə məsələdi ? Erməni qoçalarından biri deyib ki, “belə də, biz hələ uşaq olanda bizə deyərdilər ki, Ağdabanda bizim torpaqlar, qohumlar var. İndi istəyirik ki...”
Bizim ermənilərlə qonşuluğumuz belə başlayıb. Xəritədə Ağdaban kəndi Dağlıq Qarabağın ərazisində yerləşdiyi göstərilirdi. Amma hələ o, vaxt Sovet höküməti qurulanda bizim əhali, hamılıqla səs qaldırıb ki, biz Dağılıq Qarabağa deyil, Kəlbəcərə baxırıq. Əslində elə ərazi Kəlbəcərə məxsus idi.


 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az