ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
ÜMUMİ MƏLUMAT
QARABAĞ
KƏLBƏCƏR
AĞDABAN HAQQINDA
AĞDABAN FACİƏSİ
TARİX
ERMƏNİ TERRORU
DƏDƏ ŞƏMŞİR
- Bayatılar
- Qoşmalar
- Gəraylılar
- AZƏRBAYCANIN
ŞƏHİDLƏR
MƏQALƏLƏR
KİTABLAR
SƏNƏDLƏR
HADİSƏLƏR
FOTO ARXİV

 

Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.

 


MƏQALƏLƏR:

Qənbər Qurbanov: “Ağdaban faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi həm özünün,həm də digər canlı şahidlərin yaddaşında silinməz izlər qoyub”


Gəncə şəhərinin Gülüstan qəsəbəsindəki “Kəlbəcər harayı” qərarğahında  Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ağdaban faciəsinin 21-ci ildönümünün qeyd olunması ilə bağlı  anım mərasimi keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak ediblər.

Cavid Qurbanov: “Əgər o zaman görkəmli dövlət xadimi Heydər Əliyev ölkə rəhbərliyində olsaydı,  nə Kəlbəcər, nə də Ağdaban işğal edilərdi”


Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 20 ilinin tamam olması ilə bağlı anım mərasimi keçirilib.
Qeyd edək ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, insanlara işgəncələr verilib, 33 sakin qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarəti yetirilib. Ermənilər şair Ağdabanlı Qurbanın və Aşıq Şəmşirin əlyazmalarını dağıdıb talan ediblər. 

 

15 MART DƏDƏ ŞƏMŞIRIN DOĞUM GÜNÜ MUNASIBƏTI ILƏ TƏDBIR KEÇIRILMIŞDIR. TƏDBIRDƏ ƏMƏKDAR MƏDƏNIYYƏT IŞÇISI MƏMMƏD ASLANIN DƏDƏ ŞƏMŞIRƏ HƏSR ETDIYI "SAXLA IZIMI, DÜNYA" ADLI KITABIN TƏQDIMATI MƏRASIMI OLUB.


 “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan xalqının mədəni irsinin, xüsusən də folklorumuzun və folklorun öz məna yükü və rəngarəngliyi ilə diqqət çəkən bir parçası olan aşıq sənətinin təbliği ilə bağlı geniş layihələr həyata keçirir.

Bu tədbirlərin növbətisi 15 mart 2014-cü il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Saxla İzimi Dünya” kitabının təqdimat mərasimi olmuşdur. 

Bildiyimiz kimi, İctimai Birliyin də adını daşıdığı Azərbaycanın Əməkdar incəsənət xadimi, ustad aşıq Aşıq Şəmşirin irsinin araşdırılması və təbliği Birlik üçün xüsusi önəm daşıyır. Bununla əlaqədar olaraq Birlik müxtəlif konfranslar, bədii tədbirlər, görüşlər keçirir, kitablar, jurnallar nəşr etdirir. Aşıq Şəmşirin irsi hələ sovetlər zamanında ədəbiyyatşünasların, folklor araşdırmaçılarının böyük diqqət mərkəzində olmuşdur. Aşıq Şəmşir irsi ilə bağlı uzun zamandan bəridir müxtəlif elmi araşdırmalar aparılır, dissertasiyalar yazılır. Aşıq Şəmşirin həm yaradıcılıq irsini, aşıq sənətimizə verdiyi tövhələri, həm də əsil vətəndaş həyatını araşdırıldıqca yeni məqamlar ortaya çıxır. Ustad aşığın irsinə olan diqqət hər zaman artır. 

 

“XOCALINI FACIƏSINI DÜNYAYA TANIDAQ!”


 Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyasına dəstək olmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı Kəlbəcər rayon orta məktəbində “Xocalını faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirmişdir.

 

 

Aşıq Şəmşirin 120 illik yübileyinə həsr edilimiş elmi-nəzəri konfrans keçirililib

 

 

Dədə Şəmşirin səsi gəlir və yaxud Cavid Qurbanov yaradıcılığına haqqında
Aşıq sənəti – xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür.


20 il Ağdabansız
Soyqırım tarixinə nəzər.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

XX ƏSRİN SOYQIRIMI – AĞDABAN FACİƏSİ
Öz ağrılığına , miqyasına və nəticələrinə görə xalqımızın başına gətirilən müsibətlər həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı , beynəlxalq siyasi-hüquqi qiymətini almalı , onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdırlar . Bu hadisələri , onların dərslərini unutmağa bizim haqqımız yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlılıq xalqımıza baha başa gələ bilər.
Heydər Əliyev

The committed acts against our people due to its bitterness, scale and consequences should be characterised as a crime against the humanity, be estimated international politically and legally, its ideologists and organisers be decently punished. We have no right to forget these actions and their lessons. Historical absent-mindedness and forgetfulness can result in bad ending for our nation.
Heydar Aliyev
XƏBƏRLƏR:

12 il əvvəl, 1993-cü il aprelin 2-də ermənilər Azərbaycanın Kəlbəcər rayonunu işğal etdılər.
Xatırladaq ki, Kəlbəcər 1936 km2 ərazisi və 43,3 min nəfər əhalisi olan rayonlardan biridir ki, bu əhali respublikanın 59 rayonunda məskunlaşmış və bu günə kimi qaçqın həyatı yaşayırlar.
Kəlbəcər həmçinin ölkənin ən mənzərəli və şəfa mənbəli rayonlarında biridir, burada tanınmış İstisu, Bağırsaq və c. mineral bulaqlar, qızılda daxil olmaqla çoxlu sayda qazıntılar vardır.
Qeyd edək ki, Kəlbəcər uğrunda döyüşlərdə 55 hərbçi və 220 mülkü şəxs həlak olmuş, minlərlə sakin yaralanmış, 321 nəfər əsir götürülmüşdür. O vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. Kəlbəcər rayonu haqqında materiallara bizim saytın “işğal olunmuş regionlar” bölməsində baxa bilərsiniz.

  •  


    Ümumi məlumat
  • Şəhər və iri qəsəbələrin adları
  • Sərhəd rayonların, ölkələrin və ərazilərin adları
  • Əhali
  • Ərazi
  • Tarixi haqqında qısa məlumat
  • İri dövlət və şəxsi müəssisələr haqda məlumat
  • Əsas təsərrüfat fəaliyyəti haqda məlumat
  • İri və xırda buynuzlu mal-qara haqda məlumat
  • İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat
  • Avtomobil, dəmir yolları haqda məlumat
  • Tarixi və memarlıq abidələri haqda məlumat
  • Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqda məlumat
  • Görkəmli şəxslər haqda məlumat Kəlbəcər rayonu üzrə 73 nəfər elmlər doktoru və professor vardır

 


© 2014 - Bu sayt Milli-Mədəni İnkişafa Dəstək İctimai birliyinin dəstəyi ilə yaradılmışdır.
Site by: WebStudio.Az