ABİDƏLƏR,
QALALAR. Qaya təsvirləri.
Kəlbəcər rayonundakı “Qayaüstü təsvirləri”
ən çox “Sərçəli dağ”, “Qurbağalı çay”, “Gəlin qayası”,
“Soltan Heydər”, “Ağ çay”, “Ayı çınqılı”, “Zalxa gölü”,
“Dəvəgözü dağı” adlanan yerlərdə idi.
Kəlbəcər Tarix-diyerşünaslıq muzeyi 3500-dən çox “Qayaüstü
təvirlərini” qeydə almış və onlardan bir çoxlarının fotf-şəkillərini
çəkmişdir.
“Qayaüstü təsvirlər” ən çox kustar şəkildə bazalt daşına
həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər
oyunlardan, göy cismlərindən, qədim heyvanlardan və s.
ibarət idi.
Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan
qədim bir diyar kimi də tanınmışdir. Belə ki, bu ulu insan
məskəninin hər hansı tərəfinə ayaq bassan, orada qədim
insan məskənləri olan mağaralar, qalalar, abidələr görərsən.
Tarixin sərt sınaq və imtahanına mə`ruz qalmış bu yadigarlar
insan əli ilə yapıldığı kimi, insan əli ilə də tamamilə
məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bə`ziləri
yerlə-yeksan olunmuşdur. Amma bu da mö`cüzədir ki, tarixin
yaddaşı olan qalalar, mağaralar bə`zən özü-özünü hifz
etmiş və bizim əsrimizə qədər bir neçə min illik ömür
yaşamışdır.
Qaya və daşların üzərindəki alban yazılarını məhv edən
erməni qonşularımıza qoşulanda bilmirdik ki, bu hərəkətlərimizlə
onlara kömək edir və tariximizi silirik. Çünki gözlərimiz
qarşısında ermənilər də o yazıları pozur və erməniləşdirirdi.
Bir az öncəyə gedib qeyd edək ki, Kəlbəcəri “Azərbaycanın
ikinci Qobustanı” adlandıran rəhmətlik Xudu Məmmədov,
Mirəli Qaşqay, Niyazi İbrahimov, Qüdrət İsmayılov, Ziya
Bünyadov, Budaq Budaqov və digər neçə-neçə vətənpərvər
ziyalı-alimlərimiz hələ o zamanlar Kəlbəcərin ciddi nəzarətə
alınaraq qorunmasını tələb edirdilər. Ona görə ki, türkün
tarixi yaşayan qala və abidələr, albanların hələ islamlaşmamış
əcdadlarının yaşayış məskəni olmuş Kəlbəcər xain qonşular
tərəfindən mədəni surətdə işğal edilir və erməniləşdirilirdi.
Tarix elmləri doktoru Qüdrət İsmayilovun və onun dissertantı
Niyazi İbrahimovun apardıqları tədqiqit işlərinin nəticəsinə
görə,bura ən qədim insan məskəni olmuşdur. Rayonun ərazisində
eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya
təsvirləri də Kəlbəcərdə az deyildi. “Qobustanın qardaşları”
kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı.
“Soltan Heydər”, Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”,
“Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s.yerlərdəki
qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar”
tamailə bir-birinin oxşarı və ya “əkiz”lərdir. Tarixçi
alim Rəşid Göyüşovun, Xudu Məmmədovun və başqalarının
fikrincə,bu daşların üzərindəki şəkillərin yaşı az qala
bu daşların öz yaşı qədərdir.Maraqlı budur ki, bu təsvirlər
bazalt kimi sərt qayalar üzərində həkk edilmişdir. Kəlbəcər
tarix-dünyaşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd
yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil,bütövlükdə
Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut
edən dəlil idi. Həmin təsvirlərdən biri belə idi: Bir
insan fiquru ayağının birini bir dairənin, o birini isə
digər bir dairənin üzərinə qoyaraq yuxarıdakı kürəyə baxır.Güman
olunan budur ki, insan bir planetdən digərinə uçmaq arzusundadır.
İnsan fiqurunun ayağı altındakı dairənin biri Yer,o biri
isə Ay güman olunur. Demək, insan Yerdən Aya, oradan isə
başqa bir planetə uşmaq istəyində hələ o zamanlardan bulunub.
Qalalar.
“Löh” qalası: Adı qalanın formasını
tamamlayırdı. Qalanın beli dəvə boynuna oxşayır. Qalaları
tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının
üstündə tikilirmiş ki, bununla da həmin yollara nəzarət
olunurmuş. “Löh” qalasının başında qayadan yonulmuş, dərinliyi
3-5 metrə çatan quyular var ki, burada ya ərzaq, ya da
su saxlanılırmış. Həmin quyuların içərisindən nəhənk palıd
ağacları bitib qalxmışdır ki, hər birinin diametri 30-40
sm. olardı. Qalanın Lev çayı istiqamətində iki mağara
aşkar olunmuşdur ki,bura ən qədim insan məsgənləri hesab
olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada
istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu, keyfiyyəti
itmirdi. “Xos meşəsi” adlanan yerdəki abifənin və buradakı
məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı, “Löh”
qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuş insan
məskənlərindən biridir.
Kəlbəcər qalalarının icərisində ən yüksəklikdə
yerləşəni “Comərd” qalasıdır. Kəlbəcərin ərazi e”tibarı
ilə ən böyük sahəsi sayılan Tutquçay dərəsinə gedən yolun
üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq başında
tikildiyi üçün “Comərd” qalası kimi tanınmışdır.
“Qaraçanlı və ya Ulu xan ” qalası Kəlbəçərdən
yuxarıda, Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəçərdən
İstisuya gedən gedən yolun solunda Tərtərin sol sahilindədir.
“Qalaça” adı ilə tanınan bu gözətçi məntəqəsinə gizli
su yolu da var idi. Qalanın sağ yanında Qaraçanlı çayına
kimi böyük bir çınqıllıq var. Həmin çınqıllığın altı ilə
qalaya bir yol çəkilib. Bu gizli yol çayın göllənən yerinə
kimi enirdi.
Burada başqa bir möcüzə də diqqəti çəkirdi: bir bulaqdan
5-6 dəqiqədən bir kah xalis mineral, kah da dişgöynədən
təmiz su çıxırdı. Sonralar burada istisu axtaranlar buruq
vuraraq həmin narzanı itirdilər.
Daha çox dağıdılmış və məhv edilmiş
qalalardan biri də “Qalaboynu” qalası idi.Qalanın içərisində
200-dən çox binanın kalafa yerləri var. Buraya da dağlardan
yeraltı su xətti çəkilibmiş.
Kəlbəcər ərazisindəki qala və abidələr
sırasına daxil olanlardan biri də “Laçınqaya” qalasıdır.
Qala 120-cı ildə monqollar tərəfindən dağıdılmış, əhali
qılınçdan keçirilmiş, tarixçi gənçəli Kirakosun mə”lumatına
görə, insan qanı qayalar arasından sel kimi axıb Tər-tər
çayını qırmızıya boyamışdı.
Bu qalanın sağ sahilindəki çınqıllıqdan çaya bir yeraltı
gizli yol salınmışdır. Bunlardan başqa İsti-su kurortundan
yuxarıda Kəlbəcər şəhərinin alt hissəsində, Çəpli kəndinin
ərazisində, Zar və Mollabayramlı kəndlərinin səmtində
və başqa yerlərdə də qədim qalaların qalıqları mövcud
idi.
Kəlbəcərdəki qalalar əsasən karvan yollarını qorumaq üçün
inşa edilmişdir.
İsti-sudan yuxarıdakı dağa Soltan Heydər dağı deyirdilər.
Belə rəvayət edirdilər ki, Şah İsmayılın atası Soltan
Heydər hər yayı bu dağda keçirirmiş və dağın adı onun
adı ilə bağlıdır.
“Ərizə” qalasında Qaçaq Nəbi kənd camaatının ərizəsinə
bu qalada baxdığı üçün qalanın adı “Ərizə” qalası kimi
yayılmışdır.
Qədim Alban abidələri.
Kəlbəcər ərazisindəki qədim Alban abidələri
bunlardır:
Tər-tər, Tutquçay, Seyidlər dərələri boyuça yerləçən “Xudadəng”,
“Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd”. Bu
abidələrin içərisində nisbətən salamat qalanı “Xudadəng”
məbədidir.
“Xudadəng” abidə kompleksi. Bu abidə kompleksi Kəlbəcərdən
şərqdə, Ağdərə-Kəlbəcər magistiral yolunun sahilindəki
Bağlıpəyə kəndindən aşağı, yəni Ağdərəyə tərəfdə, Kəlbəcər
rayonunun 29 kmilometrliyindədir. İndiki “Xudadəng” abidə
kompleksi VI-VII əsrlərdə Alban kinyazı tərəfindən tikilib
XV əsrlərdə bu abidə Alban kinyazlığının dini məbədi olub.
Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub
və nəhayət Alban hökmüdarı Həsən Cəlal tərəfindən yenidən
inşa edilib. Məlumatlar göstərir ki, onun arvadı Minə
Xatun burada dəfn olunub, anası Arzu Xatın və dövrün görkəmli
ziyalısı Muxtar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan
daşları qoymuşdur. Maraqlısı odur ki, üstü kümbəz kimi
tikilmiş bu binaların tikintisində ağac materialından
istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə
çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən
və Baserkeçərdən gələn ermənilər həmin xaç və yazıları
balta ilə çaparaq yox etmiş və beləliklə, tarixdən izini
silməyə çalışmışlar. Abidənin tikintisində istifadə olunmuş
daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq
suxurlaşmış və və kiristallaşmış gildən əmələ gəlmişdir.
Həmin abidənin son illər ermənilər tərəfindən “qorunması”
göz qabağında idi. Ağdərə RPK katibinin göstərişi ilə
abidə-komplerks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər
camaatı həmin çəpəri dağıtmışlar. Ammma ermənilər yenə
də başqa vasitələrdən istifadə edərək xaricdə göstərdikləri
kino-filimlərdə çox ustalıqla alban abidəsini erməni kilisəsi
kimi təqdim edir və ulu Arsaxın madi-mədəniyyət abidəsinin
türklər tərəfindən dağılması haqqında dünya ictimayyətinə
saxta tarixi məlumatlar çatdırırlar. Nisbətən salamat
qalmış məbəddə heç bir xiristianlıq nişanəsi yoxdur.
Kəlbəcərin ərazisində belə mə”bədlərlə
yanaşı yaşı 7-8 min illiyə gedib çıxan qəbrsitanlıqlar
da az deyildi.
Daş körpü abidələri.
Kəlbəcər ərazisində çayların üzərində çoxlu tağbənd Daş
körpülər olmuşdur. Bunlardan çoxu məhv olmuş, bəzilərinin
qalıqları,bir neeçəsi isə salamat qalmışdır. Məsələn:
Bağlıpəyəyə 3 km qalmış Tər-tər çayının üzərində salınmış
qədim körpünün bir tərəfinin divarı qalmışdır.
Qamışlı kəndindən yuxarı çayın üzərində qurulmuş iki körpünün
divarları yerində dururdu.
Tər-tər çayının üzərində salınmış tağbənd Daş körpü salamat
qalırdı və ondan istifadə edilirdi. Bu körpü Şurtan kəndindən
aşağı, Soyuqbulaq kəndinə gedən yolun səmtində idi.
Zəylik kəndi çayında da Daş körpüdən istifadə edilirdi.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq
muzeyi.
İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar
olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi abidəsi 1980-cı
illərin əvvəllərində yaradılmışdır. Müzeyin həyəti 900
m2 artıq idi. Müzey eksponatları zəngin bir dəhlizdən,
3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən
Çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl
divarlarında 2037 rəng çaları olan daşlardan istifadə
edilib, divarlarda da bir muzey yaradılmışdır.Bu divarlarda
daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı
alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan,
tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək
olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 bqəbirüstü
At və Qoç heykəlləri nümayiş edilirdi. Burada “Bəzir daşı”
deyilən iki qədim abidə nəzərə çarpırdı.Dəyirman daşlarından
10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə
dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar.
Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş.
Mütəxəssislər və tamaşaçılar haqlı olaraq bu müzeyi həm
də geologiya, arxelogiya, incəsənət və səs müzeyi adlandırırdılar.
Bolqarıstan, Hindistan, Cin Xalq Respublikası, ABŞ, Almaniya,
İtaliya, Kanada, Avstraliya, İran, Finlandiya və bir çox
başqa ölkələrin 150-dən cox alimi Kəlbəcər müzeyinə maraqla
baxmış, qiymətli rəylər yazmış və bu müzeyin zənginliyinə
ürəkdən məftun olduqlarını bildirmişdilər.
Kəlbəcər rayonunda yetişən bitkilər.
Dərman bitkiləri.
Kəlbnəcər rayonunun ərazisində 4 mindən
artıq bitki boy atır. Bunlardan 200-ə qədəri dərman bitkiləridir.
Ayıdöşəyi, albalı, alma, andız, ardıç, armud, acı əvəlik,
acı yonca, acı çiçək, bağayarpağı, baldırğan, balqabaq,
bat-bat, bəlğəmotu, bənövşə, boyaqotu, böyertkən,bulaqotu,
qaytarma, qantəpər, qarağat, qarğıdalı, qatırquyruğu,
qızılgül, qırxbuğum, qovaq, qoz, quşəppəyi, dağ yoncası,
dağ laləsi, dəvədabanı, dəlibəng, dəmiravotu, əvəlik,
əzgil, əməkömənçi, ərik, əsmə, zəyərik, zirə, zirinç,
zoğal, inciçiçəyi, itburnu,yarpız,yasəmən, yerkökü, yovşan,
kartof, kasnı, kahı, keşniş, kəklikotu, kələm, kəpənəkçiçək,
kərəvüz, kəçəvər, kavalı, gərməşov, gilas, gilənar, kicitkən,
göyəm, güldəfnə, güləvər, güləbətin, gülünbahar, gülxətim,
lərkə, ləçəkotu, lobya, meşə gilası, moruq, murdarça,
naz, nanə, nərgiz, novruzgülü, öküzboğan, öldürkən, öskəotu,
palıd, pərpərən, titraqotu, pişikotu, pomidor, rasyana,
reyhan, sarımsaq, soğan, solmazçiçək, söyüd, tərxun, tozağacı,
turp, tut, findıq, fıstıq, xanımotu, xaş-xaş, xədicəgülü,
xəndəkotu, xəşənbül, xiyar, xımı, üskükotu, çaytikanı,
çiyələk, çobanyastığı, cökə. çuğundur, cəfəri, çil, çinçilim,
şalğamturpu, şam, şaftalı, şahtərə, şirpəncəsi, şomu,
şüyüd və.s. bitkilər bitirdi.
Meşə ağacları.
Ağaclar - Palıd, Vələs, Ulas, Vən, Göyrüş, Toz, Qovaq,
Qaraağac, Söyüd, Çinar, Dağdağan, Ayıgilası, Şam, Ardıc.
Meyvə ağacları - Alma, Armud, Qoz, Tut, Fıstıq, İtburnu,
Yemişan, Qarağat, Moruq, Gilas, Gilənar.
Minerallar.
A. Aqvit, Aqat, Azurit, Aktionolit, Ametist,
Anqidrit, Antimonit, Araqonit, Arsenopit, Azbest.
B. Barit, Biotit, Bronit, Bronzit.
V. Vezivuan, Vismotit.
D. Diallaq, Diopist,Dolomit.
Q. Qalent, Qarnierit, Qematit, Qızıl, Qranat.
İ. İlemenit.
K. Kaleit, Kvarts, Kinovar, Kobaltik, Kovellin, Kremen,
Krokoit, Kuprit.
G. Gümüş, Gibs.
L. Labrador, Lazurit, Leytsit, Limonit.
M. Maqnezit, Maqnetit, Malaxit, Markazit, Mis, Molibdent,
Muskovit.
N. Nikelin.
O. Obsidian, Olivit, Oniks, Opal, Ortoklas.
P. Pentlandit, Pirit, Pirrotin, Platina, Prenit.
R. Rodnit.
S. Siderit, Spessart, Sfalerin, Sfen.
T. Talk, Topaz, Tserussit, Tsirkon, Tsozit, Turmalit.
F. Fluyorit, Fuksit.
X. Xalkozin, Xalkoprit, Xaltsedon, Xlorit, Xromit.
Ş. Şinipel, Şirgözü.
Süxurlar.
A. Amfibiolit, Andezit, Aplit.
B. Bazalt, Bismut, Brekçiya, Burnonit.
V. Vulkan bombası.
Q. Qarbo, Qranit, Qranediorit.
D. Dağ bülluru, Daş kömer,Dendrit,Diorit.
Ə. Əhəngdaşı.
J. Jadenit.
Z. Zimevit.
Y. Yaşma.
K. Kvasit,Konqlomerat,Korall.
L. Lapilli, Listevenit.
M. Mərmər, Miqmatit, Mikroklin.
P. Pemza, Peridotit, Pesannik, Portft.
R. Riloit.
S. Serpentitit,Sienit, Slanets, Suçlinok.
T. Traverit, Traktolit, Traxit, Tuf.