ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


KƏLBƏCƏR - Qarabağın qala qapısı

Ümumi məlumat:
Ümumi ərazi, [kv.km] 1936.00
Əhalinin ümumi sayı 60535
Kəndlərin sayı 128
Qəsəbələrin sayı 1
İri və orta müəssisələrin sayı 140
Məktəbəqədər uşaq müəssisələrinin sayı 90
Ümumtəhsil məktəblərinin sayı 115
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 1
Ali təhsil müəssisələrinin sayı 0
Xəstəxanalar və tibb müəssisələrinin sayı 107
Mədəniyyət ocaqlarının sayı 214

Şəhər və iri qəsəbələrin adları
1. Kəlbəcər şəhəri
2. İstisu qəsəbəsi

Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
Laçın, Ağdərə, Goranboy, Xanlar, Daşkəsən rayonları və Ermənistan Respublikası

Əhali
Əhalinin ümumi sayı 60535
Şəhər əhalisinin sayı, [%] 17.79
Kənd əhalisinin sayı, [%] 82.21
Əhalinin orta sıxlığı 31.2681
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 49.33
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 50.67
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 31.71
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 3.66
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 53.96
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 10.67
Ali təhsilli əhalinin sayı, [%] 4.78
Orta təhsilli əhalinin sayı, [%] 41.44
Məskunlaşmış qaçqınların sayı 0
Məskunlaşmış məcburi köçkünlərin sayı 60535

Ərazi
Ümumi ərazi, [kv.km] 1936.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 397.00
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 0.00
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 343.00
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 0.00
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 0.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 0.00

Tarixi haqqında qısa məlumat
Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri respublikanın bir çox tədqiqatçı alimləri ilə yanaşı mərhum akademik Mirəli Qaşqay tərəfindən öyrənilmişdir. Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.
1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.
Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir. Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.
Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşikl edilmişdir. Ərazisi 1936 kvadrat kilometrdir. Qərbi Azərbaycan ərazisində Göyçə ilə həmsərhəddir. Əhalisi 61 min nəfərdir. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd var.

İri dövlət və şəxsi müəssisələr haqda məlumat
Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri - İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu fəaliyyət göstərmişdir. 1980-ci ildən sonra rayon əsl tikinti meydançasına çevrilmişdir. Tikinti işləri aparmaq üçün yeni tikinti idarələri (50,51, 52, 53,54 saylı), "Aqrotikinti" birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi. Ona görə də rayonun Başlıbel, Zülfuqarlı, Qılınclı, Zar, Şurtan, Seyidlər, Yanşaq, Şorbulaq kəndlərində, İstisu qəsəbəsində və Kəlbəcər şəhərində hər birinin 320, 460, 1186 şagird yeri olan məktəb binaları və mədəniyyət evləri tikilib istifadəyə verilmişdi.

Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəmiş, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu.
Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.

İri və xırda buynuzlu mal-qara haqda məlumat
Rayonda maldarlıq geniş inkişaf etmişdir. Rayon əhalisinin şəxsi təsərrüfatlarında 11841 baş iri buynuzlu, 103481 baş xırda buynuzlu heyvanlar vardır. Şəxsi təsərrüfatlarda1551 baş arı ailəsi vardır.

İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
Rayonun İstisu qəsəbəsində Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Kəlbəcər şəhərində müasir standartlara cavab verən 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərirdi.

Avtomobil, dəmir yolları haqda məlumat
Kəlbəcər rayonunda rayonu respublikanın digər rayonları ilə birləşdirən 60 km uzunluğunda respublika əhəmiyyətli avtomobil yolu olmuşdur. Rayon ərazisində dəmir yolu olmamışdır.

Tarixi və memarlıq abidələri haqda məlumat
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olmuşdur. Həmin tarixi abidələr işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat
Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olmuşdur. Həmin tarixi abidələr işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmışdır.

Görkəmli şəxslər haqda məlumat Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır.
Onlardan:
Əmiraslanov Yusif Əbülfət oğlu - Moskva A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun professoru, tibb elmlər doktoru.
Həsənov Eldar Hümbət oğlu - hüquq elmləri doktoru, general-leytenant, Azərbaycanın Rumıniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
Hacıyev Çingiz Məhəmməd oğlu - İstanbul Texniki Universitetinin professoru, texnika elmləri doktoru.
Qasımov Cəlal Cəlil oğlu - Slovakiya Respublikası Bratislava Texniki Universitetinin professoru, texnika elmləri doktoru.
Abbasov Fəxrəddin Nəcəf oğlu - Sankt-Peterburq Universitetinin dosenti, elmlər namizədi, polkovnik.
Ramazanov Eldar Babaxan oğlu - Tunis Ali Milli Mühəndislik Məktəbinin professoru, texnika elmləri doktoru.
Əbülhəsənov Ramiz Əli oğlu - Moskva Ürək-damar Cərrahiyyə Klinikasının cərrahı, tibb elmləri doktoru.
Həbibov Sabir Qaçay oğlu - Moskva 79-cu Klinik Xəstəxanada Ensiklopedik cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru.
Nəsib Nəbioğlu - Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü, Rusiya Turizm Şurasının məsul katibi.
Əliyev Şikar Abbas oğlu - kənd təsərrüfatı elmləri doktoru.
Əsgərov Şahlar Qaçay oğlu - BDU-nin professoru, fizika-riyaziyyat elmləri doktoru.
Quliyev Sabir Əli oğlu - texnika elmləri doktoru.
Mirzəyev Əli Sarı oğlu - filologiya elmləri doktoru.
Əhmədov Yusif Kərəm oğlu - professor.

Bunlardan başqa onlarla elmlər namizədi respublikanın müxtəlif tədris müəssisələrində fəaliyyət göstərir.

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az